Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-3704/2023 03.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xalıq Firqət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə mübahisələr tələbinə” dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 008A********** saylı kredit müqaviləsinin və xx.xx.2019-cu il tarixli 008A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, xx.xx.2019-cu il tarixli 008A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC-nin xeyrinə 403,34 manat məbləğində kredit borcu, 2,86 manat məbləğində faiz borcu və 21,21 manat məbləğində cərimə olmaqla, cəmi 427 (dörd yüz iirmi yeddi) manat 41 (qırx bir) qəpik məbləğində borcun, xx.xx.2019-cu il tarixli 008A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC-nin xeyrinə 1169,2 manat məbləğində kredit borcu, 6,55 manat məbləğində faiz borcu və 50,77 manat məbləğində cərimə olmaqla, cəmi 1226 (min iki yüz iyirmi altı) manat 52 (əlli iki) qəpik məbləğində borcun və İddiaçı QSC tərəfindən ödənilmiş 36,54 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2023-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh qeydiyyat ünvanı ünvan 1r. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X2 iddia ərizəsinin məhkəməyə verildiyi zaman cavabdehin xx.xx.2023-cü il tarixdə maps arayışında Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 40, mənzil 38-də qeydiyatda olduğunu qeyd edərək, mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı mülki iş, ərazi aidiyyatı üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35, 44, 45, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə mübahisələr tələbinə”dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, rəsmi qaydada verildikdən 10 gün ərzində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-3704/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-3704/2023
03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver