Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-35/2025 15.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi K.X1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə "xxxx" arasında xx.xx.2014-cü il tarixli əməkdaşlıq müqaviləsi bağlanmışdır. Əməkdaşlıq müqaviləsinin şərtlərinə uyğun olaraq Bank tərəfindən müxtəlif dövrləri əhatə edən tarixlərdə müştərilərə "xxxx" MMC Abşeron rayonu, H.Əliyev prospekti, 240 ünvanında inşa etdiyi yaşayış mənzillərinin alınması məqsədilə kreditlər verilmişdir. Həmin kreditlərdən biri, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 06 avqust 2014-cü il tarixli KR 14/162 saylı kredit müqaviləsidir. Həmin müqaviləyə görə Cavabdeh2 xx.xx.2014-cü il tarixli KR 14/162 saylı kredit müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivində inşa edilən 240 nömrəli evin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 115.8 kv.m olan 133 nömrəli mənzilin alınması üçün 120 ay müddətinə, 14 faiz ödənilməsi şərtilə, 70800 manat məbləğində kredit vermişdir. Kredit Müqaviləsinin 2.3-cü bəndinə əsasən, Borc alan krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 10.2-ci bəndinə əsasən, borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin illik 0.1 %-i məbləğində borc verənə dəbbə pulu ödəməlidir. Eyni zamanda kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdeh "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış 18 mart 2014-cü il tarixli müqaviləyə əsasən cəmiyyət Cavabdeh2 Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Əməkdaşlıq müqaviləsinin 2.1-ci maddəsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev Prospekti, 240 ünvanında tikintisi aparılan çoxmərtəbəli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 85 faizindən artıq olmayan hissəsinin illik 14 faizlə 120 aylıq müddətə qədər kreditləşməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəlikləri təşkil edir. Eyni müqavilənin 4.3-cü maddəsinə əsasən bu müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə bu barədə bankdan bildiriş aldığı gündən, cəmiyyət həmin günə mövcud olan kredit borcunu və ona hesablanmış faizləri mənzilin alqı-satqı müqaviləsini ləğv etməklə həmin mənzili digər şəxsə satmaqla və ya öz vəsaiti hesabına tam şəkildə Banka ödənilməsini öhdəsinə götürür və özünə məxsus müəyyən edilmiş bank hesabından göstərilən borcun akseptsiz qaydada silinməsi hüququnu Banka verir. Həmçinin müqavilənin 5.2-ci maddəsinə əsasən müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kreditlər üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə bu barədə cəmiyyətə bildiriş verməklə həmin günə olan kredit borcunun və ona hesablanmış faizlərin tam şəkildə Banka ödənilməsini tələb etmək hüququna malikdir. Əməkdaşlıq müqaviləsinin 8.1-ci maddəsinə əsasən bu müqavilə bağlandığı andan qüvvəyə minir və cəmiyyət tərəfindən öhdəliklər tam icra olunanadək qüvvədədir. 8.2-ci bəndinə əsasən bu müqavilə aşağıdakı hallarda xitam olunur: a) Bu müqavilə üzrə Cəmiyyətin öz üzərinə götürdüyü öhdəliklər Cəmiyyət və ya üçüncü şəx tərəfindən vaxtında tam həcmdə yerinə yetirildikdə; b) Bu müqavilə üzrə Cəmiyyətin öz üzərinə götürdüyü öhdəliklər Cəmiyyət və ya üçüncü şəxs tərəfindən vaxtından əvvəl tam həcmdə yerinə yetirildikdə. Eyni zamanda, müqavilənin 12.1-ci maddəsinə əsasən tərəflərin qarşılıqlı razılığı əsasında müqavilə şəklində bu müqaviləyə dəyişikliklər və əlavələr oluna bilər. Müqavilələr imzalandığı gündən bu Müqavilənin tərkib hissəsi hesab edilir. Göründüyü kimi xx.xx.2014-cü il tarixli 14/162 saylı kredit müqavilə üzrə cəmiyyət və Cavabdeh2 birgə məsuliyyət daşıyırlar. Cavabdeh2 cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı 2021-ci ilin iyun ayında “artıq hesablanmış borcun silinməsi və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(011)-5194/2021 saylı qətnaməsi ilə Cavabdeh2 xx.xx.2021-ci il tarixə LPO İddiaçı ASC-yə əsas borc üzrə 64.406,56 manat faiz borcu üzrə isə 37.454,75 manat ümumilikdə 101.861,31 manat müəyyən edilmişdir. Cavabdeh2 tərəfindən xx.xx.2022-ci il tarixdə 700 manat əsas borc üzrə, xx.xx.2023-cü tarixdə 300 manat əsas borc üzrə, xx.xx.2023-cü il tarixdə 300 manat faiz borcu üzrə ödəniş həyata keçirilmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə Cavabdeh2 **********671 saylı xx.xx.2023-cü il tarixli və cavabdeh "xxxx" MMC-yə **********670 saylı xx.xx.2023-cü il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər kredit borcunun qaytarılmasını təmin etməmişdir. xx.xx.2023-cü il tarixinə cavabdehlərin xx.xx.2014-cü il tarixli 14/162 saylı kredit üzrə cəmi borcu 117522,79 manat təşkil edir. Bundan 63406,56 manat əsas, 54116,23 manat faiz borcu təşkil edir. Cavabdeh2 ilə bağlanmış kredit müqavilələrinin 12.2-ci bəndində göstərilir ki, alınmış krediti və ona hesablanmış faizləri vaxtlı-vaxtında ödəmək, ödənişləri vaxtında və tam həcmdə yerinə yetirmək «Borc alan»ın vəzifəsidir. Eyni müqavilələrin 12.1-ci bəndinə əsasən müqavilə şərtlərini vaxtında və lazimi qaydada icra etmək «Borc alan»ın vəzifəsidir. Həmin müqavilələrin 13.3-cü bəndinin tələbinə görə «Kreditor»un müqavilə şərtlərinin borclu tərəfindən pozulduğu hallarda vurulmuş ziyanın əvəzinin və borcun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. İddia yuxarıda göstərilənləri nəzərə alaraq, cəmi 117.522,79 (bir yüz on yeddi min beş yüz iyirmi iki manat, 79 qəpik) manat - bundan 63.406,56 (altmış üç min dörd yüz altı manat, 56 qəpik) manat əsas, 54.116,23 (əlli dörd min bir yüz on altı manat, 23 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 407 (dörd yüz yeddi) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qqətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cəmi 119483,97 (bir yüz on doqquz min dörd yüz səksən üç manat doxsan yeddi qəpik) manat - bundan 62906,56 (altmış iki min doqquz yüz altı manat əlli altı qəpik) manat əsas, 56577,41 (əlli altı min beş yüz yetmiş yeddi manat qırx bir qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 407 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və "xxxx" MMC- dən müştərək qaydada tutularaq ləğv prosesində olan Texnikabank” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi K.X3 iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Bununla yanaşı cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi etiraz ərizəsində qeyd etmişdir ki, iddia ərizəsindən və təqdim edilmiş sənədlərdən də göründüyü kimi Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(011)-5194/2021 saylı qətnaməsi ilə Cavabdeh2 cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə qarşı iddiası üzrə məhkəməyə müraciət edilən tarixə olan əsas borcu 64406,56 manat, faiz borcunun isə 37454,75 manat, ümumilikdə isə 101861,31 manat məbləğində müəyyən edilmiş, iddiaçı Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış 06 avqust 2014-cü il tarixli, İP 14/138 saylı ipoteka müqaviləsi etibarsız hesab edilmişdir. Xətai Rayon Məhkəməsinin həmin qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2247/2022 saylı, 04 aprel 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmış, İddiaçı ASC-yə münasibətdə isə ləğv edilmişdir. Ali Məhkəmənin 05 noyabr 2022-ci il tarixli, 2(102)-4349/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 04 aprel 2022-ci il tarixli 2(103)-2247/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi "xxxx" ASC ilə Cavabdeh2 arasında 06 avqust 2014-cü il tarixli, KR 14/162 saylı kredit müqaviləsi 120 ay müddətinə, 14 faiz ödənilməsi şərtilə bağlanmışdır. Kredit müqaviləsinin icra müddəti hələ bitməmişdir. Xətai Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi ilə Cavabdeh2 07 iyun 2021-ci il tarixə əsas borcu 64406,56 manat, faiz borcu isə 37454,75 manat, ümumilikdə isə 101861,31 manat məbləğində müəyyən edilmişdir. Həmin dövrdən sonra Cavabdeh2 tərəfindən mütəmadi olaraq ödənişlər həyata keçirildiyindən ona qarşı həmin borcun yenidən mübahisələndirilməsinə əsasə yoxdur. İş üzrə cavabdeh "xxxx" MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada bildirişlər göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin çıxışını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə "xxxx" MMC (Cəmiyyət) arasında bağlanmış 18 mart 2014-cü il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilənin predmetini Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Əliyev prospekti 240 ünvanında tikintisi aparılan çoxmərtəbəli yaşayış komleksində müştərilərə satılmış mənzillərin dəyərinin 85 faizindən artıq olmayan hissəsinin illik 14 faizlə 120 ay müddətə qədər kreditləşdirilməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəlikləri təşkil edir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə bu barədə bankdan bildiriş aldığı gündən etibarən 30 təqvim günündən gec olmayaraq cəmiyyət həmin günə mövcud olan kredit borcunu və ona hesablanmış faizləri mənzilin alqı-satqı müqaviləsini ləğv etməklə həmin mənzili digər şəxsə satmaqla və ya öz vəsaiti hesabına tam şəkildə Banka ödənilməsini öhdəsinə götürür və özünə məxsus müəyyən edilmiş bank hesabından göstərilən borcun akseptsiz qaydada silinməsi hüququnu Banka verir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kreditlər üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə bu barədə cəmiyyətə bildiriş verməklə həmin günə olan kredit borcunun və ona hesablanmış faizlərin tam şəkildə Banka ödənilməsini tələb etmək hüququna malikdir. İş materiallarında olan borcverən "xxxx" ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 06 avqust 2014-cü il tarixli 14/162 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh2 Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Əliyev prospekti 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivi, 240 nömrəli evin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 115.8 kv.m olan 133 nömrəli mənzilin alınması üçün illik 14 faiz ödənilməklə, 120 ay müddətinə, 70800 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanılmış 06 avqust 2011ci il tarixli mənzilin alqı-satqı müqaviləsindən görünür ki, Xırdalan qəsəbəsi, H.Əliyev prospekti 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivi, 240 nömrəli evin 1 -ci mərtəbəsində yerləşən, ümumi sahəsi 115.8 kv.m olan, 133 nömrəli mənzil Cavabdeh2 satılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 29 iyul 2014-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Əlizadə X2 qəsəbəsi, H.Əliyev prospekti 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivi, 240 nömrəli evin 133 nömrəli mənzilə görə 70800 manat ödəmişdir. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş 30 noyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 06 avqust 2014-cü il tarixli, 14/162 saylı kredit müqaviləsi üzrə 27 noyabr 2023-cü il tarixinə 62906,56 manat əsas, 56577,41 manat faiz, 0 manat cərimə borcu olmaqla, cəmi 119483,97 manat borcu vardır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5194/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər ləğv prosesində olan İddiaçı ASC-yə və ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “artıq hesablanmış borcun silinməsi və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair ilkin iddiası, ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair qarşılıqlı iddiası üzrə ilkin iddia tələbi təmin edilmiş, iddiaçı Cavabdeh2 cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə ilkin iddia tələbi ilə məhkəməyə müraciət edilən tarixə olan əsas borcu 64406,56 manat, faiz borcu 37454,75 manat, ümumilikdə isə 101861,31 manat məbləğində müəyyən edilmiş, iddiaçı Cavabdeh2 ilə "xxxx" ASC-nin arasında bağlanmış 06 avqust 2014-cü il tarixli, İP 14/138 saylı ipoteka müqaviləsi etibarsız hesab edilmiş, qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 06 avqust 2014-cü il tarixli, 14/162 saylı kredit müqaviləsinə əsasən 60397,84 manat əsas borc, 41271,60 manat faiz borcu olmaqla, ümumilikdə 101669,44 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2247/2022 saylı, 04 aprel 2022-ci il tarixli qərardadından görünür ki, ilk iddia üzrə cavabdeh(qarşılıqlı iddia üzrə iddiaçı) ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair qarşılıqlı tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2247/2022 saylı, 04 aprel 2022-ci il tarixli qətnaməsindən görünür ki, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5194/2021 saylı işi üzrə 23 dekabr 2021-ci il tarixli qətnaməsi qismən- (qarşılıqlı iddia ərizəsinin təmin edilən hissəsində) Cavabdeh2 06 avqust 2014-cü il tarixli, 14/162 saylı kredit müqaviləsinə əsasən 60397,84 manat əsas borc, 41271,60 manat faiz borcu olmaqla, ümumilikdə 101669,44 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı ləğv prosesində olan "TexnikaBank” ASC-yə ödənilməsi hissəsində - ləğv edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4349/22 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2247/2022 nömrəli iş üzrə 04 aprel 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehə ünvanlanan xəbərdarlığın surətindən görünür ki, cavabdehdən borcun 3 gün ərzində ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsində qeyd edilmişdir ki, (“Bank”) "xxxx" ASC ilə (“Kooperativ”) "xxxx" MMC arasında bağlanmış 18 mart 2014-cü il tarixli Müqavilənin 2.1-ci bəndi ilə predmeti təşkil edən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 85%-dən artıq olmayan hissəsinin 120 ay müddətə qədər kreditləşdirməsi barədə qarşılıqlı razılıqdır. Bu Müqavilə Azərbaycan Respublikası Mülki Məcəllənin 402-ci maddəsinin tələblərindən irəli gələrək ilkin müqavilədir. Həmin maddi hüquq normasına görə (402.1) ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Həmin müqaviləni zaminlik müqaviləsi hesab etmək olmaz. Çünki zaminlik müqaviləsinə dair qanunvericiliyin xüsusi tələbləri var, habelə məhkəmə təcrübəsində də dəfələrlə hüquqi münasibət bildirilmişdir. xx.xx.2014-cü il tarixli Müqavilə Bank və Kooperativ tərəflər arasında qarşılıqlı razılıq niyyətlərini əks etdirir. Mülki Məcəlləsinin zaminlik müqaviləsinə dair tələblərini müəyyən etmiş və bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun şərhlər var. (470.1) Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. (477.0.2) Əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə zaminliyə xitam üçün əsasdır. Müddəanın tələbindən göründüyü kimi zamin kreditor qarşısında mütləq qaydada borclu şəxsin öhdəliyinin icrasına məsuliyyəti müəyyən edilməsini şərtləndirir. Lakin hazırkı iş üzrə cavabdeh "xxxx" MMC borc alan Cavabdeh2 ilə iddiaçı LPO "xxxx" ASC-nin Sumqayıt filialı ilə xx.xx.2014-cü il tarixli 14/162 saylı kredit müqaviləsi üzrə yaranmış kredit öhdəliyinə görə məsuliyyəti üzərinə götürməmiş və bununla bağlı LPO-ASC məhkəməyə heç bir sübut – zaminlik müqaviləsi təqdim etməmişdir. Digər tərəfdən, LPO "xxxx" ASC-nin Sumqayıt filialı ilə borc alan Cavabdeh2 arasında bağlanmış 23 sentyabr 2014-cü il tarixli 14/162 saylı Kredit müqaviləsinin 4.1-ci bəndinə görə, müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminat üsulu alınacaq mənzilin ipotekasıdır; 9.2-ci bəndinə görə, yaranmış borc və ya vurulmuş zərur Borcalanın hesabından akseptsiz qaydada silinir; 9.3-cü bəndinə görə, gecikdirilmiş borc yarandığı tarixdən Borcverən qanunvericiliklə müəyyən edilmiş qaydada Borcalanın öhdəliklərinin icrasının təminata yönəldilməsi prosedurasına başlayır; 15.5-ci bəndinə görə, borcalan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməməsinə görə Borcverənə dəymiş zərər məbləğində tam məsuliyyət daşıyır; 15.9-cu bəndinə görə, mənzil borcalana verilmədikdə və ya vaxtında təhvil verilmədikdə Borcverən bu hallara görə heç bir məsuliyyət daşımır və Borcalan bu müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərin icrasından azad edilmir. Sadalanan bəndlərdən göründüyü kimi sözügedən kredit öhdəliyinin təminat üçün girov və ipoteka predmeti olan daşınmaz əmlak mənzil çıxış edir. Lakin kredit müqaviləsində öhdəliyin icrasının təminatı olaraq xx.xx.2014-cü il tarixli Müqavilə barədə müddəa, həmçinin konkret kredit öhdəliyin icrasının gecikdirilməsi halında Cəmiyyətin məsuliyyəti, habelə Cəmiyyətin iddiaçı bankda olan bank hesablarından akseptsiz qaydada silinməsinə dair tələblər, hətta əlaqələndirici, yönəldici şərtlər göstərilməmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı ASC-nin “cəmi 117.522,79 manat – bundan 63405,56 manat əsas, 54116,23 manat faiz borcu və iş üzrə ödənilmiş 407 manat dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən tutulması hissənin rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan mədaxil qəbzlərindən görünür ki, Cavabdeh2 tərəfindən İddiaçı ASC”-yə 28 iyul 2022-ci il tarixdə 700 manat, 23 yanvar 2023-cü il tarixdə 300 manat, 03 noyabr 2023-cü il tarixdə 500 manat, 17 mart 2023-cü il tarixdə 300 manat, 26 may 2023cü il tarixdə 800 manat, 04 iyul 2023-cü il tarixdə 500 manat, 28 avqust 2023-cü il tarixdə 600 manat, 12 sentyabr 2023-cü il tarixdə 500 manat, 26 sentyabr 2023-cü il tarixdə 300 manat, 12 dekabr 2023-cü il tarixdə 400 manat, 19 yanvar 2024-cü il tarixdə 400 manat ödəniş etmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1345 saylı, 09 oktyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh2 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, ödəniş qəbzləri və xx.xx.2014-cü il tarixli, 14/162 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh2 xx.xx.2023-cü il tarixə (1-ci maliyyə arayışın da göstərilən tarix) banka olan əsas və faiz borcu 121.595,96 manat məbləğində, xx.xx.2023cü il tarixə (iddia ərizəsində göstərilən tarix) banka olan əsas və faiz borcu 121.719,54 manat məbləğində və xx.xx.2023-cü il tarixə (2-ci maliyyə arayışın da göstərilən tarix) banka olan əsas və faiz borcu 123.694,29 manat məbləğində müəyyən edilir. O cümlədən xx.xx.2023-cü il tarixə əsas borc üzrə - 63555,66 manat, faiz borcu üzrə - 58040,30 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə - 63555,66 manat, faiz borcu üzrə - 58163,88 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə - 63555,66 manat, faiz borcu üzrə - 60138,62 manatdır. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014- cü il tarixli, 14/162 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş Cavabdeh2 bank hesabından çıxarış məlumatlarına əsasən xx.xx.2023-cü il tarixdən (2-ci maliyyə arayışın da göstərilən tarix) sonra 1300.00 manat məbləğində kredit faizi ödənilmişdir. Hazırki tədqiqatla borc qalığı xx.xx.2023-cü il tarixədək (2-ci maliyyə arayışın da göstərilən tarix) hesablandığından sonradan ödənilən 1300,00 manat faiz ödənişi hal-hazırki hesablamada nəzərə alınmamışdır. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, lpo Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 06 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 bank hesabından çıxarış məlumatlarına əsasən həyata keçirilmiş ödənişlər Bank tərəfindən müqavilə şərtlərinə uyğun olaraq ilk olaraq faiz borcundan sonra isə əsas borcdan silinmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.(maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra вeриlməlidir. (maddə 427.3) Əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. (maddə 429.1.3) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür.(maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.1) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1) Özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. (maddə 449.4) Özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. (maddə 449.1) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Həmin qərarda Plenum şərh vermişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanılmış 06 avqust 2011-ci il tarixli mənzilin alqı-satqı müqaviləsinə əsasən, Xırdalan qəsəbəsi, H.Əliyev prospekti 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivi, 240 nömrəli evin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 115.8 kv.m olan, 133 nömrəli mənzil Cavabdeh2 satılmışdır. 18 mart 2014-cü il tarixli Bankla bağlanılan müqaviləyə əsasən «AAAF-İnşaat” MMC satdığı mənzilin dəyərinin (2.1-ci bəndində qeyd edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240 ünvanında tikintisi aparılan çoxmərtəbəli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 85 faizindən artıq olmayan hissəsinin illik 14 faizlə 120 ay müddətə qədər kreditləşdirilməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəlikləri təşkil edir) kredit öhdəliyinin icra edilməməsi halında özü bank qarşısında öhdəlik götürmüşdür. Müqavilənin 4.3-cü bəndinə əsasən, müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə bu barədə Bankdan bildiriş aldığı gündən etibarən 30 təvqim günündən gec olmayaraq Cəmiyyət həmin günə mövcud olan kredit borcunu və ona hesablanmış faizlər mənzilin alqı-satqı müqaviləsini ləğv etməklə həmin mənzili digər şəxsə satmaqla və ya öz vəsaiti hesabına tam şəkildə Banka ödənilməsini öhdəsinə götürür və özünə məxsus müəyyən edilmiş bank hesabından göstərilən borcun akseptiz qaydada silinməsi hüququnu Banka verir. "TexnikaBank” ASC-nin Sumqayıt filialı ilə Cavabdeh2 arasında 06 avqust 2014-cü il tarixində kredit verilməsi haqqında 14/162 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh2 Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Əliyev prospekti 240 ünvanında salınmış "AAAF Park 3” yaşayış massivi, 240 nömrəli evin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 115.8 kv.m olan 133 nömrəli mənzilin alınması üçün illik 14 faiz ödənilməklə, 120 ay müddətinə, 70800 manat məbləğində kredit verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin -2(011)-5194/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 ləğv prosesində olan İddiaçı ASC-yə ilkin iddia tələbi ilə məhkəməyə müraciət edilən tarixə (07 iyun 2021-ci il tarixə) olan əsas borcu 64406,56 manat, faiz borcu 37454,75 manat, ümumilikdə isə 101861,31 manat məbləğində müəyyən edilmiş, yuxarı instansiya məhkəmələrində qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı hazırda cavabdehin cəmi 119483,97 (bir yüz on doqquz min dörd yüz səksən üç manat doxsan yeddi qəpik) manat - bundan 62906,56 (altmış iki min doqquz yüz altı manat əlli altı qəpik) manat əsas, 56577,41 (əlli altı min beş yüz yetmiş yeddi manat qırx bir qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 407 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada tutularaq ləğv prosesində olan Texnikabank” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi iddia tələbinə etiraz edərək, borcun məbləğini mübahisələndirmiş və cavabdeh tərəfindən ödənişlər olduğunu bildirmişdir. Qeyd olunan halların araşdırılması məqsədi ilə məhkəmə tərəfindən məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1345 saylı, 09 oktyabr 2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh2 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, ödəniş qəbzləri və xx.xx.2014-cü il tarixli, 14/162 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh2 xx.xx.2023-cü il tarixə (1-ci maliyyə arayışın da göstərilən tarix) banka olan əsas və faiz borcu 121.595,96 manat məbləğində, xx.xx.2023-cü il tarixə (iddia ərizəsində göstərilən tarix) banka olan əsas və faiz borcu 121.719,54 manat məbləğində və xx.xx.2023-cü il tarixə (2-ci maliyyə arayışın da göstərilən tarix) banka olan əsas və faiz borcu 123.694,29 manat məbləğində müəyyən edilir. O cümlədən xx.xx.2023-cü il tarixə əsas borc üzrə - 63555,66 manat, faiz borcu üzrə - 58040,30 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə - 63555,66 manat, faiz borcu üzrə - 58163,88 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə - 63555,66 manat, faiz borcu üzrə - 60138,62 manatdır. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014- cü il tarixli, 14/162 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş Cavabdeh2 bank hesabından çıxarış məlumatlarına əsasən xx.xx.2023-cü il tarixdən (2-ci maliyyə arayışın da göstərilən tarix) sonra 1300.00 manat məbləğində kredit faizi ödənilmişdir. Hazırki tədqiqatla borc qalığı xx.xx.2023-cü il tarixədək (2-ci maliyyə arayışın da göstərilən tarix) hesablandığından sonradan ödənilən 1300,00 manat faiz ödənişi halhazırki hesablamada nəzərə alınmamışdır. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, lpo Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 06 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 bank hesabından çıxarış məlumatlarına əsasən həyata keçirilmiş ödənişlər Bank tərəfindən müqavilə şərtlərinə uyğun olaraq ilk olaraq faiz borcundan sonra isə əsas borcdan silinmişdir. Məhkəmə ekspert rəyinə münasibətdə qeyd edir ki, məhkəməyə təqdim edilmiş ekspert rəyi hazırkı mülki iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, ekspert rəyində müəyyən edilən məbləğ iddiaçının tələbindən də artıq olmaqla, tərəflərin mənafeyinə uyğun hesab edilmir. Məhkəmə həmçinin qeyd edir ki, “Bank Technique» ASC ilə "xxxx" MMC arasında bağlanmış 18 mart 2014-cü il tarixli Müqavilənin (2.1-ci bəndi ilə) predmeti Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 85%-dən artıq olmayan hissəsinin illik 14 faizlə 120 ay müddətə qədər kreditləşdirməsi barədə ümumi razılıq olsa da, əqdin 4.3 və digər müddəaları tam və müstəqil məsuliyyət müəyyən edən öhdəliklər nəzərdə tutmuşdur. “AAAF-İNŞAAT» MMC borc alan Cavabdeh2 ilə "xxxx" ASC xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış kredit öhdəliyinə görə zamin kimi birgə məsuliyyəti üzərinə götürməmişdir. Belə ki, 18 mart 2014-cü il tarixli əqdin 4.3 bəndində ipoteka ilə təmin edilmiş öhdəlik 120 ay müddətində icra edilməli olması qeyd edilmiş, lakin bu əqdə münasibətdə kredit öhdəliklərinin müştərək məsuliyyətini müəyyən edən əsaslar sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu iş materialları ilə öz təsdiqini qismən tapdığından iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 06 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə 62906,56 (altmış iki min doqquz yüz altı manat əlli altı qəpik) manat əsas, 56577,41 (əlli altı min beş yüz yetmiş yeddi manat qırx bir qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 119483,97 manat borc tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia tələbi cavabdeh "xxxx" MMC-yə münasibətdə təmin edilməməlidir. MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh2 06 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə 62906,56 (altmış iki min doqquz yüz altı manat əlli altı qəpik) manat əsas, 56577,41 (əlli altı min beş yüz yetmiş yeddi manat qırx bir qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 119483,97 manat borc və 407 manat dövlət rüsumu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi cavabdeh "xxxx" MMC-yə qarşı təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-35/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-35/2025
15.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver