Məhkəmə qərarları › İş №e-2(011)-3454/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-3454/2025

18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-3454/2025 18.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı – iddiaçı “X1 Kredit Təşkilatı” ASC-nin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: İddiaçı “X1 Kredit Təşkilatı” ASC məhkəməyə ərizə ilə müraciət edərək, borclu ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixliMR0016933-2022 nömrəli Kredit və ZM1-MR0016933-2022 saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh1 və Cavabdeh2 ödənilməmiş 6480,42 manat məbləğində əsas borcu 2464,18 manat faiz borcu, cəmi 8944,60 manat məbləğində pulun və ödənilməmiş 109,45 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, ididaçı ərizəsinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi əlavə etməmişdir. Belə ki, iddiaçı bundan əvvəl də eyni tələblə eyni cavabdehlərə qarşı iddia qaldırmış və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-7238/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı “X1 Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2 qarşı “kredit” tələbi barədə iddia ərizəsinin baxılmamış saxlanılması və iddiaçı "X1 Kredit Təşkilatı" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixdə ödənilmiş 109,45 (yüz doqquz manat, qırx beş qəpik) manat məbləğində dövlət rüsumunun (qəbz nömrəsi:**********) qaytarılması qərara alınmışdır. Qeyd edilən qərardad dövlət rüsumun iddiaçıya qaytarılması hissəsində xx.xx.2024-cü il tarixində Bakı şəhəri Səbail rayon İcra şöbəsinə göndərilmiş və xx.xx.2024-cü il tarixli Səbail rayon İcra şöbəsinin icra məmuru Vasif Həsənlinin icraata başlamaq barəsində qərarına əsasən icra sənədi üzrə icraata başlanılmışdır. Hazırkı mülki işə isə iddiaçı bundan əvvəlki iddia ərizəsi üzrə istifadə edilmiş (qəbz nömrəsi:**********) qəbzi əlavə edərək, yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci maddəsinə əsasən, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə olunmalıdır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilən Məcəllənin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də ərizənin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, qəraraaldı: İddia ərizəsi “X1 Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2 qarşı “kredit” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva İş № e-2(011)-3454/2024 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL xx.xx.2025-ci il Bakı şəhəri Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı, İddiaçı “X1 Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2 qarşı “kredit” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat 15:10-da başlandı. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qərardad qəbul etdi. Prosessual hərəkət saat 15:15-də qurtardı. Protokol xx.xx.2025-ci il tarixdə tərtib edilmişdir. Hakim Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar