Məhkəmə qərarları › İş №e-2(011)-3553/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3553/2025

07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3553/2025 07.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi” barədə iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – cəmi 4.366.94 (dörd min üç yüz altmış altı manat, doxsan dörd qəpik) manat olmaqla – bundan 4.084,30 (dörd min səksən dörd manat, otuz qəpik) manat əsas, kredit müqaviləsi müddəti üzrə hesablanmış 232,64 (iki yüz otuz iki manat, altmış dörd qəpik) manat faiz borcunun və 50.00 (əlli) manat dəbbə borcunun və bundan əlavə iş üzrə ödənilmiş 63,70 (altmış üç manat, yetmiş qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MMC -yə ödənilməsi barədə kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Əliyeva (əvvəlki soyadı Əzimova) İranə Zakir qızı arasında bağlanmış 11 mart 2024-cü il tarixli ACAM2-18992-3183 saylı kredit müqaviləsinə əsasən ikinciyə illik faiz dərəcəsi 20% faiz olmaqla 36 (otuz altı) ay ərzində qaytarılması şərtilə 4.600.00 (dörd min altı yüz) manat məbləğində kredit verilmişdir. Yuxarıda qeyd olunan “kredit müqaviləsi”ndən irəli gələn öhdəliklərin vaxtında və lazımi qaydada icrasını təmin etmək məqsədi ilə Əliyeva (əvvəlki soyadı Əzimova) İranə Zakir qızı və Cavabdeh2 birgə məsuliyyətini müəyyən edən 11 mart 2024-cü il tarixli ACAM2-18992-3183+ACAM2-19072 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit müqaviləsinə əsasən borcunun vaxtında ödənilməsi üçün “kreditor” qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 3.6-cı bəndinə əsasən borclu müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh1 xx.xx.2025-ci il tarixə kredit üzrə cəmi borcu 4.768,38 (dörd min yeddi yüz altmış səkkiz manat, otuz səkkiz qəpik) manat təşkil edir. Bundan 4.084,30 (dörd min səksən dörd manat, otuz qəpik) manat əsas, kredit müqaviləsi müddəti üzrə hesablanmış 232,64 (iki yüz otuz iki manat, altmış dörd qəpik) manat faiz borcu və 451,44 (dörd yüz əlli bir manat qırx dörd qəpik) manat dəbbə borcu təşkil edir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə kredit verənin hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Kredit verən tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məlum olan ünvanı üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri onlara göndərilmiş və iddiaçı "xxxx" MMC-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir, lakin cavabdehlər iddiaya dair etirazı məhkəməyə bildirməmişlər. Odur ki, məhkəmə iddia ərizəsini, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə X1 arasında xx.xx.2024-cü il tarixdə ACAM2-18992-3183 saylı kredit müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 1.1.-ci maddəsinə əsasən “Kredit verən” bu müqavilənin şərtlərinə uyğun olaraq “Borcalan”a 4.600,00 (dörd min altı yüz manat, 00 qəpik) manat məbləğində 36 (otuz altı) ay müddətinə istehlak krediti verir. Bu kreditin 1-ci hissəsini təşkil edən 1600 manat "xxxx" MMC, “EmbaFinans” BOKT, "xxxx" MMC-də aktiv olan kreditlərin bağlanması üçün, 2-ci hissəsi 3.000 manat şəxsi istifadə məqsədilə verilir. Kreditin 2-ci hissəsi olan 3.000 manat yalnız "xxxx" MMC, “EmbaFinans” BOKT, "xxxx" MMC-də aktiv olan kreditlərin bağlanmasına dair sənəd təqdim edildikdən sonra veriləcək. Həmin müqavilənin əsas şərtlərinə əsasən Kredit müqaviləsi 36 ay müddətinə bağlanılır. Həmin müqavilənin əsas şərtlərinə əsasən illik faiz dərəcəsi 20%-dir. Həmin müqavilənin əsas şərtlərinə əsasən kredit müqaviləsi ilə müəyyənləşdirilən, öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsinə görə hesablanacaq dəbbə borcunun miqdarı (faizi), aylıq qaytarılmalı olan lakin qaytarılmamış kredit borcunun hər təqvim günü üçün 1%-dir. İş materiallarında olan "xxxx" MMC (“Kreditor”) ilə Cavabdeh2 (“Zamin”) və Cavabdeh1 (“Borclu”) arasında bağlanmış ACAM2-18992-3183+ACAM2-19072 saylı, xx.xx.20124-cü il tarixli zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, həmin müqavilə "Borclu”nun "Kreditor” qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliyin tamamilə icra edilməsi üçün “Zamin” və "Borclu”nun "Kreditor” qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. Həmin müqavilənin 2.1.-ci maddəsinə əsasən "Zamin" və "Borclu" kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtına və lazımi qaydada icra olunmasına görə, o cümlədən, lakin bununla məhdudlaşmadan, əsas borc və onun faizi kredit müqaviləsində şərtləşdirilmiş müddətdə qaytarılmadığı, kredit müqaviləsində nəzərdə tutulmuş dəbbə borcu və ya sığorta pulu ödənilmədiyi və kredit müqaviləsində göstərilən digər şərtlər yerinə yetirilmədiyi hallarda “Kreditor” qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarına əlavə edilmiş ödəniş cədvəlinə əsasən xx.xx.2024-xx.xx.2027-ci il tarixlərində cəmi 6.155,43 manat məbləğində kredit ödənişinin (4.600,00 manat əsas məbləğ, 1.555,43 manat faiz ödənişi olmaqla) ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş maliyyə arayışına əsasən, Cavabdeh1 11 mart 2024-cü il tarixli ACAM2-18992-3183 saylı kredit müqaviləsinə əsasən 4.084,30 manat əsas məbləğ, 232,64 manat faiz, cəmi 4.768,38 manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh1 və Cavabdeh2 11 mart 2024cü il tarixli kredit müqaviləsi üzrə xəbərdarlıq ünvanlanmışdır. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC Cavabdeh1 və Cavabdeh2 verilmiş kredit üzrə əsas borcu və ona hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehə borcunu ödəməsini xatırlatmasına baxmayaraq, cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun, borca hesablanmış faiz məbləğinin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda iddia tələbinin digər Cavabdeh2 aid hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirmədiyindən, digər Cavabdeh2 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyır. Odur ki, kredit müqaviləsi üzrə borc cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddianın cərimə pulunun ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə həmçinin iddianın 63,70 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbləri təmin edilsin. 11 mart 2024-cü il tarixli ACAM2-18992-3183 saylı kredit müqaviləsinə əsasən 4.084,30 (dörd min səksən dörd manat, otuz qəpik) manat əsas borc, 232,64 (iki yüz otuz iki manat, altmış dörd qəpik) manat faiz borcu, 50 (əlli) manat cərimə borcu olmaqla, cəmi 4.366.94 (dörd min üç yüz altmış altı manat, doxsan dörd qəpik) manat borc məbləği və 63,70 (altmış üç manat yetmiş qəpik) dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı "xxxx" MMC -nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar