Məhkəmə qərarları › İş №e-2(011)-3462/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3462/2025

16.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3462/2025 16.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, BPM**********15 saylı kredit müqaviləsi üzrə (6750 manatlıq kredit üzrə) – 6391,98 manat əsas borc, 80,79 manat faiz borcu olmaqla, cəmi 6472,77 manat, xx.xx.2022-ci il tarixli, BPM**********13 saylı kredit müqaviləsi üzrə (300 manatlıq kredit üzrə) 286,67 manat əsas borc olmaqla, cəmi 286,67 manat olmaqla, ümumilikdə 6759,44 manat məbləğində kredit borcunun və ödənilmiş 87,60 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə cavabdeh Səlimov Alik Kərim oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BPM**********15 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 48 ay müddətinə, illik 23 faiz dərəcəsi ilə hesablanmaqla 6750 manat məbləğində kredit verilmişdir. Bundan əlavə "xxxx" ASC ilə cavabdeh Səlimov Alik Kərim oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********13 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 300 manat məbləğində kredit kartı verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan Müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X4 Kərim oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. 4 saylı Bakı “Asan Xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilən məlumata əsasən mərhum Səlimov Alik Kərim oğlunun xx.xx.2023-cü il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün vərəsəlik işi açılmış, vərəsə Cavabdeh mirası qəbul etmişdir. Maliyyə arayışına əsasən, Səlimov Alik Kərim oğlunun xx.xx.2023-cü il tarixli, BPM**********15 saylı kredit müqaviləsinə əsasən Banka ödənilməmiş borcu – 6750 manatlıq kredit üzrə - 6391,98 manat əsas borc, 80,79 manat faiz borcu olmaqla, cəmi 6472,77 manat borcu qalmışdır. Maliyyə arayışına əsasən, Səlimov Alik Kərim oğlunun xx.xx.2022-ci il tarixli, BPM**********13 saylı kredit müqaviləsin əsasən Banka ödənilməmiş borcu – 300 manatlıq kredit üzrə – 286.67 manat əsas borc olmaqla, cəmi 286,67 manat borcu qalmışdır. Ümumilikdə, Səlimov Alik Kərim oğlunun hər iki kredit müqaviləsi Banka ödənilməmiş borcu 6759,44 manat qalmışdır. Cavabdeh Səlimov Alik Kərim oğlunun vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bugünədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdehlər Cavabdeh borcun qaytarılması haqqında tərəflərindən bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti 6759.44 manat olduğundan, tərəflərindən 87,60 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı ödənilmişdir. Tərəflərin izahatları: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 məhkəmə baxış iclasını nümayəndənin iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2022-ci il tarixli, BPM**********13 nömrəli kredit müqaviləsindən görünür ki, müqaviləyə əsasən "xxxx" ASC tərəfindən Səlimov Alik Kərim oğluna 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 300 manat məbləğində kredit kartı verilmişdir. xx.xx.2023-cü il tarixli, BPM**********15 nömrəli kredit müqaviləsindən görünür ki, müqaviləyə əsasən "xxxx" ASC tərəfindən Səlimov Alik Kərim oğluna 48 ay müddətinə, illik 23 faiz dərəcəsi ilə hesablanmaqla 6750 manat məbləğində kredit verilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli kredit xətti üzrə Səlimov Alik Kərim oğlunun xx.xx.2025-ci il tarixə banka 286,67 manat əsas borcu vardır, rüsum üzrə bank tərəfindən tələb edilən məbləğ 0,4 manatdır. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə Səlimov Alik Kərim oğlunun xx.xx.2025-ci il tarixə banka 6391,98 manat əsas borc, 80,79 manat faiz borcu olmaqla, cəmi 6472.77 manat borcu mövcuddur. Bakı şəhəri 4 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzində Notariat ofisi tərəfindən verilən xx.xx.2024-cü il tarixli 1388 saylı məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş Səlimov Alik Kərim oğlundan miras qalmış əmlakı ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh mirası qəbul etmişdir. xx.xx.2023-cü il tarixli, AZ-İİ 368489 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Səlimov Alik Kərim oğlu xx.xx.2023-cü il tarixində Bakı şəhərində ölmüşdür. xx.xx.2024-cü il tarixli bildiriş məktubundan görünür ki, "xxxx" ASC tərəfindən cavabdehə borcun ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə borcun qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2025-ci il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 87,6 manat məbləğində dövlət rüsumu və 0,4 manat məbləğində komissiya haqqı ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas və ona hesablanmış faiz borcunu tələb etməkdə haqlıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin atası Səlimov Alik Kərim oğlu kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, Səlimov Alik Kərim oğlu kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə öldüyündən icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin Səlimov Alik Kərim oğlunun vərəsəsi Cavabdeh ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən xx.xx.2023-cü il tarixli, BPM**********15 saylı kredit müqaviləsi üzrə 6391,98 manat əsas borc, 80,79 manat faiz borcu olmaqla, cəmi 6472,77 manat, xx.xx.2022-ci il tarixli, BPM**********13 saylı kredit müqaviləsi üzrə 286,67 manat əsas borc olmaqla, ümumilikdə 6759,44 manat məbləğində kredit borcunun tutulması barədə tələb əsaslıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli, BPM**********15 saylı kredit müqaviləsi üzrə 6391,98 manat əsas borc, 80,79 manat faiz borcu olmaqla, cəmi 6472,77 manat, xx.xx.2022-ci il tarixli, BPM**********13 saylı kredit müqaviləsi üzrə 286,67 manat əsas borc olmaqla, ümumilikdə 6759,44 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 87,6 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, BPM**********13 saylı kredit müqaviləsi üzrə 286,67 (iki yüz səksən altı manat altmış yeddi qəpik) manat əsas və xx.xx.2023-cü il tarixli, BPM**********15 saylı kredit müqaviləsi üzrə 6391,98 (altı min üç yüz doxsan bir manat doxsan səkkiz qəpik) manat əsas borc, 80,79 (səksən manat yetmiş doqquz qəpik) manat faiz borcu olmaqla cəmi 6759,44 (altı min yeddi yüz əlli doqquz manat qırx dörd qəpik) manat və 87,6 (səksən yeddi manat altmış qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi, 0,4 (qırx qəpik) manat bank xidmət haqqı tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar