Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3698/2025 06.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, ******* saylı müqaviləsinə əsasən, İmei kodu **********64574 olan OPPO RENO 12F markalı telefon üçün 749.76 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 manat rüsum, 74.98 manat cərimə pulu; xx.xx.2024cü il tarixli, 02018561 saylı müqaviləsinə əsasən, İmei kodu **********79423 olan SAMSUNG GALAXY A24 markalı telefon üçün 154.20 manat ödənilməmiş hissə, 15.42 manat cərimə pulu; ümumilikdə, 1017.96 manat borc, dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30.18 manat məbləğində pulun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ******* saylı və xx.xx.2024-cü il tarixli, 02018561 saylı müqavilələrə əsasən, İmei kodu **********64574 olan OPPO RENO 12F markalı telefon, İmei kodu **********79423 olan SAMSUNG GALAXY A24 markalı telefon almış və nəticədə 1017.96 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli, ******* saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 749.76 manat, (yəni 12 ay * 62.48 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********64574 olan OPPO RENO 12F markalı telefon üçün, ümumilikdə 848.34 manat olmaqla, ondan, 749.76 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 manat rüsum, müştəriyə güzəşt olunaraq 74.98 manat cərimə pulu; xx.xx.2024-cü il tarixli, 02018561 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 392.16 manat (6ay * 61.66 manat + 22.2 manat ilkin ödəniş) olan İmei kodu **********79423 olan SAMSUNG GALAXY A24 markalı telefon üçün ümumilikdə 169.62 manat olmaqla, ondan 154.20 manat ödənilməmiş hissə, 15.42 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 237.96 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdeh ilə bağlanmış xx.xx.2024-cü il tarixli, ******* saylı müqavilə və xx.xx.2024-cü il tarixli, 02018561 saylı müqavilənin tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, Cavabdeh müqavilə təsbit olunmuş öhdəliklərini icra etməmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ******* saylı müqavilədən görünür ki, İmei kodu **********64574 olan OPPO RENO 12F 8/256 GB ORANGE markalı telefon müştəriyə müəyyən şərtlərlə verilir, müştəri də onu müəyyən şərtlərlə qəbul edir, belə ki, müqavilənin predmetini təşkil edən mal barədə geniş məlumat bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir (Müqavilənin 2.2-ci bəndi). Müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2%-i həcmində mübahisəsiz olaraq penya ödəyir (Bənd 2.6). Müştəri malla bağlı öz öhdəliklərini pozarsa, həmin malın bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavədə qeyd olunmuş dəyərini tam şəkildə ödəməlidir (Bənd 3.11). Həmin Müqavilənin 3.4-cü bəndinə əsasən, Müştəri “Müqavilə”-nn şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının rislki müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Həmin Müqavilənin 3.5-ci bəndinə əsasən, Mqavilənin 3.4 və 3.14-cü bəndlərinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh ******* saylı müqaviləyə əsasən İmei kodu **********64574 olan OPPO RENO 12F markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ******* saylı müqaviləsinin ayrılmaz tərkib hissəsindən – Əlavədən görünür ki, Nəsibov X1 **********64574 olan OPPO RENO 12F markalı telefonun alqı-satqı qiyməti ilkin ödəniş də daxil olmaqla, 749.79 manatdır (12 ay * 62.48 manat + 0 manat ilkin ödəniş). Ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2%-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəyir (Əlavənin 2-ci bəndi). Müştəri Ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, "xxxx"-un müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və 74.98 AZN məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 02018561 saylı müqavilədən görünür ki, İmei kodu **********79423 olan SAMSUNG GALAXY A24 markalı telefon müəyyən şərtlərlə "xxxx" tərəfindən Cavabdeh verilir. Müqavilənin predmetini təşkil edən mal barədə geniş məlumat bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir (Müqavilənin 2.2-ci bəndi). Müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1.2%-i həcmində mübahisəsiz olaraq penya ödəyir (Bənd 2.6). Həmin Müqavilənin 3.4-cü bəndinə əsasən, Müştəri “Müqavilə”-nn şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının rislki müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Həmin Müqavilənin 3.5-ci bəndinə əsasən, Mqavilənin 3.4 və 3.14-cü bəndlərinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, Əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən 02018561 saylı Müqaviləyə əsasən, İmei kodu **********79423 olan, SAMSUNG GALAXY A24 markalı telefon tam və qüsursuz şəkildə təhvil alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 02018561 saylı müqavilənin ayrılmaz tərkib hissəsindən – Əlavədən görünür ki, İmei kodu **********79423 olan SAMSUNG GALAXY A24 markalı telefonun alqı-satqı qiyməti 392.19 manatdır (6 ay * 61.66 manat + 22.20 manat ilkin ödəniş). Ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2%-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəyir (Əlavənin 2-ci bəndi). Müştəri Ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, "xxxx"-un müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və 39.22 AZN məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, ******* saylı müqavilə üzrə, İmei kodu **********64574, alqı-satqı qiyməti 749.76 manat (12 ay * 62.48 manat + 0 manat ilkin ödəniş) olan OPPO RENO 12F markalı telefon üçün borcu ödənilməmiş məbləğ 749.76 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.60 manat, cərimə pulu borcu 74.98 manat olmaqla, ümumilikdə ödənilməmiş borcunun məbləği 848.34 manat; xx.xx.2024-cü il tarixli, 02018561 saylı müqavilə üzrə, İmei kodu **********79423, alqı-satqı qiyməti 392.16 manat (6 ay * 61.66 manat + 22.20 manat ilkin ödəniş) olan SAMSUNG GALAXY A24 markalı telefon üçün ödənilməmiş məbləğ 154.2 manat, cərimə pulu borcu 15.42 manat olmaqla, ümumilikdə ödənilməmiş borcunun məbləği 169.62 manat təşkil edir. Cavabdehin bu günə qədər əsas borca görə ödədiyi məbləğ 237.96 manatdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Arayışdan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh, nisyə alqı-satqı müqaviləsi əsasında satılmış İmei kodu **********64574 olan OPPO RENO 12F markalı mobil telefonun açılıbbağlanmasıxidmətinə görə, İnnovativ Layihələr Mərkəzinə 23.60 manat məbləğində pul ödənilmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə “borcunu 3 iş günü ərzində ödəməsinə” dair xx.xx.2025-ci il tarixində xəbərdarlıq məktubu göndərmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı dövlət rüsumunun ödənilməsi haqqında Mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən 30.18 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, ABC Telekom” MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ******* saylı və xx.xx.2024-cü il tarixli, 02018561 saylı müqavilələrə əsasən, İmei kodu **********64574 olan OPPO RENO 12F markalı telefon, İmei kodu **********79423 olan SAMSUNG GALAXY A24 markalı telefon almış və nəticədə 1017.96 manat borc yaranmışdır. Müqavilələrin təhvil-təslim aktından da göründüyü kimi, satıcı müqavilələr üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyaları alıcıya təhvil vermişdir, alıcı Cavabdeh isə müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Hazırda cavabdehin iddiaçıya olan borcu xx.xx.2024-cü il tarixli, ******* saylı müqavilə üzrə İmei kodu **********64574 olan OPPO RENO 12F markalı telefon üçün 749.76 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat rüsum, 74.98 manat cərimə pulu, xx.xx.2024-cü il tarixli, 02018561 saylı müqavilə üzrə İmei kodu **********79423 olan SAMSUNG GALAXY A24 markalı telefon üçün 154.20 manat ödənilməmiş hissə, 15.42 manat cərimə pulu; ümumilikdə, 1017.96 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və qeyd olunan məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2024-cü il tarixli, ******* saylı müqavilə üzrə İmei kodu **********64574 olan OPPO RENO 12F markalı telefon üçün 749.76 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat rüsum, 74.98 manat cərimə pulu, xx.xx.2024-cü il tarixli, 02018561 saylı müqavilə üzrə İmei kodu **********79423 olan SAMSUNG GALAXY A24 markalı telefon üçün 154.20 manat ödənilməmiş hissə, 15.42 manat cərimə pulu; ümumilikdə, 1017.96 manat borc pul Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən və cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30.18 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2024-cü il tarixli, ******* saylı müqavilə üzrə İmei kodu **********64574 olan OPPO RENO 12F markalı telefon üçün 749.76 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat rüsum, 74.98 manat cərimə pulu, xx.xx.2024cü il tarixli, 02018561 saylı müqavilə üzrə İmei kodu **********79423 olan SAMSUNG GALAXY A24 markalı telefon üçün 154.20 manat ödənilməmiş hissə, 15.42 manat cərimə pulu; ümumilikdə, 1017 (min on yeddi) manat 96 (doxsan altı) qəpik borc və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 (otuz manat) 18 (on səkkiz) qəpik pul Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-3698/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3698/2025
06.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver