Məhkəmə qərarları › İş №e-2(011)-3631/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3631/2023

04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3631/2023 04.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin halları:

1. İddiaçı İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 0097/PB/19 saylı kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə 5 il müddətinə illik 1 faiz ödəmək şərtilə 3951.20 manat məbləğində kredit verilmişdir.

2. xx.xx.2019-cu il tarixli 0097/PB/19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı BOKT ASC-yə 3951.20 manat əsas borc, 290.88 manat hesablanmış faiz borcu, 1341.82 manat dəbbə pul olmaqla, cəmi 5583.90 manat borcu vardır.

3. Eyni zamanda, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış əvvəlki problemli kredit müqaviləsi restruktrizasiya edilmiş və cavabdehlə hazırkı müqavilə bağlanmışdır. Lakin cavabdeh bu müqavilə üzrə də borc öhdəliyini qəsdən icra etməkdən imtina etmişdir.

İddiaçının tələbi:

4. xx.xx.2019-cu il tarixli 0097/PB/19 saylı kredit müqaviləsinə əsasən ödənilməmiş 3951.20 manat əsas borc, 290.88 manat hesablanmış faiz borcu, 1341.82 manat dəbbə pul olmaqla, ümumilikdə 5583.90 manat məbləğində borcun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 75.90 AZN dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı BOKT ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

Cavabdehin şəxsin etirazı:

5. Cavabdeh tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları:

6. İddiaçının nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab edir.

7. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab edir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

8. xx.xx.2019-cu il tarixli 0097/PB/19 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən, kreditor borclunun vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 3951.20 manat qalıq məbləğini ödəməsi məqsədilə 3951.20 manat güzəştli krediti verməyi, borclu isə verilmiş krediti və bu müqavilə üzrə ona hesablanan faizləri ödəniş cədvəli üzrə kreditora ödəməyi öhdəsinə götürmüşdür.

9. xx.xx.2019-cu il tarixli 0097/PB/19 saylı kredit müqaviləsinə əlavəyə (ödəniş cədvəlinə) əsasən, Cavabdeh 5 il müddətinə illik 1 faiz ödəmək şərtilə 3951.20 manat əsas borc, 120.70 manat faiz məbləği olmaqla, ümumilikdə 4071.90 manat məbləği ödəməyi öhdəsinə götürmüşdür.

10. xx.xx.2019-cu il tarixli ərizəyə əsasən, Cavabdeh xx.xx.2012-ci il tarixdə İddiaçı BOKT ASC-dən götürdüyü 5000 AZN məbləğində kreditin xx.xx.2019-cu il tarixinə olan 3951.20 AZN qalığını “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının icrası məqsədilə 5 il müddətinə uzadılmasını xahiş etmişdir.

11. xx.xx.2022-ci il tarixli, 0934/PB saylı bildirişə əsasən, Cavabdeh 3951.20 manat məbləğində borc öhdəliyini bildirişi aldığı gündən etibarən 7 gün ərzində icra etmədiyi halda, qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

12. xx.xx.2022-ci il tarixli xəbərnaməyə əsasən, zərf Cavabdeh həmin ünvandan köçdüyünə görə çatdırılmamışdır.

13. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2019-cu il tarixli 0097/PB/19 saylı müqavilə üzrə 3951.20 manat əsas borc, 290.88 manat faiz borcu, 1341.82 manat dəbbə borcu olmaqla, ümumilikdə 5583.90 manat məbləğində borcu vardır.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi:

16. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada borc müqaviləsi bağlanılmış (MM m.739.1, 739.2), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, Cavabdeh oğlu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli (MM m.442) və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir (MM m. 443.1, 448.1 və 448.2).

17. Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsas borc hissəsində tam təmin edilməlidir.

18. Məhkəmə həmçinin iddia tələbinin cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. İşin hallarını nəzərə alınmaqla, məhkəmə cəriməni azaldaraq iddia ərizəsində göstərilən dəbbə pulunun 1341.82 manat məbləğində deyil, 395.12 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq hesab edir.

Məhkəmə xərcləri:

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 66.37 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

1. İddia tələbi qismən təmin edilsin.

2. Cavabdeh oğlundan 3951.20 manat məbləğində əsas borc, 290.88 manat məbləğində faiz borcu, 395.12 manat dəbbə borcu olmaqla, cəmi 4637.20 (dörd min altı yüz otuz yeddi manat iyirmi qəpik) manat pul vəsaiti tutularaq İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-yə ödənilsin.

3. İddiaçı tərəfindən ödənilmiş 66.37 (altmış altı manat otuz yeddi qəpik) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-yə ödənilsin.

4. İddia tələbi qalan hissədə təmin edilməsin.

5. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar