Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3463/2023 08.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı "xxxx" Bank ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh1, Cavabdeh2 iştirakları ilə İddiaçı "xxxx" Bank ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" Bank ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsini vaxtından əvvəl ləğv etməklə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 13987.54 (on üç min doqquz yüz səksən yeddi manat əlli dörd qəpik) manat əsas, 1468.61 (bir min dörd yüz altmış səkkiz manat altmış bir qəpik) manat faiz, cəmi 15456.15 (on beş min dörd yüz əlli altı manat on beş qəpik) manat borcun, həmçinin ödənilmiş 136,77 (yüz otuz altı manat yetmiş yeddi qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsini vaxtından əvvəl ləğv etməklə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 13987.54 manat əsas, 1669,55 manat faiz, cəmi 15657,09 manat borcun, həmçinin ödənilmiş 136,77 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh2 şəxsi (istehlak) məqsədləri üçün 48 ay müddətinə nağd şəkildə istifadə оlunmaqla 14900 manat məbləğində krеdit vеrilmiş və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli ******* saylı Krеdit Müqaviləsi bağlanmışdır. Krеdit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin еtmək məqsədilə xx.xx.2022-ci il tarixli 1073575/27285 saylı Zaminlik Müqaviləsinə əsasən Cavabdeh2 Bank qarşısında öhdəlikləri tam yеrinə yеtirilənədək Cavabdeh1 ona zamin durmuşdur, Zaminlik Müqaviləsinin 1.1.-ci bəndinə görə, Bоrcalan Bank qarşısında öz öhdəliklərini tam yеrinə yеtirənədək Zaminlər, Bоrcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Krеdit Müqaviləsinin şərtlərinə əsasən Cavabdeh2 xx.xx.2023-cü il tarixə borcu cəmi 15657,09 manat təşkil edir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət оlunmasına, məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh2 götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Sonda iddiaçının nümayəndəsi Nümayəndə qeyd etdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdir. Məhkəmə iclasında Cavabdeh2 yazılı ərizə təqdim edərək və ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, kredit müqaviləsi bağlamışdır, mülki iş üzrə cəmi 15657,09 manat borcu qəbul edir, əvvəl işləmişdir, lakin ixtisar olduğu üçün avqust ayından etibarən işləməmişdir, hazırda 2 gündür ki işə düzəlmişdir, indi işləyir, çalışıb kredit müqaviləsi üzrə borcunu banka ödəyəcəkdir. Sonda Cavabdeh2 qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirmişdir ki, kredit müqaviləsi üzrə zamin durmuşdur, 15657,09 manat borc haqqında məlumatı vardır, lakin başqa kreditləri də vardır, həmçinin azyaşlı uşaqları var, bu borcu ödəyə bilməyəcəkdir. Sonda Cavabdeh1 qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh2 ilə "xxxx" Bank ASC arasında xx.xx.2022-ci il tarixli ******* saylı Fiziki şəxslərə kreditin verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsi bağlanmışdır. Bu müqaviləyə görə bank kredit alana 48 ay müddətinə, illik 16 faiz olmaqla, 14900 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan ******* saylı kredit müqaviləsi üzrə əlavə ödəniş cədvəlinin surətindən görünür ki, kreditin məbləği 14900 manat, faiz dərəcəsi 16, verilmə tarixi xx.xx.2022, bitmə tarixi xx.xx.2026-dır. İş materiallarında olan “Kredit hesabından çıxarış”dan görünür ki, verilən kreditin məbləği 14900 manat, faiz dərəcəsi 16, verilmə tarixi xx.xx.2022, bitmə tarixi xx.xx.2026dır. İş materiallarında olan "xxxx" Bank ASC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1073575/27285 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 ilə "xxxx" Bank ASC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış ******* saylı kredit müqaviləsi üzrə borcalana veriləcək 14900 manat məbləğində kreditlə əlaqədar olaraq borcalan bank qarşısında öz öhdəliklərini yerinə yetirənədək Zamin - Cavabdeh1 borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən, zamin bank qarşısından borcalanın xx.xx.2022-ci il tarixində bağlanmış kredit müqaviləsi üzrə banka olan kredit və faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komissiya, dəbbə pulu, məhkəmə xərcləri və s. üçün məsuliyyət daşıyır. İş materiallarında olan “kreditin nağdlaşdırılması” barədə qəbzlər1in surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə 14900 manat məbləğ üzrə 14602 manat nağdlaşdırılmışdır, 298 manat birdəfəlik komissiyadır. İş materiallarında olan “Maliyyə arayışı”ndan görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə ödənilməli 13987,54 manat əsas, 1468,61 manat faiz, ümumilikdə 15456,15 manat borcu vardır. İş materiallarında olan “Maliyyə arayışı”ndan görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixə xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə ödənilməli 13987,54 manat əsas, 1669,55 manat faiz, ümumilikdə 15657,09 manat borcu vardır. İş materiallarından görünür ki, "xxxx" Bank ASC tərəfindən borclu Cavabdeh2 və Cavabdeh1 xx.xx.2022-ci ildə pretenziya məktubu göndərilməklə onlardan xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış borcun 5 iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, "xxxx" Bank ASC tərəfindən 136,37 manat məbləğində dövlət rüsumu, 0,40 qəpik xidmət haqqı ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, iddiaçı ilə Cavabdeh2 arasında 48 ay müddətinə illik 16% olmaqla 14900 manat məbləğində verilməsini nəzərdə tutan xx.xx.2022-ci il tarixli ******* saylı saylı kredit müqaviləsi bağlanmışdır, bu müqaviləyə əsasən Cavabdeh2 həmin məbləği bankdan təhvil almışdır, kredit müqaviləsinin təminatı olaraq iddiaçı ilə digər Cavabdeh1 arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən, zamin həmin müqavilə üzrə digər cavabdeh ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı (kredit və faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komissiya, dəbbə pulu, məhkəmə xərcləri və s.) öhdəsinə götürmüşdür, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdehlər kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərindən yayınaraq müqavilədə nəzərdə tutulmuş aylıq ödənişləri yerinə yetirməmiş və hazırda banka ödənilməmiş 13987,54 manat əsas və 669,55 manat faiz olnmaqla, ümumilikdə 15657,09 manat borc yaranmışdır, iddiaçı tərəfindən borcun olması barədə cavabdehlərə xəbərdarlıq edilmişdir, Cavabdeh2 iddia tələbini qəbul edir. Bununla belə, cavabdehlərin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Həmçinin məhkəmə, borcun hansı cavabdehdən tutulmalı olmasına münasibətdə hesab edir ki, qanunvericiliyə əsasən, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin, və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı və Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi ləğv edilməli, cavabdehlərdən müştərək qaydada 13987,54 manat əsas, 1669,55 manat faiz olnmaqla, ümumilikdə 15657,09 manat məbləğində kredit borcu alınaraq "xxxx" Bank AS -yə ödənilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehlərin isə dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məmkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və dövlət rüsumu və bank xidmətinə görə ödənilmiş 136,37 manat cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəainə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasın Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi dövlət rüsumu ödənilir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. "xxxx" Bank ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə 13987,54 manat əsas, 1669,55 manat faiz, ümumilikdə 15657 (on beş min altı yüz əlli yeddi) manat 09 (doqquz) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 136 (yüz otuz altı) manat 77 (yetmiş yeddi) qəpik alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində,Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-3463/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3463/2023
08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver