Məhkəmə qərarları › İş №e-2(011)-3586/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3586/2022

07.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3586/2022 07.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə SMEK4606042 saylı müqavilə üzrə 227 manat əsas borc, 68 manat faiz borcu, ECK551967 saylı müqavilə üzrə 78 manat əsas borc, 23 manat faiz borcu, ECK552510 saylı müqavilə üzrə 159 manat əsas borc, 47 manat faiz borcu, ECK5648041 saylı müqavilə üzrə 546 manat əsas borc, 163 manat faiz borcu, SMEK4606190 saylı müqavilə üzrə 840 manat əsas borc, 252 manat faiz borcu, ECK5679615 saylı müqavilə üzrə 1315 manat əsas borc, 394 manat faiz borcu, ECK5733152 saylı müqavilə üzrə 732 manat əsas borc, 220 manat faiz borcu və 71 manat məbləğində iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 5.135 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərən Bakı şəhərində yerləşən “Soliton” mağazasının sahibi fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında 13 iyun 2018-ci il, 24 iyun 2018-ci il, 11 sentyabr 2018-ci il, 22 oktyabr 2018-ci il, 25 dekabr 2018-ci il, 19 fevral 2019-cu il və 07 may 2019-cu il tarixlərdə alğısatqı müqavilələri bağlanmışdır. Cavabdeh 13 iyun 2018-ci il tarixli SMEK4606042 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 1011 manat olan 1 ədəd “X1”, 1 ədəd “Nautica uyku seti” almış, ilkin ödəniş etməmiş, nəticədə 1011 manat borc yaranmışdır. 24 iyun 2018-ci il tarixli, ECK551967 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 492 manat olan 1 ədəd Samsung Galaxy J4 markalı telefon almış, ilkin ödəniş etməmiş, nəticədə 492 manat borc yaranmışdır. 11 sentyabr 2018-ci il tarixli, ECK552510 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 564 manat olan “X2 5” markalı telefon almış, ilkin ödəniş olaraq 50 manat ödəniş etmiş, nəticədə 514 manat borc yaranmışdır. 22 oktyabr 2018-ci il tarixli, ECK5648041 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 1370 manat olan 1 ədəd “Demirdokum” markalı kombi almış, ilkin ödəniş etməmiş, nəticədə 1370 manat borc yaranmışdır. 25 dekabr 2018-ci il tarixli, SMEK4606190 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 1080 manat olan bir ədəd “Kemer açılır masa”, 8 ədəd “Liza sandalye” almış, ilkin ödəniş etməmiş, nəticədə 1080 manat borc yaranmışdır. 19 fevral 2019-cu il tarixli, ECK5679615 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 1440 manat olan 1 ədəd “HP” markalı notebook almış, ilkin ödəniş etməmiş, nəticədə 1440 manat borc yaranmışdır. 07 may 2019-cu il tarixli, ECK5733152 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 732 manat olan 1 ədəd Samsung Galaxy markalı tablet almış, ilkin ödəniş etməmiş, nəticədə 732 manat borc yaranmışdır. Cavabdeh tərəfindən 13 iyun 2018-ci il tarixli, SMEK4606042 saylı müqavilə üzrə sonuncu dəfə 16 may 2019-cu il tarixdə 100 manat ödəniş edilmiş, 24 iyun 2018-ci il tarixli, ECK551967 saylı müqavilə üzrə sonuncu dəfə 07 may 2019-cu il tarixdə 41 manat ödəniş edilmiş, 11 sentyabr 2018-ci il tarixli, ECK552510 saylı müqavilə üzrə sonuncu dəfə 07 may 2019-cu il tarixdə 47 manat ödəniş edilmiş, 22 oktyabr 2018-ci il tarixli ECK5648041 saylı müqavilə üzrə sonuncu dəfə 07 may 2019-cu il tarixdə 137 manat ödəniş edilmiş, 25 dekabr 2018-ci il tarixli SMEK4606190 saylı müqavilə üzrə sonuncu dəfə 07 may 2019-cu il tarixdə 60 manat ödəniş edilmiş, 19 fevral 2019-cu il tarixli ECK5679615 saylı müqavilə üzrə sonuncu dəfə 07 may 2019-cu il tarixdə 65 manat ödəniş edilmiş və 07 may 2019-cu il tarixli ECK5733152 saylı müqavilə üzrə bu günə qədər heç bir ödəniş edilməmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılıb iş üzrə yekun qərar qəbul edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında 13 iyun 2018-ci il, 24 iyun 2018-ci il, 11 sentyabr 2018-ci il, 22 oktyabr 2018-ci il, 25 dekabr 2018-ci il, 19 fevral 2019cu il və 07 may 2019-cu il tarixlərdə alğı-satqı müqavilələri bağlanmış, cavabdeh 1 ədəd “X1”, 1 ədəd “Nautica uyku seti”, 1 ədəd Samsung Galaxy J4 markalı telefon, “X2 5” markalı telefon, 1 ədəd “Demirdokum” markalı kombi, 1 ədəd “Kemer açılır masa”, 8 ədəd “Liza sandalye”, 1 ədəd “HP” markalı notebook, 1 ədəd Samsung Galaxy” markalı tablet almışdır. Müqavilələrə əsasən cavabdeh öhdəliyi lazımınca icra etmədiyindən onun borcu yaranmışdır. Cavabdehə yaranmış borcla bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış alğısatqı müqavilələrinə əsasən Cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsas borca aid hissədə əsaslıdır və tam təmin edilməlidir. Məhkəmə iddianın faiz borcunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddiaçı iddia ərizəsində cavabdehdən faiz borcunu tələb etsə də, iş materiallarında olan tərəflər arasında bağlanmış müqavilələrdən görünür ki, alıcının ödənişi gecikdirdiyi hər gün üçün borcun 1 faizi həcmində cərimə ödəməsi müqavilədə nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, müqavilələrdə nəzərdə tutulmuş dəbbə pulu məbləğləri yüksək olduğundan, SMEK4606042 saylı müqavilə üzrə hesablanmış 68 manat dəbbə məbləği azaldılaraq 8 manat məbləğində, ECK551967 saylı müqavilə üzrə 23 manat dəbbə məbləği azaldılaraq 2 manat məbləğində, ECK552510 saylı müqavilə üzrə hesablanmış 47 manat dəbbə məbləği azaldılaraq 5 manat məbləğində, ECK5648041 saylı kredit müqaviləsi üzrə hesablanmış 163 manat dəbbə məbləği azaldılaraq 20 manat məbləğində; SMEK4606190 saylı kredit müqaviləsi üzrə hesablanmış 252 manat dəbbə məbləği azaldılaraq 90 manat məbləğində; ECK5679615 saylı kredit müqaviləsi üzrə hesablanmış 394 manat dəbbə məbləği azaldılaraq 100 manat məbləğində; ECK5733152 saylı kredit müqaviləsi üzrə hesablanmış 220 manat dəbbə məbləği azaldılaraq 60 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, SMEK4606042 saylı müqavilə üzrə 227 manat əsas borc, 8 manat cərimə borcu, ECK551967 saylı müqavilə üzrə 78 manat əsas borc, 2 manat cərimə borcu, ECK552510 saylı müqavilə üzrə 159 manat əsas borc, 5 manat cərimə borcu, ECK5648041 saylı müqavilə üzrə 546 manat əsas borc, 20 manat cərimə borcu, SMEK4606190 saylı müqavilə üzrə 840 manat əsas borc, 90 manat cərimə borcu, ECK5679615 saylı müqavilə üzrə 1.315 manat əsas borc, 100 manat cərimə borcu, ECK5733152 saylı müqavilə üzrə 732 manat əsas borc, 60 manat cərimə borcu olmaqla, cəmi 4.182 manat vəsaiti Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı təşkilat 71 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilən 71 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh SMEK4606042 saylı müqavilə üzrə 227 (iki yüz iyirmi yeddi) manat əsas borc, 8 (səkkiz) manat cərimə borcu, ECK551967 saylı müqavilə üzrə 78 (yetmiş səkkiz) manat əsas borc, 2 (iki) manat cərimə borcu, ECK552510 saylı müqavilə üzrə 159 (bir yüz əlli doqquz) manat əsas borc, 5 (beş) manat cərimə borcu, ECK5648041 saylı müqavilə üzrə 546 (beş yüz qırx altı) manat əsas borc, 20 (iyirmi) manat cərimə borcu, SMEK4606190 saylı müqavilə üzrə 840 (səkkiz yüz qırx) manat əsas borc, 90 (doxsan) manat cərimə borcu, ECK5679615 saylı müqavilə üzrə 1.315 (bir min üç yüz on beş) manat əsas borc, 100 (bir yüz) manat cərimə borcu, ECK5733152 saylı müqavilə üzrə 732 (yeddi yüz otuz iki) manat əsas borc, 60 (altmış) manat cərimə borcu olmaqla, cəmi 4.182 (dörd min yüz səksən iki) manat və 71 (yetmiş bir) manat dövlət rüsumu, cəmi 4.253 (dörd min iki yüz əlli üç) manat pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar