Məhkəmə qərarları › İş №e-2(011)-3460/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3460/2022

26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3460/2022 26.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh və Zamin qarşı “borcun ödənilməsi” barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış borcu 269 manat əsas, 40.3 manat cərimə, cəmi 309.3 manat, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 217.3 manat əsas, 32.5 manat cərimə, cəmi 249.8 manat, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə üzrə 272 manat əsas, 40.8 manat cərimə, cəmi 312.8 manat, ümumilikdə 871.9 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh və Zamin müştərək qaydada tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Samsung G970” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 134 manat olmaqla cəmi 1599 manat, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən,aldığı “X1 8T” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 42 manat olmaqla cəmi 493.9 manat, xx.xx.2020-ci il tarixli ********* saylımüddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Honor” markalı elektron qol saatına görə 18 ay ödəniş cədvəli üzrə hər ay 23 manat olmaqla cəmi 399 manat, ümumilikdə 2491.9 ödəməyi öhdəsinə götürmüşdür. Borcun təminatı olaraq Zamin ilə xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixlizaminlik müqavilələri bağlanmışdır. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixində 94 manat, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixində 42 manat, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixində 127 manat ödəniş etmiş və qalıq qalmış 758.3 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcıtərəfindən Satıcıya ödənilir. Bildiririk ki,cavabdehin gecikdirdiyi günlərin faktikicərimə borcu üç müqavilə üzrə 1136 manat təşkiledir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər üç müqavilə üzrə 1136 manat təşkiletdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 113.6 manat İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh xx.xx.2022-ci il tarixədək "xxxx" MMCnə olan bor1c1u.07.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə üzrə 269 manat əsas, 40.3 manat cərimə,cəmi 309.3 manat, xx.xx.2020-ci il tarixli ********* saylımüddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 217.3 manat əsas, 32.5 manat cərimə, cəmi 249.8 manat, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə üzrə 272 manat əsas, 40.8 manat cərimə, cəmi 312.8 manat, ümumilikdə üç müqavilə üzrə 758.3 manat əsas, 113.6 manat cərimə, cəmi 871.9 manat təşkil etmişdir. Cavabdehlər Cavabdeh və Zamin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Samsung G970 White markalı mobil telefon cavabdehə müəyyən müddətə nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə 1 №-li Əlavədən görünür ki, Samsung G970 White markalı mobil telefon üçün müqavilə üzrə ilkin ödəniş 0 manat, qalan borc 1599 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 134 manatdır. Gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 faiz dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. İş materiallarında olan İrşad-Electronics” MMC ilə Zamin arasında bağlanmış xx.xx.2019-cu il tarixli Zaminlik müqaviləsindən görünür ki, sonuncu xx.xx.2019-cu il tarixli ********* saylı nisyə alqı satıq müqaviləsinə əsasən İrşad-Electronics” MMC qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti üzərinə götürmüşdür, borc məbləği 1599 manat, müddəti 12 aydır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Ödəniş cədvəlindən görünür ki, Cavabdeh qalıq borc 1599 AZN, müddət 12 ay, aylıq ödəniş 134 manat olmaqla Samsung G970 White markalı mobil telefon satılmış, hər gecikən günə ödəniş məbləğinin 1% dəyərində cərimə (minimum 50 qəpik) əlavə olunacağı qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, əsas borcu 269 manat, gecikdirilən günlərin sayı 591 gün, cərimə borcu 403 manat olmaqla, cəmi borcu 672 manat təşkil edir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, X1 8T markalı mobil telefon cavabdehə müəyyən müddətə nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə 1 №-li Əlavədən görünür ki, X1 8T markalı mobil telefon üçün müqavilə üzrə borc 493,9 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 42 manatdır. Gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 faiz dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. İş materiallarında olan İrşad-Electronics” MMC ilə Zamin arasında bağlanmış xx.xx.2020-ci il tarixli Zaminlik müqaviləsindən görünür ki, sonuncu xx.xx.2020-ci il tarixli ********* saylı nisyə alqı satıq müqaviləsinə əsasən İrşad-Electronics” MMC qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti üzərinə götürmüşdür, borc məbləği 493,9 manat, müddəti 12 aydır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Ödəniş cədvəlindən görünür ki, Cavabdeh qalıq borc 493,9 AZN, müddət 12 ay, aylıq ödəniş 42 manat olmaqla X1 8T markalı mobil telefon satılmış, hər gecikən günə ödəniş məbləğinin 1% dəyərində cərimə (minimum 50 qəpik) əlavə olunacağı qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, əsas borcu 217,3 manat, gecikdirilən günlərin sayı 594 gün, cərimə borcu 325 manat olmaqla, cəmi borcu 542,3 manat təşkil edir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, X2 Magic Watch markalı saat cavabdehə müəyyən müddətə nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2020--ci il tarixli alqı-satqı müqaviləsinə 1 №-li Əlavədən görünür ki, X2 Magic Watch markalı saat üçün müqavilə üzrə borc 399 manat, ödəniş müddəti 18 ay, aylıq ödəniş 23 manatdır. Gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 faiz dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. İş materiallarında olan İrşad-Electronics” MMC ilə Zamin arasında bağlanmış xx.xx.2020-ci il tarixli Zaminlik müqaviləsindən görünür ki, sonuncu xx.xx.2020-ci il tarixli ********* saylı nisyə alqı satıq müqaviləsinə əsasən İrşad-Electronics” MMC qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti üzərinə götürmüşdür, borc məbləği 399 manat, müddəti 18 aydır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Ödəniş cədvəlindən görünür ki, Cavabdeh qalıq borc 399 AZN, müddət 18 ay, aylıq ödəniş 23 manat olmaqla X2 Magic Watch markalı saat satılmış, hər gecikən günə ödəniş məbləğinin 1% dəyərində cərimə (minimum 50 qəpik) əlavə olunacağı qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, əsas borcu 272 manat, gecikdirilən günlərin sayı 601 gün, cərimə borcu 408 manat olmaqla, cəmi borcu 680 manat təşkil edir. İş materiallarından görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh borcunu ödəməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan Dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2022-ci il tarixli ********* saylı qəbzdən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən işin halları araşdırılaraq müəyyən edildi ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli nisyə saylı alqı-satqı müqavilələrinə əsasən, Samsung G970 White mobil telefonu, X1 8T mobil telefonu və X2 Magic Watch saatı sonuncuya satılmışdır, həmçinin müqavilələrin təminatı olaraq İrşad-Electronics” MMC ilə digər cavabdeh Zamin arasında eyni tarixli zaminlik müqavilələri bağlanmışdır, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdehlər müqavilələr üzrə üzərinə düşən öhdəliklərini lazımınca icra etməməklə müqavilə şərtlərini pozmuşdurlar, hazırda caavbdehlərin iddiaçıya əsas və cərimə borcu qalmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqavilələrini öz riski ilə bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə də məsuliyyət daşıyır. Məhkəmə, tərəflər arasında bağlanmış müqavilə üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin azaldılaraq, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 16 manat, xx.xx.2020-ci il tarixli 13 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə isə 17 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə, borcun hansı cavabdehdən tutulmalı olmasına münasibətdə hesab edir ki, qanunvericiliyə görə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin, və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada xx.xx.2019-cu il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 269 manat əsas, 16 manat cərimə, cəmi 285 manat, xx.xx.2020-ci il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 217.3 manat əsas, 13 manat cərimə, cəmi 230.3 manat, xx.xx.2020-ci il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 272 manat əsas, 16 manat cərimə, cəmi 288 manat, ümumilikdə 803.3 manat alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən və cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görı 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh və Zamin müştərək qaydada xx.xx.2019-cu il tarixli ********* saylı alqısatqı müqaviləsi üzrə 269 manat əsas, 16 manat cərimə, cəmi 285 manat, xx.xx.2020-ci il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 217.3 manat əsas, 13 manat cərimə, cəmi 230.3 manat, xx.xx.2020-ci il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 272 manat əsas, 16 manat cərimə, cəmi 288 manat, ümumilikdə 803 (səkkiz yüz üç) manat 30 (otuz) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar