Məhkəmə qərarları › İş №e-2(011)-3682/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3682/2023

08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3682/2023 08.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı xx.xx.2020-ci il tarixli müqavilə üzrə 725,40 manat əsas 72,60 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1215,20 manat əsas 121,80 manat cərimə və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 510 manat əsas, 51 manat cərimə olmaqla, cəmi 2696 manat borcun və 46,96 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin mübahisəsiz hallarına görə, tərəflər arasında xx.xx.2020-ci il tarixdə “Apple” markalı naqilsiz qulaqcığın və playstationun nisyə alqı-satqısı barədə 21178570 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlinə görə əşyanın dəyəri 1868,40 manat olmaqla, ödəniş müddəti 18 ay, aylıq ödəniş 103,80 manat müəyyən edilmişdir. Alınan əşyalar cavabdehə xx.xx.2020-ci il tarixdə təhvil verilmişdir. Tərəflər arasında xx.xx.2020-ci il tarixdə "Acer Aspıre” markalı komputerin nisyə alqı-satqısı barədə 21240939 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlinə görə əşyanın ümumi dəyəri 2088 manat olmaqla, aylıq ödəniş. 87 manat müəyyən edilmişdir. Alınan əşya cavabdehə xx.xx.2020-ci il tarixdə təhvil verilmişdir. Həmçinin tərəflər arasında xx.xx.2021-ci il tarixdə ”Apple” markalı naqilsiz qulacığın nisyə alqı-satqısı barədə 22235992 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlinə görə əşyanın ümumi dəyəri 765 manat olmaqla, ödəniş müddəti 18 ay, aylıq ödəniş 42,50 manat müəyyən edilmişdir. Alınan əşya cavabdehə xx.xx.2021-ci il tarixdə təhvil verilmişdir. İddiaçının verdiyi maliyyə və ödəniş cədvəlinə görə cavabdeh tərəfindən müqavilələr üzrə cəmi 2270,80 manat pul ödənilmiş, əsas borcu 2450,60 manat və cərimə borcu isə 245,40 manat təşkil edir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, cavabdehlə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, cavabdeh 2 ədəd “Apple” markalı naqilsiz qulacıq, Playstation, "Acer Aspıre” markalı komputer almışdır. Hazırda cavabdehin 2696 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1868,40 manat (18 ay x 103,80 manat + 0 manat ilkin ödəniş) olan “Apple” markalı naqilsiz qulacıq və Playstation üçün onun 725,40 manat ödənilməmiş əsas, 72,60 manat cərimə borcu yaranmışdır. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2088 manat (24 ay x 87 manat + 0 manat ilkin ödəniş) olan “Acer Aspıre” markalı telefon üçün onun 1215,20 manat ödənilməmiş əsas, 121,80 manat cərimə borcu yaranmışdır. Eyni zamanda, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 765 manat (18 ay x 42,50 manat + 0 manat ilkin ödəniş) olan ”Apple” markalı naqilsiz qulacıq üçün onun 510 manat ödənilməmiş əsas, 51 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2270,80 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə göndərilməmişdir. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 576-cı maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İşin yuxarıda qeyd edilən mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında nisyə alqı-satqı müqavilələri bağlanmış, müqavilələrdə nəzərdə tutulmuş mallar cavabdehə verilmiş və müqavilələrin hissə-hissə ödənilməsi müddəti və məbləği müqavilələrə edilmiş ödəniş cədvəli ilə müəyyən edilərək cavabdeh tərəfindən də imzalanmışdır. Lakin cavabdeh aldığı malların qiymətini ödəniş cədvəlinə uyğun olaraq tam ödəməməklə öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilələr əsasında cavabdeh iddiaçıdan mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin əşya qiymətini ödəməli olmasına dair öhdəliyə malik olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malların dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən dəbbə pulu əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən dəbbə pulunun xx.xx.2020-ci il tarixli müqavilə üzrə 15 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 20 manat və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 10 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq sayır. Məhkəmə həmçinin iddianın 46,96 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 59.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli müqavilə üzrə 725,40 manat əsas, 15 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1215,20 manat əsas 20 manat cərimə və xx.xx.2021ci il tarixli müqavilə üzrə 510 manat əsas, 10 manat cərimə olmaqla, cəmi 2495,60 manat borc və 46,96 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar