Məhkəmə qərarları › İş №e-2(011)-3641/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3641/2022

07.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3641/2022 07.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi barədə ilkin iddia, Cavabdeh isə İddiaçınə qarşı “borcun silinməsi” barədə qarşılıqlı iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İByə vurulmuş4869,64 manat məbləğində zərərin, iddiaçı tərəfindən ödənilmiş 73 manat məbləğində dövlət rüsumunun və pozulmuş hüquqlarının bərpası üçün hüquq şirkətinə ödədiyi 300 manat, ümumilikdə isə 5242,64 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Xətai rayonu, Ş.Şikarov küçəsi bina 14 ünvanında yerləşən evinə (kod: **********0010) hesablanmış 5242,64 manat əsassız borcun silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh dəqiqləşdirilmə barədə ərizə təqdim edərək, İddiaçı tərəfindən əsassız olaraq hesablanmış 4869,64 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə ilkin iddia tələbini müdafiə, qarşılıqlı iddia tələbini isə qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı ilə Cavabdeh arasında 15 dekabr 2020-ci il tarixində 08-7100 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə”si imzalanmış və həmin Müqavilə əsasında İddiaçı abonent Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini təbii qazla təchiz etmişdir, qeyd olunan ünvana İddiaçı Bakı X3 Departamenti tərəfindən **********0010 saylı abonent kod verilmiş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə qaz sayğacı quraşdırılmışdır, cavabdeh qeyd müqavilənin 2.3.2-ci yarım bəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (Qaz paylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır, İddiaçı İB-nin əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qazxətti üzərində quraşdırılmış qaz sayğaclarına müxtəlif vaxtlarda baxış keçirələrkən, cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, başqa sözlə, qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, həmin faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir, cavabdehin təqsirli hərəkətlərindən irəli gələn hallar və faktlar birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır, həmçinin qeyd olunan faktlarla bağlı birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir, cavabdehin təqsirli hərkətləri nəticəsində birliyin səlahiyyətli əməkdaşları tərəfindən aşağıdaki həcmdə təbii qazın talanması faktı müəyyən edilmiş və buna uyğun olaraq zərərin məbləği hesablanmışdır - xx/xx/2020-ci il tarixli ******* №-li akt əsasında 34344 kub metr qazın talanması faktı və buna uyğun olaraq 3434,40 manat ziyanın vurulması, - xx/xx/2021-ci il tarixli ******* №-li akt əsasında 2160 kub metr qazın talanması faktıvə buna uyğun olaraq 216 manat ziyanın vurulması, - xx/xx/2021-ci il tarixli akt əsasında 11467 kub metr qazın talanması faktı və buna uyğun olaraq 1297,44 manat ziyanın vurulması, olmaqla, cəmi 4869,64 manat məbləğində İddiaçınə maddi zərərin dəydiyi müəyyən olunmuşdur, tərtib edilmiş aktlardan bəlli olur ki, cavabdehin yaşayış sahəsində quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman müəyyən olunmuşdur ki, qaz sayğacındaki yivli birləşmələr korriziyaya uğrayıb, mexaniki hesablama mexaniziminin qoruyucu şüşəsikənar təsir nəticəsində deşilib, əlavə olaraq baxış keçirilən zaman aşkar edilmişdir ki, abonent tərəfindən təbii qazdan sayğacdan kənar qoşulma nəticəsində istifadə edilir Sonda iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə, ilkin iddia tələbini isə qəbul etməyərək izahatında bildirdi ki, Xətai rayonu, Ş.Şikarov küçəsi bina 14 ünvanında ailəsi ilə birlikdə yaşayır, xx.xx.2020, xx.xx.2021, xx.xx.2021-ci il tarixlərində cavabdehin əməkdaşları tərəfindən ona cərimə hesablanmışdır, bu absurddur, cavabdeh tərəfindən həqiqətə uyğun olayan əsassız borclar yazılmışdır, lakin özü istifadə etdiyi qazın dəyərini artıqlaması ilə daim ödəmişdir, bütün bu iradlarına baxmayaraq, cavabdeh ona məhəl qoymamış, ondan borcun ödənilməsini istəmiş, buna dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir, halbuki yazılmış borc əsassızdır, onu ödəməli deyildir, həmin borc silinməlidir. Sonda ilkin iddia üzrə Cavabdeh ilkin iddia tələbinin rədd olunması, qarşılıqlı iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında 15 dekabr 2020-ci il tarixində 08-7100 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə”si imzalanmışdır. İş materiallarında olan İddiaçı İB-nin «qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, Cavabdeh məxsus İtron G-4 markalı 1102AQ**********8 nömrəli qaz sayğacı Zenner G-4 markalı, **********5 nömrəli yeni qaz sayğacı ilə əvəzləşdirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Gasrep sənədindən görünür ki, Ş.Şikərov küçəsi bina 14, mənzil 1 üzrə abonent Sadıqov Qaroğlandır, həmin ünvan üzrə abonent kodu **********00010-dur, 2011-2021-ci illər üzrə ödəniş 1634,7 manat, sərfiyyat 16116 kub/metr olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Abonent saldosundan görünür ki, Cavabdeh **********00010 saylı abonent hesabına “Qalıq və aktlar” əsasında 12/2020-ci il üçün 3434,40 manat, 01/2021-ci il üçün 216 manat, 12/2021-ci il üçün 1297,44 manat borc yazılmışdır. İş materiallarında olan “təbii X2nın pozulması haqqında” xx.xx.2020-ci il tarixli 0291514 saylı aktın surətindən görünür ki, abonentin sayğacdan kənar qeyri-qanuni istifadə etməsi nöqsanı qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Aktdan görünür ki, Cavabdeh məxsus ünvan üzrə kənar xətt qaynaqla ləğv edilmişdir. İş materiallarında olan 30 dekabr 2020-ci il tarixli “dəymiş ziyanın bərpasına” dair tələbnamədən görünür ki, xx.xx.2020-ci il tarixli 0291514 saylı Akta əsasən aktda itirilmiş qazın bərpası üzrə 34344 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “təbii X2nın pozulması haqqında” xx.xx.2021-ci il tarixli 0293096 saylı aktın surətindən görünür ki, aktda yivli birləşmələri korroziyaya uğraması, mexaniki hesablama mexanizminin qoruyucu şüşəsi kənar təsir nəticəsində deşilməsi nöqsanı qeyd edilmişdir. İş materiallarında olan 29 yanvar 2021-ci il tarixli “dəymiş ziyanın bərpasına” dair tələbnamədən görünür ki, xx.xx.2021-ci il tarixli ******* saylı Akta əsasən aktda itirilmiş qazın bərpası üzrə 2160 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “təbii X2nın pozulması haqqında” xx.xx.2021-ci il tarixli 0328800 saylı aktın surətindən görünür ki, abonentin təbii qazdan sayğacdan kənar istifadə etməsi nöqsanı qeyd edilmişdir. İş materiallarında olan 30 dekabr 2021-ci il tarixli “dəymiş ziyanın bərpasına” dair tələbnamədən görünür ki, xx.xx.2021-ci il tarixli 0328800 saylı Akta əsasən aktda itirilmiş qazın bərpası üzrə 11448 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Aktdan görünür ki, Cavabdeh məxsus ünvan üzrə kənar xətt qaynaq vasitəsilə ləğv edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* saylı Mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 73 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh məxsus ünvan 3 ünvanında (abonent kodu: **********00010) təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edilir, həmin sayğac xx.xx.2020-ci il tarixdə yenisi ilə əvəzləşdirilmişdir, yoxlanma zamanı “abonentin sayğacdan kənar qeyri-qanuni istifadə etməsi“ əsası ilə xx.xx.2020-ci il tarixli 0291514 saylı, ”yivli birləşmələri korroziyaya uğraması, mexaniki hesablama mexanizminin qoruyucu şüşəsi kənar təsir nəticəsində deşilməsi” əsası ilə xx.xx.2021-ci il tarixli 0293096 saylı, “abonentin təbii qazdan sayğacdan kənar istifadə etməsi” əsası ilə xx.xx.2021-ci il tarixli 0328800 saylı aktlar tərtib edilmiş və buna görə İddiaçı İB tərəfindən əlavə hesablaşma aparılaraq müvafiq olaraq itirilmiş 34344 m3, 2160 m3, 11448 m3 təbii qazın bərpası məqsədilə Cavabdeh 12/2020-ci il üçün 3434,40 manat, 01/2021-ci il üçün 216 manat, 12/2021-ci il üçün 1297,44 manat borc yazılmışdır və həmin məbləğ ondan tələb edilir. Bununla belə, məhkəmə tərəfindən Cavabdeh qaz sayğacına müdaxilə etməsi, həmçinin onun təbii qazdan qeyri-qanuni istifadəsi halları müəyyən edilmədi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X2»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Beləliklə, məhkəmə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən sayğaca müdaxilədə Cavabdeh təqsiri müəyyən edilmədiyindən, ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi təmin edilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, ilkin iddia ərizəsi üzrə ödənilmiş 73 manat dövlət rüsumu İddiaçı İB-nin özünə aid edilməli, qarşılıqlı iddia tələbi təmin edildiyindən və iddia tələbi 1000 manatdan çox olduğundan İddiaçı İB-dən 68,69 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı ”Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 4869,64 manat məbləğində zərərin, iddiaçı tərəfindən ödənilmiş 73 manat məbləğində dövlət rüsumunun və pozulmuş hüquqlarının bərpası üçün hüquq şirkətinə ödədiyi 300 manat, ümumilikdə isə 5242,64 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İBnın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi” barədə ilkin iddia tələbi rədd edilsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh **********00010 saylı abonent koduna itirilmiş qazın bərpası üzrə hesablanmış 4869 (dörd min səkkiz yüz altmış doqquz) manat 64 (altmış dörd) qəpik məbləğində borc silinsin. İddiaçındən 68 (altmış səkkiz) manat 69 (altmış doqquz) qəpik dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar