Məhkəmə qərarları › İş №e-2(011)-3685/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3685/2022

05.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3685/2022 05.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, 14 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən, LG markalı soyuducu, Samsung TV, Sonorous asqı, X3 üçün 1.854 manat ödənilməmiş hissə, 478.80 manat dəbbə pulu; 08 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən, Samsung Led TV üçün 892.20 manat ödənilməmiş hissə, 267.30 manat dəbbə pulu; 22 mart 2020-ci il tarixli müqaviləyə əsasən, Samsung paltaryuyan üçün 793 manat ödənilməmiş hissə, 238 manat dəbbə pulu; 14 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən, Samsung Led TV üçün 739.20 manat ödənilməmiş hissə, 276.50 manat dəbbə pulu; 15 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən, Marvin masa, Pizza 02 stul üçün 709.70 manat ödənilməmiş hissə, 214.30 manat dəbbə pulu olmaqla, ümumilikdə 6.463 manat borc və 84.63 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 14 oktyabr 2019-cu il, 14 noyabr 2019-cu il, 15 noyabr 2019-cu il, 08 yanvar 2020-ci il, 22 mart 2020-ci il tarixli müqavilələrə əsasən, cavabdeh LG soyuducu, Samsung TV, Sonorous asqı, X3, 2 ədəd Samsung Led TV, Samsung paltaryuyan, Marvin masa, Pizza 02 stul almış və nəticədə 6.463 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 14 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 4.800 manat olan LG soyuducu, Samsung TV, Sonorous asqı, X3 üçün ümumilikdə 2.332,80 manat olmaqla, 1854 manat ödənilməmiş hissə, 478.80 manat cərimə pulu borcu; 14 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1658 manat olan Samsung LED TV üçün ümumilikdə 1015,70 manat olmaqla, 739.20 manat ödənilməmiş hissə, 276.50 manat cərimə pulu borcu; 15 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1224 manat olan Marvin masa, Pizza 02 stul üçün ümumilikdə 924 manat olmaqla, 709.70 manat ödənilməmiş hissə, 214.30 manat cərimə pulu borcu; 08 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1.474,20 manat olan Samsung LED TV üçün ümumilikdə 1.159,50 manat olmaqla, 892.20 manat ödənilməmiş hissə, 267.30 manat cərimə pulu borcu; 22 mart 2020-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1.103,40 manat olan Samsung paltaryuyan üçün ümumilikdə 1031 manat olmaqla, 793 manat ödənilməmiş hissə, 238 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 5.271,50 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, onun qismən təmin edilməsini xahiş etdi. O, izahatında qızının xəstə olmasını, əsas borcu avqust ayının 30-dan ödəyə biləcəyini, faiz borcu ilə razı olmadığını bildirdi. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarından görünür ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 14 oktyabr 2019-cu il, 14 noyabr 2019-cu il, 15 noyabr 2019-cu il, 08 yanvar 2020-ci il, 22 mart 2020-ci il tarixli müqavilələrə əsasən, cavabdeh LG soyuducu, Samsung TV, Sonorous asqı, X3, 2 ədəd Samsung Led TV, Samsung paltaryuyan, Marvin masa, Pizza 02 stul almışdır. Müqavilələrə əsasən cavabdeh öhdəliyi lazımınca icra etmədiyindən 05 may 2022-ci il tarixə onun borcu yaranmışdır. Cavabdehə yaranmış borcla bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış alğı-satqı müqavilələrinə əsasən Cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsas borca aid hissədə əsaslıdır və tam təmin edilməlidir. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, 14 oktyabr 2019-cu il tarixli müqavilə üzrə hesablanmış 478.80 manat dəbbə məbləği azaldılaraq 50 manat məbləğində, 14 noyabr 2019-cu il tarixli müqavilə üzrə 276.50 manat dəbbə məbləği azaldılaraq 20 manat məbləğində, 15 noyabr 2019-cu il tarixli müqavilə üzrə hesablanmış 214.30 manat dəbbə məbləği azaldılaraq 20 manat məbləğində, 08 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə hesablanmış 267.30 manat dəbbə məbləği azaldılaraq 20 manat məbləğində; 22 mart 2020-ci il tarixli kredit müqaviləsi üzrə hesablanmış 238 manat dəbbə məbləği azaldılaraq 20 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 14 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 1.854 manat, dəbbə pulu 50 manat, 14 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 739.20 manat, dəbbə pulu 20 manat, 15 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 709.70 manat, dəbbə pulu 20 manat, 08 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 892.20 manat əsas, dəbbə pulu 20 manat, 22 mart 2020-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 793 manat əsas, dəbbə pulu 20 manat olmaqla, ümumilikdə 5.118,10 manat pul vəsaiti Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı təşkilat 84.63 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilən 84.63 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. 14 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 1.854 (bir min səkkiz yüz əlli dörd) manat, dəbbə pulu 50 (əlli) manat, 14 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 739.20 (yeddi yüz otuz doqquz manat iyirmi qəpik) manat, dəbbə pulu 20 (iyirmi) manat, 15 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 709.70 (yeddi yüz doqquz manat yetmiş qəpik) manat, dəbbə pulu 20 (iyirmi) manat, 08 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 892.20 (səkkiz yüz doxsan iki manat iyirmi qəpik) manat əsas, dəbbə pulu 20 (iyirmi) manat, 22 mart 2020-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 793 (yeddi yüz doxsan üç) manat əsas, dəbbə pulu 20 (iyirmi) manat olmaqla, ümumilikdə 5.118,10 (beş min yüz on səkkiz manat on qəpik) manat pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 84.63 (səksən dörd manat altmış üç qəpik) manat Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar