Məhkəmə qərarları › İş №e-2(011)-3497/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3497/2025

02.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3497/2025 02.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun qaytarılması barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********59175 Vivo Y35 markalı telefon, Huawei Freebuds SE 2 qulaqlıq üçün, 54.7 manat ödənilməmiş hissə, 5.47 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Hoffmann Soac kondisioner üçün, 600.4 manat ödənilməmiş hissə, 60.04 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********81146 Xiaomi Redmi 12 markalı telefon, Vinil Şəffaf üçün, 409.5 manat ödənilməmiş hissə, 40.95 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********57262 Xiaomi Redmi A3 markalı telefon üçün 243.3 manat ödənilməmiş hissə, 24.33 manat cərimə, ümumilikdə 1438.69 manat borc, 34.39 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənməsi tələbinə dair kiçik iddiaya ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İmei kod **********59175 Vivo Y35 markalı telefon, Huawei Freebuds SE 2 qulaqlıq, Hoffmann Soac kondisioner, İmei kod **********81146 Xiaomi Redmi 12 markalı telefon, Vinil Şəffaf, İmei kod **********57262 Xiaomi Redmi A3 markalı telefon markalı telefon almış və nəticədə 1438.69 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 530.04 manat (12 ay x 44.17 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********59175 Vivo Y35 markalı telefon, Huawei Freebuds SE 2 qulaqlıq üçün ümumilikdə, 60.17 manat olmaqla ondan, 54.7 manat ödənilməmiş hissə, güzəşt olunaraq 5.47 manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 730.44 manat (18 ay x 40.58 manat + 0 manat ilkin ödəniş) olan Hoffmann Soac kondisioner üçün ümumilikdə, 660.44 manat olmaqla ondan, 600.4 manat ödənilməmiş hissə, güzəşt olunaraq 60.04 manat cərimə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 556.8 manat (12 ay x 46.4 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********81146 Xiaomi Redmi 12 markalı telefon, Vinil Şəffaf üçün ümumilikdə, 450.45 manat olmaqla ondan, 409.5 manat ödənilməmiş hissə, güzəşt olunaraq 40.95 manat cərimə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 342.36 manat (12 ay x 28.53 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********57262 Xiaomi Redmi A3 markalı telefon üçün ümumilikdə, 267.63 manat olmaqla ondan, 243.3 manat ödənilməmiş hissə, güzəşt olunaraq 24.33 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, xx.xx.2024-ci il tarixində İmei kod **********59175 Vivo Y35 markalı telefon və qızıl zəmanət ultra İL xidmətindən imtina etmiş və məhsul 420,04 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 55.30 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 420.04 manat, digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 376.4 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdehin etirazının dəlilləri Azərbaycan Respublikası MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə iddia ərizəsinin icraata qəbul edildiyinə dair bildiriş göndərilərək iddiaya qarşı əsaslandırımış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sübutları məhkəməyə təqdim etmək təklif olunmuşdur. Lakin, cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İşin halları "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış; - xx.xx.2024-cü il tarixli 08651353 nömrəli müqaviləyə əsasən İmei kod **********59175 Vivo Y35 markalı telefon, Huawei Freebuds SE 2 qulaqlıq almışdır, bunun müqabilində üzərinə 12 ay müddətində hər ay 44,17 manat olmaqla, ümumilikdə 530,07 manat malın dəyərini ödəməyə öhdəsinə götürmüşdür; - xx.xx.2024-cü il tarixli 03858628 nömrəli müqaviləyə əsasən cavabdeh “Hoffmann Soac” markalı kondisioner almışdır, bunun müqabilində üzərinə 18 ay müddətində hər ay 40,58 manat olmaqla, ümumilikdə 730,40 manat malın dəyərini ödəməyə öhdəsinə götürmüşdür; - xx.xx.2024-cü il tarixli 18713505 nömrəli müqaviləyə əsasən cavabdeh İmei kod **********81146 Xiaomi Redmi 12 markalı telefon, şəffaf vinil almışdır, almışdır, bunun müqabilində üzərinə 12 ay müddətində hər ay 46,4 manat olmaqla, ümumilikdə 556,78 manat malın dəyərini ödəməyə öhdəsinə götürmüşdür; - xx.xx.2024-cü il tarixli 03858629 nömrəli müqaviləyə əsasən cavabdeh İmei kod **********57262 Xiaomi Redmi A3 markalı telefon əldə etmişdir, bunun müqabilində üzərinə 12 ay müddətində hər ay 28,53 manat olmaqla, ümumilikdə 342,39 manat malın dəyərini ödəməyə öhdəsinə götürmüşdür. Mallar alıcıya qüsursuz şəkildə təhvil verilmişdir. Lakin, cavabdeh müqavilələr üzrə öhdəlikləri vaxtlı vaxtında icra etmədiyinə görə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 54,7 manat ödənilməmiş hissə, 5,47 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 600,4 manat ödənilməmiş hissə, 60,04 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 409,5 manat ödənilməmiş hissə, 40,95 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 243,3 manat ödənilməmiş hissə, 24,33 manat cərimə, ümumilikdə 3009,45 manat borc yaranmışdır. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 34,39 manat məbləğində dövlət rüsumu ödəmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, cavabdeh xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələr əsasında iddiaçıdan nisyə mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəmək vəzifəsini yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilələrin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. İddia bu hissədə təmin edilərək, tərəflər arasında bağlanılmış alqı-satqı müqavilələri üzrə ödənilməmiş borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaya hesablanmış cərimənin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qiymət verərək, belə qənaətə gəlir ki, iddia qeyd edilən hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə işin faktiki halları və əsas borc məbləğlərini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləğləri əsas borc məbləğinə mütənasib olmadığından, tələb edilən cərimə məbləğləri azaldılmalı, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 3,82 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 42 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 28,66 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 17,03 manat, ümumilikdə 91,51 manat məbləğində cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın 34,39 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də qismən əsaslıdır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və iddiaçı tərəfindən ödənilmiş 34,39 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır və iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli 08651353 nömrəli müqavilə üzrə 54,7 (əlli dörd manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 3,82 (üç manat səksən iki qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli 03858628 nömrəli müqavilə üzrə 600,4 (altı yüz manat qırx qəpik) manat ödənilməmiş hissə, 42 (qırx iki) manat cərimə, xx.xx.2024-cü il tarixli 18713505 nömrəli müqavilə üzrə 409,5 (dörd yüz doqquz manat əlli qəpik) manat ödənilməmiş hissə, 28,66 (iyirmi səkkiz manat altmış altı qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli 03858629 nömrəli müqavilə üzrə 243,3 (iki yüz qırx üç manat otuz qəpik) manat ödənilməmiş hissə, 17,03 (on yeddi manat üç qəpik) manat cərimə, ümumilikdə 1399,41 (min üç yüz doxsan doqquz manat qırx bir qəpik) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34,39 (otuz dörd manat üç doqquz qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq, "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar