Məhkəmə qərarları › İş №e-2(011)-3529/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3529/2025

06.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3529/2025 06.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı - İddiaçı QSC-nin Cavabdeh qarşı “pul” tələbi barədə iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı QSC Cavabdeh qarşı – Cavabdeh İddiaçı QSC-nin xeyrinə YST000046 saylı xx.xx.2023-cü il tarixli turizm xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə 455.96 manat borcun, 68,39 manat cərimə borcunun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumu üçün ödənilmiş xidmət haqqının ödənilməsi barədə kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, “Yes Tour" MMC ilə Cavabdeh arasında bağlanmış YST000046 saylı xx.xx.2023-ci il tarixli Xidmət müqaviləsinə əsasən cavabdeh 617 manat məbləğində göstərilmiş xidmətin dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürüb. İddiaçı QSC ilə “Yes Tour" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən “Yes Tour" MMC-nin Cavabdeh qarşı olan 617 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-nə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı QSC-nə keçməsi barədə xidmət müqaviləsi üzrə sifarişçiyə müvafiq bildiriş təqdim edilmişdir. Tərəflər arasında bağlanmış xidmət müqaviləsinin 1-ci maddəsinə görə icraçı sifarişçiyə qeyd olunan müqavilənin 1 saylı əlavəsində dəyəri göstərilmiş xidmətləri göstərir və sifarişçi isə həmin xidmətlərin dəyərini ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş qaydada və müddətdə ödəyir. Həmin müqavilənin 2.4.1-ci maddəsinə əsasən sifarişçi ödəmə cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtmir. Eyni zamanda həmin müqavilənin 2.4.2-cü maddəsinə əsasən sifarişçi borcun ödənilməsini gecikdirdiyi halda, icraçının xeyrinə hər gecikdirilən gün üçün gücikən borc məbləğin 0.5 % miqdarında dəbbə pulu ödəməlidir. Belə ki, cavabdehin bugünə 455.96 manat əsas borcu, 68.39 manat cərimə borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəməyə məlum olan yaşayış yeri üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmişdir və İddiaçı QSC-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Lakin cavabdeh tərəfindən qeyd edilən müddətdə iddia tələbinə etiraz və ya digər məlumat məhkəməyə daxil olmamışdır. Məhkəmə ərizəni, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “Yes Tour" MMC ilə Cavabdeh arasında bağlanmış YST000046 saylı xx.xx.2023-cü il tarixli Turizm xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən “icraçı” bu müqaviləyə əsasən ilkin dəyəri 617 manat olan turizm xidmətini “müştəri”yə 0 manat ilkin ödəniş olunmadan təşkil etmiş, icraçı isə müqavilə üzrə müəyyən olunmuş xidmətdən istifadə haqqını qəbul etmişdir. Bu müqavilənin tərkib hissəsi olan Əlavə 1-də yer alan ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh "xxxx" QSC-nə 455,96 manat məbləğində əsas, 68,39 manat məbləğində cərimə borcu olmaqla, cəmi 524,35 manat məbləğində borcu vardır. YST000046 saylı, xx.xx.2023-cü il tarixli turizm xidmətlərinin göstərilməsi haqqında müqaviləsinə 1 saylı əlavədə əks olunmuş ödəniş cədvəlinə əsasən 617 manat dəyərində olan xidmətin müştəri olan Cavabdeh tərəfindən xx.xx.2023xx.xx.2024-cü il tarixlərində hər ay 52 manat olmaqla, xx.xx.2024-cü il tarixində 45 manat ödəmək şərtilə 12 ay müddətində ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli İddiaçı MMC-nin “Kredit tarixçəsi subyektinin razılığının alınması və razılığın alınması faktının kredit bürosu üçün təsdiqi Qaydası”na əlavə üzrə razılıq ərizəsindən görünür ki, Cavabdeh tərəfindən kredit tarixçəsinin tərtib edilməsi üçün məlumatların kredit bürosuna təqdim edilməsinə və ya kredit bürosundan kredit hesabatının əldə edilməsinə razılıq verilmişdir. İddiaçı QSC ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2023-cü il tarixli R- 2452/23 saylı faktorinq müqaviləsinə əsasən Faktor (İddiaçı QSC), Borclu (Müştərinin ona qarşı pul tələbi olan fiziki şəxs) barəsində Müştərinin ("xxxx" MMC) Borcluya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına Müştəriyə pul vəsaiti verir (Müştərini maliyyələşdirir), Müştəri isə Borcluya qarşı pul tələbini Faktora güzəşt edir. xx.xx.2023-cü il tarixli R-2452/23 saylı faktorinq müqaviləsinə əlavə olunan xx.xx.2023-cü il tarixli, R-24xx/xx-0013 saylı Sazişin 2-ci bəndində göstərilən borclular haqqında məlumatda Cavabdeh adlı müştərinin adı qarşısında YST000046 saylı müqavilə nömrəsi və xx.xx.2023-cü il tarixi qeyd edilmişdir. Güzəşt edilən tələb məbləği qrafasında 617 rəqəmi qeyd edilmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməyən borcu və ona hesablanmış cəriməni tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Eyni Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 600.4 və 600.5-ci maddələrinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh turizm xidmətlərinin göstərilməsi haqqında müqaviləsi əsasında pul vəsaitinin və həmin müqavilə ilə müəyyən edilmiş cərimənin iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısıdır. Lakin cavabdeh müqavilə əsasında iddiaçıdan turizm xidmətlərinin göstərilməsinə dair hüququndan istifadə etmiş, pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış cərimənin qaytarılmasını tələb etməkdə haqlıdır. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən cərimənin 68,39 manat məbləğində deyil, 35 manat məbləğində ödənilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun və 0,40 manat məbləğində bank xidmət haqqının cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və onun ödənilməsi üçün sərf edilmiş bank xidmət haqqı cavabdehə aid edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. YST000046 saylı, xx.xx.2023-cü il tarixli turizm xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə 455,96 (dörd yüz əlli beş manat doxsan altı qəpik) manat əsas borc məbləği və 35 (otuz beş) manat cərimə borcu olmaqla, cəmi 490,96 (dörd yüz doxsan manat doxsan altı qəpik) manat borc məbləği, 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqı Cavabdeh alınaraq "xxxx" QSC-nə ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar