Məhkəmə qərarları › İş №e-2(011)-3465/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3465/2024

19.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3465/2024 19.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddia ərizəsinin və ona etirazın dəlilləri: İddia ərizəsinin dəlilləri İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 fevral 2024-cü il tarixinə yaranmış 15 mart 2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə 39.90 manat əsas 5.90 manat cərimə cəmi 45.80 manat borc, 22 oktyabr 2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 516.30 manat əsas, 77.40 manat cərimə, cəmi 593.70 manat borc, 06 sentyabr 2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 19.90 manat əsas, 2.90 manat cərimə, cəmi 22.80 manat borc, 15 mart 2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 19.90 manat əsas, 2.90 manat cərimə, cəmi 22.80 manat borc, ümumilikdə dörd müqavilə üzrə 596 manat əsas, 89.10 manat cərimə, 685.10 manat cəmi borcu və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, iddiaçının cavabdehlə aralarında bağlanmış 06 sentyabr 2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı “Aiwa” markalı qulaqcığa görə 12 ay ödəniş cədvəli üzrə hər ay 10 manat olmaqla cəmi 119.90 manat; 22 oktyabr 2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, cavabdeh aldığı “Samsung” markalı mobil telefon, “Honor” markalı qulaqcıq və aksesuara görə 18 ay ödəniş cədvəli üzrə hər ay 62 manat olmaqla cəmi 1.102,30 manat; 15 mart 2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı “Aiwa” markalı qulaqcığa görə 6 ay ödəniş cədvəli üzrə hər ay 20 manat olmaqla cəmi 119.90 manat; 15 mart 2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı “Honor” markalı qulaqcığa görə 6 ay ödəniş cədvəli üzrə hər ay 10 manat olmaqla cəmi 59.90 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilələrin şərtlərini pozmuş, sonuncu dəfə 06 sentyabr 2022-ci il tarixli müqavilə üzrə 19 iyul 2023-cü il tarixdə 10 manat, 22 oktyabr 2022-ci il tarixli müqavilə üzrə 17 sentyabr 2023-cü il tarixdə 90 manat, 15 mart 2023-cü il tarixli müqavilə üzrə 19 iyul 2023-cü il tarixdə 20 manat, 15 mart 2023-cü il tarixli müqavilə üzrə 19 iyul 2023-cü il tarixdə 10 manat ödəniş etmiş və müqavilələr üzrə qalıq qalmış borcu qaytarmamışdır. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri: Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İşin faktiki halları: İddiaçı ilə cavabdehin arasında bağlanmış 06 sentyabr 2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı “Aiwa” markalı qulaqcığa görə 12 ay ödəniş cədvəli üzrə hər ay 10 manat olmaqla cəmi 119.90 manat; 22 oktyabr 2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı “Samsung” markalı mobil telefon, “Honor” markalı qulaqcıq və aksesuara görə 18 ay ödəniş cədvəli üzrə hər ay 62 manat olmaqla cəmi 1.102,30 manat; 15 mart 2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı “Aiwa” markalı qulaqcığa görə 6 ay ödəniş cədvəli üzrə hər ay 20 manat olmaqla cəmi 119.90 manat; 15 mart 2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı “Honor” markalı qulaqcığa görə 6 ay ödəniş cədvəli üzrə hər ay 10 manat olmaqla cəmi 59.90 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilələrin şərtlərini pozmuş, sonuncu dəfə 06 sentyabr 2022-ci il tarixli müqavilə üzrə 19 iyul 2023-cü il tarixdə 10 manat, 22 oktyabr 2022-ci il tarixli müqavilə üzrə 17 sentyabr 2023-cü il tarixdə 90 manat, 15 mart 2023-cü il tarixli müqavilə üzrə 19 iyul 2023-cü il tarixdə 20 manat, 15 mart 2023-cü il tarixli müqavilə üzrə 19 iyul 2023-cü il tarixdə 10 manat ödəniş etmiş və müqavilələr üzrə qalıq qalmış borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borclu borcu ödəməkdən boyun qaçırır. Borcluya borcla bağlı xəbərdarlıq edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, cavabdehin 14 fevral 2024-cü il tarixinə 06 sentyabr 2022-ci il tarixli müqavilə üzrə 19.90 manat əsas, 29 manat cərimə; 22 oktyabr 2022-ci il tarixli müqavilə üzrə 516.30 manat əsas, 774 manat cərimə; 15 mart 2023-cü il tarixli müqavilə üzrə 39.90 manat əsas, 59 manat cərimə, 15 mart 2023-cü il tarixli müqavilə üzrə 19.90 manat əsas, 29 manat cərimə borcu vardır. İddiaçı tərəfindən cavabdehdən 06 sentyabr 2022-ci il tarixli müqavilə üzrə 2.90 manat, 22 oktyabr 2022-ci il tarixli müqavilə üzrə 77.40 manat, 15 mart 2023-cü il tarixli müqavilə üzrə 5.90 manat, 15 mart 2023-cü il tarixli müqavilə üzrə 2.90 manat cərimə məbləği tələb edilir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən əsaslıdır. Mülki Məcəllənin 567-ci maddəsində verilən anlayışdan görünür ki, alğı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandığı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında nisyə alğı-satqı müqavilələri bağlanmış, müqavilələrdə nəzərdə tutulmuş mallar cavabdehə verilmiş və borcun hissə-hissə ödənilməsi müddəti və məbləği müqavilələrə edilmiş ödəniş cədvəli ilə müəyyən edilərək cavabdeh tərəfindən də imzalanmışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələr əsasında cavabdeh iddiaçıdan müqavilələrdə göstərilən əşyaları almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin əşyaların dəyərini ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh isə göstərilən müqavilələr əsasında əşyaları almasına dair hüququndan istifadə etmiş, lakin onların dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Buna görə də, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edilməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilələrdə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Lakin məhkəmə hesab edir ki, cərimə borcu iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Odur ki, məhkəmə həm cərimənin tənasübsüz surətdə yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilələrlə müəyyən edildiyini nəzərə alaraq 22 oktyabr 2022-ci il tarixli müqavilə üzrə müəyyən edilmiş 77.40 manat cərimənin 10 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia qismən təmin edilsin. 06 sentyabr 2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 19.90 (on doqquz manat doxsan qəpik) manat əsas, 2.90 (iki manat doxsan qəpik) manat cərimə; 22 oktyabr 2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 516.30 (beş yüz on altı manat otuz qəpik) manat əsas, 10 (on) manat cərimə; 15 mart 2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi 39.90 (otuz doqquz manat doxsan qəpik) manat əsas, 5.90 (beş manat doxsan qəpik) manat cərimə; 15 mart 2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 19.90 (on doqquz manat doxsan qəpik) manat əsas, 2.90 (iki manat doxsan qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 617.70 (altı yüz on yeddi manat yetmiş qəpik) manat pul vəsaiti və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar