Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3673/2025 08.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli, XDK6355607 saylı borc müqaviləsinə əsasən, 1224 manat əsas borc, 33 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 1257 manat məbləğində pul vəsaitinin alınaraq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2023-cü il tarixli, XDK6355607 saylı borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, müqavilə müddəti 12 ay, müqavilə dəyəri 1230 AZN-dir. Cavabdeh iddiaçıdan dəyəri 1230 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1224 manat əsas borcu qalıb. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh xx.xx.2023-cü il tarixli, XDK6355607 saylı borc müqaviləsi üzrə 1224 manat əsas borc, 33 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 1257 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, XDK6355607 saylı borc müqaviləsindən görünür ki, Cavabdeh kredit yolu ilə ümumi dəyəri 1230 manat olan məişət avadanlığı əldə edib, bu məhsul üçün 6 AZN məbləğində əvvəlcədən ödəniş edib, qalan 1224 manat məbləği 12 ay müddətinə aylıq 102 AZN olmaqla, İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürür. İş materiallarında olan Təhvil-Təslim aktından görünür ki, Cavabdeh 1 ədəd SAMSUNG GALAXY A54 256 GB BLACK adlı malı hissə ödəmə yolu ilə əldə etmişdir. İş materiallarında olan məktubdan (pretenziyadan) görünür ki, iddiaçı Cavabdeh xx.xx.2025-ci il tarixində bildiriş göndərməklə, ondan məktub ünvana daxil olduğu vaxtdan 3 iş günü müddətində ümumi borcu olan 1224 manat pul məbləğinin iddiaçıya ödənilməsini tələb etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Maliyyə arayışı”-ndan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, XDK6355607 saylı borc müqaviləsi üzrə ümumi dəyəri 1230 AZN olan məişət avadanlığı üçün ödənilməmiş 1224 manat əsas (qalıq) borcu vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı “Dövlət rüsumunun ödənilməsi haqqında” Mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 33 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh ilə İddiaçı MMC arasında dəyəri 1230 manat olan məişət avadanlığının cavabdehə satılması barədə xx.xx.2023-cü il tarixli, XDK6355607 saylı borc müqaviləsi bağlanmış, həmin müqavilə üzrə təhvil-təslim aktında cavabdehin hissə-hissə ödəmə şərti ilə avadanlığı əldə etməsi qeyd olunmuş, cavabdehin həmin əşyaya dair 1224 manat əsas borcu qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış borc müqaviləsinə əsasən cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Bununla belə, əşyaya görə qalıq borca görə cavabdehin öhdəliklərini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Digər tərəfdən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, XDK6355607 saylı borc müqaviləsinə əsasən, ümumilikdə ödənilməmiş 1124 manat borc Cavabdeh alınaraq İddiaçınə ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən və cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1224 (min iki yüz iyirmi dörd) manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 (otuz üç) manat məbləğində pul vəsaiti alınaraq İddiaçınə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-3673/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3673/2025
08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver