Məhkəmə qərarları › İş №e-2(011)-3721/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3721/2023

17.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3721/2023 17.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi ilə, İddiaçı «Unibank” Kommersiya Bankı” ASC-nin Cavabdeh qarşı “pul tələbi" barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Kommersiya Bankı” ASC Cavabdeh qarşı “pul tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçı "xxxx" Kommersiya Bankı” ASC-nin xeyrinə 4.000 manat əsas, 948,53 manat faiz, 129,32 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 5.077,85 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 70,78 manat məbləğində vəsaitin tutulması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 20% ödəmək şərtilə 4000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 26 aprel 2023-cü il tarixinə "xxxx" KB ASC-yə 4.000 manat əsas, 948,53 manat faiz, 129,32 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 5.077,85 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "Unibank” KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçı «Unibank” Kommersiya Bankı ASC tərəfindən məhkəməyə ərizə ünvanlanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdır, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, «Unibank” Kommersiya Bankı” ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 1126nkNARb/22 saylı kredit müqaviləsinin 1.1 maddəsinə əsasən “Borcveran” ən çoxu 120 (bir yüz iyirmi) ay müddətinə, illik faiz dərəcəsi 35 % (otuz beş) faizədək olmaq şərtilə 20 000 (iyirmi min) manat məbləğədək krediti, kredit prosedurlarına görə 5 % (minimum 20 manat) məbləğədək, kredit müraciəti üçün 5 manat komisyon haqqı tutmaqla “Borcalan”a verə bilər. Bu Müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi minimal 16 % - maksimal 40% faiz təşkil edir. Bu kreditin “Borcalan”a təqdim edilməsi aşağıdakı qaydada həyata keçirilir: Müqavilə imzalandıqdan sonra “Borcalan”a cari hesab açılır və limiti cari hesaba bağlı olan ödəniş kartı təqdim edilir. Lakin cari hesabda pul vəsaiti olmur. “Borcalan” aşağıdakı şərtlərdən biri vasitəsilə krediti əldə edə bilər: “Borcalan” bankda qeydiyyatda olan mobil telefon nömrəsindən (bundan sonra “Borcalan”ın mobil telefon nömrəsi”) ona təqdim edilmiş ödəniş kartının son 6 rəqəmini sms vasitəsilə “Borcverən”in 8117 qısa nömrəsinə (bundan sonra “Borcverən'in qısa nömrəsi”) yazıb göndərir. Bundan sonra “Borcveran”, “Borcalan’ın mobil telefon nömrəsinə təklif edilən kreditin dəqiq məbləği, illik faiz dərəcəsi, müddəti və aylıq ödənişin məbləği, əlavə kreditin verilməsi ilə əlaqədar kredit prosedurlarına və nağd pulun çıxarılmasına görə komisyon baqların məbləği, həmçinin “Borcalan”ın razılığını ifadə etməsi üçün hansı sözdən istifadə etməsi göstərilməklə təklif sms-i göndərir. 1) “Borcalan” həmin sms-ə cavab olaraq, öz mobil telefon nömrəsindən “Borcverən’in qısa telefon nömrəsinə onun razılığını “bildirirəm” məzmunda sms yazıb göndərməsi (“Borcalan” razılığını ifadə etmək üçün məhz təklif-sms-ində bu məqsəd üçün müəyyən edilmiş sözü yazıb göndərməlidir) kredit məbləğinin “Borcalan”ın cari hesabına köçürülməsi üçün onun tapşırığı kimi qəbul olunur və “Borcverən" həmin sms-i qəbul etdiyi andan 1 (bir) iş günü ərzində kredit məbləğini “Borcalan”m cari hesabına köçürür. Kredit məbləği “Borcalan” həmin məbləğdən tam və ya qismən istifadə edib-elməməsindən asılı olmayaraq cari hesabına köçürüldüyü andan verilmiş sayılır və bəmin andan etibarən kreditin tam məbləğinə bu Müqavilə ilə müəyyən edilmiş faizlər hesablanmağa başlayır. 2) Bank “Borcalana göndərdiyi təklif sms-i göndərir və bu bildirişə cavab almadan bu müştərinin cari hesabına (ödəniş kartına bağlı hesab) kredit vəsaitini köçürür və bu barədə sms bildiriş göndərir. SMS bildirişdə kreditin dəqiq məbləği, illik faiz dərəcəsi, müddəti və aylıq ödənişin məbləği, əlavə kreditin verilməsi ilə əlaqədar kredit prosedurlarına və nağd pulun çıxarılmasına gora komisyon haqların məbləği əks olunur. Bu sms müştəriyə göndərildiyi tarixdən 10 (on) təqvim günü ərzində kredit vəsaiti hesabdan tam və ya qismən istifadə edilmədikdə kredit ləğv olunur. Bu müddət ərzində tam və ya qismən istifadə olunarsa müştərinin kreditə razılığı kimi hesab olunur. Vəsaitin hesaba köçürüldüyü tarixdən kredit rəsmiləşdirilmiş hesab olunur və kreditin tam və ya qismən istifadə edilməsindən asılı olmayaraq bu Müqavilə ilə müəyyən edilmiş faizlər hesablanır. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, «Unibank” Kommersiya Bankı” ASC tərəfindən Cavabdeh hesabına xx.xx.2022-ci il tarixdə 1126nkNARb/22 saylı kredit müqaviləsinə əsasən 4.000 manat pul köçürülmüşdür. İş materiallarında olan sms bildirişin surətindən görünür ki, Cavabdeh xx.xx.2025ci il tarixədək, illik 20% və aylıq 149 manat olmaqla 4.000 manat kredit xəttinin açılmağı təklif edilmişdir. Həmin sms bildirişdən qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə, 1126nkNARb/22 saylı kredit müqaviləsi üzrə Cavabdeh hesabına 4.000 manat vəsait köçürülmüşdür. İşin materiallarında olan UB-BANK/PİKMD/1099225 saylı xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh «Unibank” Kommersiya Bankı” ASC-yə qeyd edilən müqavilə üzrə 4.000 manat əsas, 948,53 manat faiz, 129,32 manat cərimə, cəmi 5.077,85 manat məbləğində kredit borcu vardır. İşin materiallarında olan «Unibank” Kommersiya Bankı” ASC tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh göndərilmiş bildirişin surətindən görünür ki, Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən xx.xx.2022-ci il tarixli müqaviləyə görə cərimə pulunun 129,32 manat məbləğində deyil, 70 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə həmçinin iddianın 70,78 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 70,78 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli 1126nkNARb/22 saylı kredit müqaviləsinə əsasən 4.000 (dörd min) manat əsas borc, 948,53 (doqquz yüz qırx səkkiz manat əlli üç qəpik) manat faiz borcu, 70 (yetmiş) manat cərimə borcu olmaqla, cəmi 5.018,53 (beş min on səkkiz manat əlli üç qəpik) manat borc məbləği və 70,78 (yetmiş manat yetmiş səkkiz qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı «Unibank” Kommersiya Bankı” ASC-nə ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar