Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3493/2024 26.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun qaytarılması barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı "xxxx" MMC 27 dekabr 2022-ci il tarixli müqaviləyə əsasən “İNFİNİX ZERO 20” markalı telefon üçün 648.88 manat ödənilməmiş hissə, 64.12 manat cərimə; 21 mart 2023-cü il tarixli müqaviləyə əsasən “LG” markalı paltaryuyan üçün 1280.38 manat ödənilməmiş hissə, 128.62 manat cərimə; ümumilikdə 2122.00 manat borc, 41.22 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq, "xxxx" MMC-yə ödənilməsi tələbinə dair kiçik iddiaya ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfin dəlilləri ondan ibarət olmuşdur ki, cavabdeh ABC Telecom” MMC ilə 27 dekabr 2022-ci il, 21mart 2023-cü il müqavilələrə əsasən “İNFİNİX ZERO 20” markalı telefon, “LG” markalı paltaryuyan almış və nəticədə 2122.00 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 27 dekabr 2022-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1056.00 manat (12 ay x 87.74 manat+ 3.12 manat ilkin ödəniş) “İNFİNİX ZERO 20” markalı telefon üçün ümumilikdə 713.00 manat olmaqla, ondan 648.88 manat ödənilməmış hissə, müştəriyə güzəşt olunaraq 64.12 manat cərimə; 21 mart 2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1512.00 manat (18 ay x 84 manat+0 manat ilkin ödəniş) “LG” markalı paltaryuyan üçün ümumilikdə 1409.00 manat olmaqla, ondan 1280.38 manat ödənilməmış hissə, müştəriyə güzəşt olunaraq 128.62 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 638.74 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə 1% məbləğində penya ödənilməlidir. Tərəflər arasında bağlanılmış müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Tərəflər arasında olan telefon danışığı, həmçinin göndərilmiş 13 fevral 2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdehin etirazının dəlilləri Azərbaycan Respublikası MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə iddia ərizəsinin icraata qəbul edildiyinə dair bildiriş göndərilərək iddiaya qarşı əsaslandırımış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sübutları məhkəməyə təqdim etmək təklif olunmuşdur. Lakin, cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İşin halları "xxxx" MMC ilə Cavabdeh arasında 27 dekabr 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləyə əsasən cavabdeh “İNFİNİX ZERO 20” markalı telefon, 21 mart 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləyə əsasən “LG” markalı paltaryuyan əldə etmişdir. Cavabdeh müqavilələr üzrə öhdəlikləri vaxtlı vaxtında icra etmədiyinə görə onun xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas borca görə 648,88 manat, cərimə borcuna görə 64,12 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə əsas borca görə 1280,38 manat, cərimə borcuna görə 128,62 manat borcu yaranmışdır. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 41.22 manat məbləğində dövlət rüsumu ödəmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, cavabdeh müqavilə əsasında iddiaçıdan nisyə mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəmək vəzifəsini yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilələrin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. İddia bu hissədə təmin edilərək, tərəflər arasında bağlanılmış alqı-satqı müqavilələri üzrə ödənilməmiş borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaya hesablanmış cərimənin cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi hissəsində qiymət verərək, belə qənaətə gəlir ki, işin faktiki halları və əsas borcun məbləğini nəzərə alaraq, hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığına görə, azaldılaraq xx.xx.2022-ci il tarixli müqavilə üzrə 45 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə isə 90 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddianın 41.22 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq, tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq, iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 27 dekabr 2022-ci il tarixli müqavilə üzrə əsas borca görə 648,88 (altı yüz qırx səkkiz manat səksən səkkiz qəpik), cərimə borcuna görə 45 (qırx beş manat) manat, 21 mart 2023-cü il tarixli müqavilə üzrə əsas borca görə 1280.38 (bir min iki yüz səksən manat otuz səkkiz qəpik), cərimə borcuna görə 90 (doxsan manat) manat cərimə, cəmi 2064,26 (iki min altmış dörv manat iyirmi altı qəpik) manat məbləğində borc Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin; Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 41.22 (qırx bir manat iyirmi iki qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq, İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-3493/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3493/2024
26.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver