Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-3557/2023 06.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi ilə, İddiaçı «X1» MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı «X1» MMC Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2022-ci il tarixli, 472 saylı alqı-satqı müqavilə üzrə 3.500 manat məbləğində əsas, 1.050 manat məbləğində cərimə borcu və 46 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 4.596 (dörd min beş yüz doxsan altı) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını hərtərəfli və dəqiq araşdırıb, məhkəmə iclasında tərəflərin iştirakının mülki işin daha müfəssəl araşdırılmasına imkan yaradacağını nəzərə alaraq hesab edir ki, mülki işin məhkəmədə baxılmasının prosessual müddəti 1 ay uzadılmaqla işin məhkəmə baxışı təxirə salınmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 172.1.1-172.1.3cü maddələrinə əsasən, işə bərpa, aliment tutulmasına dair işlərə - 2 ay; ipoteka müqaviləsindən irəli gələn mübahisələrə və iflas haqqında işlərə - 3 ay; digər mübahisələrə dair işlərə - 4 ay müddətində baxılmalıdır. İşdən görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Mülki-Prosessual Məcəllənin 172.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin sayının çoxluğu və ya baxışın təşkilinin xüsusilə mürəkkəb olması ilə əlaqədar bu Məcəllənin 172.1.3-cü maddəsində nəzərdə tutulmuş müddət məhkəmənin əsaslandırılmış qərardadı ilə 2 aydan artıq olmayan müddətə uzadıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinin tələbinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 188-ci maddəsinə əsasən işə baxılmasının təxirə salınmasına məhkəmənin əsaslandırılmış qərardadı ilə, qabaqcadan nəzərdə tutula bilməyən aşağıdakı müstəsna hallarda yol verilir: işdə iştirak edən şəxslərdən hər hansı biri və ya tərcüməçi gəlmədikdə; iddianın əsasını və ya predmetini dəyişmək üçün ərizə verildikdə; qarşılıqlı iddia verildikdə; əlavə sübutlar təqdim və tələb etmək zərurəti yarandıqda; işdə iştirak etməyə digər şəxs cəlb edildiyinə görə məhkəmə həmin iclasda işə baxılmasını qeyri-mümkün hesab etdikdə; bu Məcəllədə nəzərdə tutulmuş digər hallarda. Həmin Məcəllənin 263-cü maddəsinə əsasən iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır. Məhkəmə mürəkkəb olmayan məsələləri məhkəmə iclasında həll etdikdə, müşavirə otağına getməyib, yerində müşavirə edərək, ayrıca akt şəklində tərtib olunmadan qərardad çıxara bilər. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 172, 188, 263-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a ra a l d ı: İddiaçı «X1» MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair mülki işə baxılması 1 ay müddətinə uzadılsın. İddiaçı «X1» MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair mülki iş üzrə növbəti baxış iclası xx.xx.2023-cü il tarixinə, saat 11:30-a təxirə salınsın. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-3557/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-3557/2023
06.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver