Məhkəmə qərarları › İş №e-2(011)-3661/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3661/2025

14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3661/2025 14.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı - İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul tələbi” barədə kiçik iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən “Samsung 35w Charger”, “Paket L” xidməti, “X1 2 il (Kontakt)” Xidməti, örtücü, “Samsung Galaxy A24” markalı telefon (imei kod: **********19092) üçün 381.70 (üç yüz səksən bir manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 38.17 (otuz səkkiz manat on yeddi qəpik) manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən “Paket L” xidməti, “X1 2 il (Kontakt)” Xidməti, örtücü, “Xiaomi Redmi 12” markalı telefon (imei kodu: **********46164) üçün 316 (üç yüz on altı) manat ödənilməmiş hissə, 31.60 (otuz bir manat altmış qəpik) manat cərimə ümumilikdə 767.47 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq «ABC Telecom» Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehlə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli müqavilələrə əsasən “Paket L” xidməti, “X1 2 il (Kontakt)” Xidməti, örtücü, “Xiaomi Redmi 12” markalı telefon (imei kodu: **********46164), “Samsung 35w Charger”, “Paket L” xidməti, “X1 2 il (Kontakt)” Xidməti, örtücü, “Samsung Galaxy A24” markalı telefon (imei kod: **********19092) almış və nəticədə 767.47 (yeddi yüz altmış yeddi manat, 47 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 768.96 (yeddi yüz altmış səkkiz manat, 96 qəpik) manat (12 ay x 64.08 manat + 0 manat ilkin ödəniş) olan “Samsung 35w Charger”, “Paket L” xidməti, “X1 2 il (Kontakt)” Xidməti, örtücü, “Samsung Galaxy A24” markalı telefon (imei kod: **********19092) üçün ümumilikdə, 419.87 (dörd yüz on doqquz manat, 87 qəpik) manat olmaqla ondan, 381.70 (üç yüz səksən bir manat, 70 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 38.17 (otuz səkkiz manat, 17 qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 638.04 (altı yüz otuz səkkiz manat, 04 qəpik) manat (12 ay x 53.17 manat + 0 manat ilkin ödəniş) olan “Paket L” xidməti, “X1 2 il (Kontakt)” Xidməti, örtücü, “Xiaomi Redmi 12” markalı telefon (imei kodu: **********46164) üçün ümumilikdə, 347.60 (üç yüz qırx yeddi manat, 60 qəpik) manat olmaqla ondan, 316 (üç yüz on altı) manat ödənilməmiş hissə, güzəşt olunaraq 31.60 (otuz bir manat, 60 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 709.30 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış ilə xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdeh məhkəməyə məlum olan yaşayış yeri üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və İddiaçı MMC-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Lakin cavabdeh göstərilən müddətdə iddiaçının tələbinə dair etirazlarını məhkəməyə bildirməmişdir. Məhkəmə ərizəni, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC (müqavilə üzrə “ABC”) ilə Cavabdeh (müqavilə üzrə “Müştəri”) arasında bağlanılmış xx.xx.2024-cü il tarixli 02736965 saylı müqavilənin 1.1-ci maddəsinə əsasən İddiaçı MMC özünə məxsus olan əşyaları (müqavilə üzrə “Mal”) Müştəriyə müqavilədə göstərilən şərtlərlə verir. Müştəri isə “Mal”ı müqavilədə göstərilən şərtlərlə qəbul edir. “Samsung 35w Charger”, “Paket L” xidməti, “X1 2 il (Kontakt)” Xidməti, örtücü, “Samsung Galaxy A24” markalı telefon (imei kod: **********19092) həmin Müqavilənin 2.1-ci maddəsinə əsasən müqavilənin predmetini təşkil edən mallar və onlara məxsus fərdi əlamətlər siyahısında birinci qrafada göstərilmişdir. İş materiallarından görünür ki, İddiaçı MMC (müqavilə üzrə “ABC”) ilə Cavabdeh (müqavilə üzrə “Müştəri”) arasında bağlanılmış xx.xx.2024-cü il tarixli 02736964 saylı müqavilənin 1.1-ci maddəsinə əsasən İddiaçı MMC özünə məxsus olan əşyaları (müqavilə üzrə “Mal”) Müştəriyə müqavilədə göstərilən şərtlərlə verir. Müştəri isə “Mal”ı müqavilədə göstərilən şərtlərlə qəbul edir. “Paket L” xidməti, “X1 2 il (Kontakt)” Xidməti, örtücü, “Xiaomi Redmi 12” markalı telefon (imei kodu: **********46164) həmin Müqavilənin 2.1-ci maddəsinə əsasən müqavilənin predmetini təşkil edən mallar və onlara məxsus fərdi əlamətlər siyahısında birinci qrafada göstərilmişdir. 2 ədəd xx.xx.2024-cü il tarixli bildirişlərdə əks olunmuş əşyaların təhvil-təslim aktından görünür ki, “Paket L” xidməti, “X1 2 il (Kontakt)” Xidməti, örtücü, “Xiaomi Redmi 12” markalı telefon (imei kodu: **********46164), “Samsung 35w Charger”, “Paket L” xidməti, “X1 2 il (Kontakt)” Xidməti, örtücü, “Samsung Galaxy A24” markalı telefon (imei kod: **********19092) - xx.xx.2024-cü il tarixli 02736964 saylı və xx.xx.2024-cü il tarixli 02736965 müqavilələrə əsasən Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli 02736964 saylı müqaviləyə xx.xx.2024-cü il tarixli Əlavədə göstərilmiş ödəniş cədvəlinə xx.xx.2024-xx.xx.2025-ci il tarixlərində hər ay 53,17 manat olmaqla pul ödənişlərin icra olunması nəzərdə tutulmuşdur. xx.xx.2024-cü il tarixli 02736965 saylı müqaviləyə xx.xx.2024-cü il tarixli Əlavədə göstərilmiş ödəniş cədvəlinə xx.xx.2024-xx.xx.2025-ci il tarixlərində hər ay 64,08 manat olmaqla pul ödənişlərin icra olunması nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilələr üzrə 697,7 (altı yüz doxsan yeddi manat yeddi qəpik) manat ödənilməmiş hissə, 69,77 (altmış doqquz manat yetmiş yeddi qəpik) manat cərimə, ümumilikdə 767,47 (yeddi yüz altmış yeddi manat qırx yeddi qəpik) manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı MMC xx.xx.2024-cü il tarixli müqavilələr üzrə öhdəliklərin icrası ilə əlaqədar Cavabdeh xəbərdarlıq ünvanlanmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin müddəalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Məhkəmə həmçinin iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən cərimənin 02736964 saylı müqavilə üzrə 38,17 manat məbləğində deyil, 19 manat, 02736965 saylı müqavilə üzrə 31,60 manat məbləğində deyil, 16 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli 02736965 müqaviləyə əsasən 381,70 (üç yüz səksən bir manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 19 (on doqquz) manat cərimə olmaqla, cəmi 400,70 (dörd yüz manat yetmiş qəpik) manat borc məbləği; xx.xx.2024-cü il tarixli 02736964 saylı müqaviləyə əsasən 316 (üç yüz on altı) manat ödənilməmiş hissə, 16 (on altı) manat cərimə olmaqla, cəmi 332 (üç yüz otuz iki manat) manat borc məbləği; cəmi 732,70 (yeddi yüz otuz iki manat yetmiş qəpik) manat borc məbləği və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-nə ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar