Məhkəmə qərarları › İş №e-2(011)-3496/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3496/2025

21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3496/2025 21.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5üçün , 1708.92 (bir min yeddi yüz səkkiz manat, 92 qəpik) manat ödənilməmiş hissə, 170.89 (yüz yetmiş manat, 89 qəpik) manat dəbbə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, İmei kod **********76773 İPHONE 14 markalı telefon, VİNİL ŞƏFFAF, VİNİL MAT, APPLE ADAPTERüçün 1885.86 (bir min səkkiz yüz səksən beşmanat, 86 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, 188.59 (yüz səksən səkkiz manat, 59 qəpik) manat dəbbə; xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, İmei kod **********66734 İPHONE 14 markalı telefonüçün , 2392.56 (iki min üç yüz doxsan iki manat, 56 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, 239.26 (iki yüz otuz doqquz manat, 26 qəpik) manat dəbbə Ümumilikdə 6633.27 manat borc, 86.34 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh X4 ilə "xxxx" MMC arasında bağlanmı0ş1.09.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, PLAYSTATİON 5, İmei kod **********76773 İPHONE 14 markalı telefon, VİNİL ŞƏFFAF, VİNİL MAT, APPLE ADAPTER, İmei kod **********66734 İPHONE 14 markalı telefonalmış və nəticədə 6633.27 (altı min altı yüz otuz üç manat, 27 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1848.92 (bir min səkkiz yüz qırx səkkiz manat, 92 qəpik) manat (18 ay x 94.94 manat + 0 manat ilkin ödəniş) olan PLAYSTATİON 5üçün ümumilikdə, 1879.81 (bir min səkkiz yüz yetmiş doqqu zmanat, 81 qəpik) manat olmaqla ondan, 1708.92 (bir min yeddi yüz səkkiz manat, 92 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 170.89 (yüz yetmiş manat, 89 qəpik) manat dəbbə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2145.86 (iki min yüz qırx beş manat, 86 qəpik) manat (18 ay x 104.77 manat + 260 manat ilkin ödəniş) olan İmei kod **********76773 İPHONE 14 markalı telefon, VİNİL ŞƏFFAF, VİNİL MAT, APPLE ADAPTERüçün ümumilikdə, 2098.05 (iki min doxsan səkkiz manat, 5 qəpik) manat olmaqla ondan, 1885.86 (bir min səkkiz yüz səksən beşmanat, 86 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 188.59 (yüz səksən səkkiz manat, 59 qəpik) manat dəbbə; xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2692.56 (iki min altı yüz doxsan iki manat, 56 qəpik) manat (18 ay x 132.92 manat + 300 manat ilkin ödəniş) olan İmei kod **********66734 İPHONE 14 markalı telefonüçün ümumilikdə, 2655.42 (iki min altı yüz əlli beş manat, 42 qəpik) manat olmaqla ondan, 2392.56 (iki min üç yüz doxsan iki manat, 56 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 239.26 (iki yüz otuz doqquz manat, 26 qəpik) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 700 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər ; tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. Müştəri “Müqavilə”-nn şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının rislki müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%- nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. X1 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 04008301 saylı müqaviləyə əsasən, satıcı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək Playstatıon 5-i alıcıya təhvil vermiş, xx.xx.2024-cü il tarixli ********* saylı müqaviləyə əsasən, satıcı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək İmei kod **********76773 İPHONE 14 markalı telefon, VİNİL ŞƏFFAF, VİNİL MAT, APPLE Adapteri alıcıya təhvil vermiş, xx.xx.2024-cü il tarixli 14028210 saylı müqaviləyə əsasən, satıcı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək İmei kod **********66734 İPHONE 14 markalı telefonu alıcıya təhvil vermiş, alıcı isə müəyyən olunmuş ödənişləri yerinə yetirməyərək müqavilənin şərtlərini pozmuşdur və nəticədə PLAYSTATİON 5 üçün 1708,92 manat əsas, İmei kod **********76773 İPHONE 14 markalı telefon, VİNİL ŞƏFFAF, VİNİL MAT, APPLE ADAPTER üçün 1885,86 manat əsas, İnnovativ Layihələr Mərkəzinə ödənilən məbləğ üçün 23.60 manat borcu, İmei kod **********66734 İPHONE 14 markalı telefon üçün 2392,56 manat əsas, İnnovativ Layihələr Mərkəzinə ödənilən məbləğ üçün 23.60 manat borcu olmaqla, ümumilikdə 6034,54 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 700 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə borcunun olması və onun ödənilməli olması barədə xəbərdarlıq məktubu göndərilmişdir. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsini öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə də məsuliyyət daşıyır. Məhkəmə, müqavilələr üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin azaldılaraq 300 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, müqavilələr üzrə 5987,34 manat əsas, 300 manat cərimə borcu, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum üçün 47,2 manat olmaqla, ümumilikdə 6334,54 manat məbləğində borc məbləği cavabdehdən alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi qismən təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, iddia tələbinin təmin edilən hissəsi (6334,54 manat) nəzərə alınmaqla, dövlət rüsumuna görə ödənilmiş 83,35 manat ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5987,34 manat əsas borc, 300 manat dəbbə pulu, İnnovativ Layihələr Mərkəzinə ödənilən məbləğ üçün 47,2 manat pul olmaqla, ümumilikdə 6334 (altı min üç yüz otuz dörd) manat 58 (əlli səkkiz) qəpik və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 84 (səksən dörd) manat 35 (otuz beş) qəpik alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində,Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar