Məhkəmə qərarları › İş №e-2(011)-3610/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3610/2025

29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3610/2025 29.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli, NZNPU – 07813 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 2479.92 manat, faiz borcuna görə 88.49 manat, dəbbə borcuna görə 320.67 manat, cəmi 2889.08 manat məbləğində pulun və 48.90 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Nizami filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, NZNPU – 07813 saylı kredit müqaviləsinə əsasən, illik 14% (on dörd) faiz dərəcəsi olmaqla, 36 (otuz altı) ay müddətinə 7200 (yeddi min iki yüz) manat məbləğində cavabdehə kredit verilmişdir (Kredit müqaviləsinin 2.1; 2.2; 2.3; 2.4-cü bəndləri). xx.xx.2022-ci il tarixli, NZNPU – 07813 saylı kredit müqaviləsinin şərtlərinə görə, borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, NZNPU – 07813 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 13-ündən gec olmayaraq hər ay 246 (iki yüz qırx altı) manat 8 (səkkiz) qəpik ödəniş etməli olduğu halda, öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2022-ci il tarixli, NZNPU – 07813 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 2479.92 manat, faiz borcuna görə 88.49 manat, dəbbə borcuna görə 320.67 manat, cəmi 2889.08 manat təşkil edir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli Ərizə - Anketdən görünür ki, Cavabdeh 14%-lə 7200 manat məbləğində “Nağd pul” kreditin verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı ASC-nin Nizami filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, NZNPU – 07813 saylı kredit müqaviləsindən görünür ki, bank müştəriyə şəxsi istehlak məqsədilə illik 14 faiz olmaqla, 36 ay müddətinə 7200 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür müştəri isə kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, NZNPU – 07813 saylı kredit müqaviləsi üzrə illik 14%-lə ona verilən 7200 manat məbləğində krediti 36 ay müddətinə, aylıq 246.09 manat ödəniş etməklə ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Sərəncam-orderin surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, NZNPU – 07813 saylı kredit müqaviləsi üzrə 7200 AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli RB-02/PK-234 saylı “Arayış”ın surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, NZNPU – 07813 saylı kredit müqaviləsi üzrə illik 14% faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 7200 manat məbləğində kredit verilmişdir, Cavabdeh xx.xx.2025-ci il tarixinə olan borcu əsas borcu 2479.92 manat, faiz borcu 88.49 manat, cərimə borcu 320.67 manat olmaqla, cəmi 2889.08 manat təşkil edir. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixində İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixli, NZNPU – 07813 saylı kredit müqaviləsi üzrə xx.xx.2025ci il tarixinə əsas borcuna görə 2479.92 manat, faiz borcuna görə 88.49 manat, dəbbə borcuna görə 320.67 manat, cəmi 2889.08 manat təşkil edən borcunu tam şəkildə 3 iş günü müddətinə ödəməsi, əks halda qanunamüvafiq tədbirlər görüləcəyi barədə RB 02/PK – 1233 saylı bildiriş məktubu göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli Mədaxil Qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 49 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, NZNPU – 07813 saylı kredit müqaviləsinə əsasən, şəxsi istehlak məqsədi ilə illik 14% faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 7200 manat məbləğində cavabdehə kredit verilmişdir, borcalan Cavabdeh isə kredit üzrə hesablanmış ödənişləri tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür, lakin kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, NZNPU – 07813 saylı kredit müqaviləsi üzrə borcu əsas borcuna görə 2479.92 manat, faiz borcuna görə 88.49 manat məbləğində müəyyən olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, NZNPU – 07813 saylı kredit müqaviləsi üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin azaldılaraq, 130 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli, NZNPU – 07813 saylı kredit müqaviləsi üzrə 2479.92 manat ödənilməmiş hissə, 88.49 manat faiz, 130 manat cərimə, ümumilikdə 2698.41 manat borc Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Ödənilmiş dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia qismən təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından 46.98 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir, dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli, NZNPU – 07813 saylı kredit müqaviləsi üzrə 2479.92 manat ödənilməmiş hissə, 88.49 manat faiz, 130 manat cərimə, ümumilikdə 2698 (iki min altı yüz doxsan səkkiz) manat 41 (qırx bir) qəpik borc və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 46 (qırx altı) manat 98 (doxsan səkkiz) qəpik pul Cavabdeh alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar