Məhkəmə qərarları › İş №e-2(011)-36/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-36/2025

24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-36/2025 24.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, İddiaçı “X2 Kredit Təşkilatı” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X2 Kredit Təşkilatı” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmiş tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda iddiaçı məhkəməyə ərizə ünvanlayaraq, cavabdeh tərəfindən iddia ərizəsində tələb edilən borc məbləği ödənildiyindən iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia tələbini, iş materiallarını və iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizəni nəzərdən keçirərək hesab edir ki, ərizə qəbul edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə; 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa;. 119.3. İş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmiş, cavabdehlər isə işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə qəbul edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə verilməsinə əsas Cavabdeh1 tərəfindən borcun ödənilməsi olduğu üçün iş üzrə məhkəmə xərcləri Cavabdeh1 tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “X2 Kredit Təşkilatı” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2023-cü il tarixli, ********** nömrəli ödəniş qəbzinə əsasən, Hökumət ödəniş portalı və ya AsanPay vasitəsilə dövlət rüsumu kimi ödənilmiş 219 manat Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən ərizəçinin vəkili “X2 Kredit Təşkilatı” ASC-yə qaytarılsın. 100 manat ekspertiza xərci Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilsin. 300 manat mütəxəssis xərci Cavabdeh1 tutularaq "xxxx" MMC-yə ödənilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar