Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3504/2023 30.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı iddiaçı «X1 Olmayan Kredit Təşkilatı» MMC-nin Cavabdeh qarşı “pul tələbi barədə” kiçik mübahisələr üzrə iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı «X1 Olmayan Kredit Təşkilatı» MMC Cavabdeh qarşı “pul tələbi barədə” kiçik iddiaya dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2020-cu tarixli, XK09764 saylı müqavilə üzrə 1.191 manat qalıq borcu, 336,65 manat cərimə borcu olmaqla, cəmi 1.527,65 manat məbləğində borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 35,27 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, satıcı «X1 Olmayan Kredit Təşkilatı» MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2020-cu tarixli, XK09764 №-li nisyə alqı-satqı müqaviləsinə əsasən 12 ay müddətinə hissə-hissə hər ay üçün 108 manat, sonuncu ay üçün isə 111 manat ödəmək şərti ilə, 1.299 manat dəyərində malların nisyə satış müqaviləsinə 2 saylı Əlavədə-Təhvil-təslim aktında göstərilən məişət texnikalarını nisyə satılmışdır. Həmin məhsullar cavabdehə təhvil-təslim aktı üzrə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Belə ki, Müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında xx.xx.2020-ci tarixli, XK09764 saylı müqavilə üzrə qalıq borcu 1.191 manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən, borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3%- i həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Borclu kreditor qarşısında müqavilə üzrə cərimə borcu 3.366,51 manat təşkil edir (maliyyə arayışı əlavə edilmişdir). Hazırda cavabdehlərə qarşı güzəşt siyasəti tətbiq edildiyi üçün hesablanmış cərimə məbləğinin yalnız 10%-ni ödəmək borcludan tələb olunur. Belə olan halda, hesablanmış cərimə məbləğinin 10%-i 336,65 manat təşkil edir. Hazırda cavabdehin iddiaçı qarşısında xx.xx.2020-ci tarixli, XK09764saylı müqavilə üzrə 1.191 manat qalıq borcu, 336,65 manat cərimə borcu olmaqla, cəmi 1.527,65 manat borcu yaranmışdır. Faktor “X1 Olmayan Kredit Təşkilatı” MMC ilə müştəri "xxxx" MMC arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli, 01 №-li faktorinq müqaviləsinə əsasən «X1 Olmayan Kredit Təşkilatı» MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2020-cu tarixli, XK09764 №-li nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbi “X1 Olmayan Kredit Təşkilatı” MMC-nə güzəşt etmişdir. «X1 Olmayan Kredit Təşkilatı» MMC tərəfindən borclu Cavabdeh xx.xx.2020-cu tarixli, XK09764 №-li nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini “X1 Olmayan Kredit Təşkilatı” MMC-güzəşt etməsi barədə bilidiriş verilmişdir. Cavabdeh məhkəməyə məlum olan yaşayış yeri üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və iddiaçı «X1 Olmayan Kredit Təşkilatı» MMC-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir, lakin cavabdeh iddiaya dair etirazını məhkəməyə bildirməmişdir. Məhkəmə iddia ərizəsini və işin materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC (müqavilə üzrə “Satıcı”) ilə Cavabdeh (müqavilə üzrə “Alıcı”) arasında bağlanılmış xx.xx.2020-cu tarixli, XK09764 saylı müqavilənin 3-cü maddəsinə əsasən “Satıcı” “Alıcı”ya siyahısı təhvil-təslim aktında (Əlavə 2) göstərilən malları satır, “Alıcı” isə həmin malları qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini “Satıcı”ya ödəyir. Müqavilənin 5.6-cı maddəsinə əsasən borcun ödənişi gecikdirildikdə hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3% həcmində cərimə (dəbbə pulu) ödənilməlidir. xx.xx.2020-cu tarixli, XK09764 saylı nisyə alqı-satqı müqaviləsinə Əlavə 1-də göstərilmiş ödəniş cədvəlinə əsasən xx.xx.2020-xx.xx.2021-ci il tarixlərində hər ay 108 manat, xx.xx.2021-ci il tarixdə 111 manat olmaqla pul ödənişlərin icra olunması nəzərdə tutulmuşdur. Nisyə məbləği 1.299 manat, müddəti 12 ay qeyd edilmişdir. Malların nisyə satış müqaviləsinə Əlavə 2-də əks olunmuş təhvil-təslim aktından görünür ki, xx.xx.2020-cu tarixli, XK09764 saylı nisyə alqı-satqı müqaviləsində nəzərdə tutulan “Samsung S10 Lite Black” markalı məişət avadanlığı Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışdan görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-cu tarixli, XK09764 saylı nisyə satış müqaviləsi üzrə Cavabdeh 1.191 manat qalıq borcu, 943 gecikmə gününə görə 3.366,51 manat cərimə borcu, qalıq borc və hesablanmış cərimə məbləğinin 10% məbləğinin cəmi olaraq 1.527,65 manat məbləğində borcu vardır. “X1 Olmayan Kredit Təşkilatı” MMC ilə (müqavilə üzrə “Faktor”) "xxxx" MMC (müqavilə üzrə “Müştəri” ) arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 01 saylı faktorinq müqaviləsinin 2.1-ci maddəsinə əsasən həmin müqaviləyə görə Müştəri həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavəsində qeyd edilən borclu ilə bağladığı müqavilələrdən (yəni pul tələbinin irəli gəldiyi müqavilədən) irəli gələn pul tələbini Faktora güzəşt edir. Faktor isə tələbin güzəşti müqabilində əlavədə nəzərdə tutulan pul vəsaitini Müştərinin təqdim etdiyi pul tələbinin etibarlı olmasının təsdiqləyən sənədlər (hesab-faktura, qəbz, akt və sair) əsasında xx.xx.2023-cü il tarixdə (bu bənddə nəzərdə tutulan məbləğin 50%-ni) və xx.xx.2023-cü il (bu bənddə nəzərdə tutulan məbləğin qalan 50%-ni) tarixdə ona verməyi öhdəsinə götürür. xx.xx.2022-ci il tarixli 01 saylı faktorinq müqaviləsinə xx.xx.2022-ci il tarixli 01 saylı Əlavədə əks olunmuş cədvəlin 71-ci bəndində Cavabdeh adı qeyd edilmişdir. xx.xx.2020-ci il tarixli müqavilə üzrə Faktora ötürülən borc məbləği 1.191 manat qeyd edilmişdir. İşdən görünür ki, “X1 Olmayan Kredit Təşkilatı” MMC tərəfindən Cavabdeh xx.xx.2020-cu tarixli, XK09764 saylı nisyə alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi barədə bildiriş ünvanlanmışdır. Məhkəmə hesab edir ki, cavabdeh bağladığı nisyə alqı-satqı müqaviləsi üzrə pul ödənişlərini icra etmək öhdəliyini lazımi qaydada icra etmədiyinə görə iddia tələbləri təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iddianın cərimə pulunun ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qeyd edilmiş Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Əsas borcun 1.191 manat olduğu təqdirdə dəbbə pulunun 336,65 manat məbləğində müəyyənləşdirilməsi səbəbindən məhkəmə dəbbə pulunun tənasübsüz olaraq yüksək olması qənaətinə gəlir. Buna görə tələb olunan dəbbə pulu 100 manat məbləğinədək azaldılmalıdır. Məhkəmə 35,27 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2020-cu tarixli, XK09764 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1.191 (bir min yüz doxsan bir) manat əsas borc, 100 (bir yüz) manat cərimə borcu olmaqla, cəmi 1.291 (bir min iki yüz doxsan bir) manat məbləği və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 35,27 (otuz beş manat iyirmi yeddi qəpik) manat məbləği Cavabdeh alınaraq iddiaçı «X1 Olmayan Kredit Təşkilatı» MMC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-3504/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3504/2023
30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver