Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3560/2023 26.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, İddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Bank "xxxx" ASC Cavabdeh qarşı – Bank "xxxx" ASC-nin Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 3299851-25747 nömrəli “kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi”nə əsasən xx.xx.2023-cü il tarixinə Banka borclu olduğu 8.112,46 manat məbləğində əsas borc, 620,38 manat məbləğində faiz borcu, 314,45 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 9.047,29 manat məbləğində borcun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 110,47 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli 329985-1-25747 saylı kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi” bağlanılmış və illik 21,90 faiz müqavilə bağlandığı zaman, müqavilənin 5.1.8-ci bəndi icra olunmadıqda illik faiz dərəcəsinin əlavə olaraq 5% endirilməsi (“endirilmiş faiz dərəcəsi”) şərti ilə 48 ay müddətinə 9.530 manat məbləğində kredit borcunun qaytarılmasını cavabeh öz üzərinə götürmüşdür. Lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin 8.112,46 manat məbləğində əsas borc, 620,38 manat məbləğində faiz borcu, 314,45 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 9.047,29 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdır, lakin o məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və işin materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-c il tarixli, 329985-1-25747 saylı “kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi”nin 2.1-ci maddəsinə əsasən kreditin məbləği və valyutası 9.530 (doqquz min beş yüz otuz manat) təşkil edir. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən kredit illik 21.90% faiz dərəcəsi ilə verilmişdir (müqavilə bağlandığı zaman tətbiq edilən faiz dərəcəsi). Həmin müqavilənin 2.3-cü maddəsinə əsasən kredit 60 ay müddətinə verilmişdir. Həmin müqavilənin 2.5-ci maddəsinə əsasən yenidən maliyyələşdirilən kreditin ümumi qalıq məbləği 2.241,92 manat təşkil edir. Həmin müqavilənin 6.1.3-cü maddəsinə görə ödəniş cədvəli ilə müəyyən edilən müddətlər müştəri tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda bank bu müqavilə üzrə pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər və ya birtərəfli qaydada müqaviləni vaxtından əvvəl ləğv edilə bilər. Həmin müqavilənin 7.2-ci maddəsinə əsasən müqavilə üzrə gecikdirilmiş kreditə görə hər gecikdirilən gün gecikdirilmiş borc məbləğinin hər tam və ya natamam 10 manat üçün 0.05 manat məbləğində cərimə hesablanır və “kredit alan” tərəfindən ödənilir. İş materiallarında olan 329985-1-25747 saylı kredit müqaviləsinə 1 saylı əlavədə göstərilmiş ödəniş cədvəli Cavabdeh tərəfindən imzalanmışdır. Həmin cədvələ əsasən xx.xx.2021-xx.xx.2026-ci il tarixlərində cəmi 15.763,08 manat məbləğində kredit ödənişinin (9.530 manat əsas məbləğ, 6.233,08 manat faiz ödənişi olmaqla) ödənilməsi nəzərdə tutulmuşdur. İşin materiallarında olan arayışın surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixinə qeyd edilən müqavilə üzrə 8.112,46 manat məbləğində əsas, 620,38 manat faiz, 314,45 manat məbləğində cərimə, cəmi 9.047,29 manat məbləğində kredit borcu vardır. İşin materiallarında olan Bank "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh göndərilmiş pretenziyanın surətindən görünür ki, Cavabdeh borcun ödənilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Cavabdeh məxsus hesabdan çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixli, 329985-1-25747 saylı müqavilə üzrə Cavabdeh hesabına 9.530 manat vəsait köçürülmüşdür. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas borcu, ona hesablanmış faizləri və cərimə tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və digər pul öhdəliklərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında həmin kreditdən yaranan pul öhdəliklərini lazımi qaydada icra etməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdehdən göstərilən kredit müqaviləsi üzrə 8.112,46 manat əsas borc və 620,38 manat məbləğində faiz borcu tutulmalıdır. Məhkəmə həmçinin iddianın 314,45 manat məbləğində cərimə borcunun ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən cərimənin 314,45 manat məbləğində deyil, 110 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin iddianın 110,47 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbləri qismən təmin edilsin. İddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 329985-1-25747 saylı kredit müqaviləsinə əsasən 8.112,46 (səkkiz min yüz on iki manat qırx altı qəpik) manat məbləğində əsas borc, 620,38 (altı yüz iyirmi manat otuz səkkiz qəpik) manat məbləğində faiz borcu, 110 (bir yüz on) manat cərimə borcu olmaqla, cəmi 8.842,84 (səkkiz min səkkiz yüz qırx iki manat səksən dörd qəpik) manat məbləğində kredit borcu və 110,47 (bir yüz on manat qırx yeddi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı Bank "xxxx" ASC-nə ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-3560/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3560/2023
26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver