Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3693/2022 14.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 459,96 manat əsas, 131,4 manat cərimə borcu, cəmi 591,36 manat, xx.xx.2020-ci il tarixli digər nisyə alqı-satqı müqaviləsi üzrə 377,55 manat əsas, 102,6 manat cərimə borcu, cəmi 480,15 manat, hər iki müqavilə üzrə ümumi 1071,51 manat, həmçinin 30 manat dövlət rüsumu alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh oğlu ilə 17 Aprel 2020-ci ildə bağlanmış 122509 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçıcavabdehə ödənişcədvəlinə əsasən 874,8 manata nisyə mobil telefon satmışdır, cavabdeh həmin məbləği hər ay 72,9 manat ödəmək şərti ilə 12 ay müddətinə, hər ayın 17-dək ödəməyi öz üzərinə götürmüşdür, müvafiq müqavilə bağlandıqdan sonra cavabdeh ödəniş cədvəli üzrə 5 ay toplam olaraq 365,34 manat ödəniş etmiş və qalıq 509,46 manat borcunu ödəməkdən yayınmışdır, cavabdeh ilə 14 Avqust 2020-ci ildə bağlanmış 124550 saylı digər nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə ödəniş cədvəlinə əsasən 454,8 manata nisyə printer satmışdır, cavabdeh həmin məbləği hər ay 37,9 manat ödəmək şərti ilə 12 ay müddətinə, hər ayın 14-dək ödəməyi öz üzərinə götürmüşdür, müvafiq müqavilə bağlandıqdan sonra cavabdeh ödəniş cədvəli üzrə 2 ay toplam olaraq 77,25 manat ödəniş etmiş və qalıq 377,55 manat borcunu ödəməkdən yayınmışdır. Müvafiq müqavilənin 6.1-ci bəndinə əsasən alıcı ödəniş cədvəli üzrə müəyyənləşdirilən öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi, o cümlədən icranı gecikdirdiyi halda hər gecikdirilmiş gün üçün aylıq ödəniş məbləğinin 1% həcmində mübahisəsiz olaraq penya ödəyir, cavabdehə borcların ödənilməsinə dair dəfələrlə ona məxsus mobil və ev telefon nömrələrinə şifahi xəbərdarlıqlar edilmiş, lakin cavabdeh xəbərdarlıqlara məhəl qoymayaraq müqavilələr üzrə yaranmış borcu ödəməkdən yayınmış xx.xx.2021-ci ildə xəbərdarlıq məktubu göndərilərək, xx.xx.2020-ci il tarixdə bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən 509,46 manat əsas, xx.xx.2021-ci il tarixədək əlivaqüm) müddətinin sonunadək) hesablanmış 131,4 (4,131=nüg081×37,0=%1×9,27) manat cərimə, cəmi 640,86 manat borc, xx.xx.2020-ci il tarixdə bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən 377,55 manat əsas, həmin gün üçün hesablanmış 84,36 (63,48=nüg822×83,0=%1×9,73) manat cərimə, cəmi 461,91 manat borc, ümumi 1102,77 manat borc tələb edilmişdir, lakin cavabdeh ondan tələb olunan borcu ödəməkdən yayınmış və müxtəlif tarixlərdə xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən 59,5 (49,5 əsas,10 cərimə) manat ödəniş etmiş, nəticədə 459,96 manat əsas, xx.xx.2021-ci il tarixədək əlivaqüm) müddətinin sonunadək) hesablanmış 131,4 (4,131=nüg081×37,0=%1×9,27) manat cərimə, cəmi 591,36 manat borc, xx.xx.2020-ci il tarixdə bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən 377,55 manat əsas, xx.xx.2021-ci il tarixədək əlivaqüm) müddətinin sonunadək) hesablanmış 102,6 (6,201=nüg072×83,0=%1×9,73) manat cərimə, cəmi 480,15 manat borc, ümumi 1071,51 manat borcu yaranmışdır. Cavabdeh iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli 124550 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, X1 MFP printer 12 ay müddətinə, aylıq 37,90 manat olmaqla 454,80 manata Cavabdeh satılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Ödəniş cədvəlindən görünür ki, alıcının ödənişləri gecikdirdə hər gecikdirilmiş gün üçün ödəniş məbləğinin 1% həcmində cərimə tutulmasına etirazı yoxdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Təhvil-təslim aktından görünür ki, X1 MFP printer alıcıya təhvil verilmişdir, əşyanın texniki vəziyyəti yoxlanmışdır, işlək vəziyyətədir və bununla bağlı tərəflərin heç bir iradı yoxdur. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli 122509 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, Samsung A51 2020 64 GB DS 12 ay müddətinə, aylıq 72,90 manat olmaqla 874,80 manata Cavabdeh satılmışdır İş materiallarında olan xx.xx.2020-ci il tarixli Ödəniş cədvəlindən görünür ki, alıcının ödənişləri gecikdirdə hər gecikdirilmiş gün üçün ödəniş məbləğinin 1% həcmində cərimə tutulmasına etirazı yoxdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Təhvil-təslim aktından görünür ki, Hp Samsung A51 2020 64 GB DS modelli telefon alıcıya təhvil verilmişdir, əşyanın texniki vəziyyəti yoxlanmışdır, işlək vəziyyətədir və bununla bağlı tərəflərin heç bir iradı yoxdur. İş materiallarında olan Dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən işin halları araşdırılaraq müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, Samsung A51 2020 64 GB DS və X1 MFP printer 12 ay hissə-hissə ödəmək şərti ilə sonuncuya satılmışdır, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, malları cavabdehə təhvil vermişdir, akin Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuş, hazırda iddiaçıya əsas və cərimə borcu qalmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqavilələrini öz riski ilə bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə də məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 459,96 manat əsas, 131,4 manat cərimə borcu, cəmi 591,36 manat, xx.xx.2020-ci il tarixli digər nisyə alqı-satqı müqaviləsi üzrə 377,55 manat əsas, 102,6 manat cərimə borcu olmaqla, cəmi 480,15 manat, hər iki müqavilə üzrə ümumi 1071,51 manat alınaraq İddiaçınə ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən və cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görı 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 459,96 manat əsas, 131,4 manat cərimə borcu, cəmi 591,36 manat, xx.xx.2020-ci il tarixli digər nisyə alqı-satqı müqaviləsi üzrə 377,55 manat əsas, 102,6 manat cərimə borcu olmaqla, cəmi 480,15 manat, ümumilikdə 1071 (min yetmiş bir) manat 51 (əlli bir) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat alınaraq İddiaçınə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-3693/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3693/2022
14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver