Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3755/2023 13.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24 oktyabr 2019-cu il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Honor” markalı mobil telefona görə 6 ay ödəniş cədvəli üzrə hər ay 74 manat olmaqla cəmi 438.90 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, xx.xx.2020-ci il tarixində 74 manat ödəniş etmiş qalıq qalmış 79.20 manat borcu qaytarmamışdır. Bundan başqa, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 21 dekabr 2019-cu il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Honor” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 55 manat olmaqla cəmi 649 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, xx.xx.2020-ci il tarixində 63 manat ödəniş etmiş qalıq qalmış 642.80 manat borcu qaytarmamışdır. Bundan başqa, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 22 fevral 2020-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Samsung” markalı mobil telefona görə 6 ay ödəniş cədvəli üzrə hər ay 50 manat olmaqla cəmi 299 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, xx.xx.2020-ci il tarixində 24 manat ödəniş etmiş qalıq qalmış 316 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırmışdır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1% dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. İddiaçı göstərilənləri nəzərə alaraq, 21 fevral 2023-cü il tarixinə yaranmış 24 oktyabr 2019-cu il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 68.9 manat əsas, 10.3 manat cərimə borcu olmaqla, cəmi 79.2 manat borcun, 21 dekabr 2019cu il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 559 manat əsas, 83.8 manat cərimə borcu olmaqla, cəmi 642.8 manat borcun, 22 fevral 2020-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 275 manat əsas, 41.2 manat cərimə borcu olmaqla, cəmi 316.2 manat borcun, ümumilikdə üç müqavilə üzrə 902.9 manat əsas, 135.3 manat cərimə borcu olmaqla, 1038.2 manat borcun və 30.38 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddiaçının tələbinə dair etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 24 oktyabr 2019-cu il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən və həmin müqaviləyə əlavədən görünür ki, cavabdehə 6 ay müddətinə aylıq 74 manat ödəmək şərti ilə “Honor” markalı telefon satılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 21 dekabr 2019cu il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən və həmin müqaviləyə əlavədən görünür ki, cavabdehə 12 ay müddətinə aylıq 55 manat ödəmək şərti ilə “Honor” markalı telefon satılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 22 fevral 2020-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən və həmin müqaviləyə əlavədən görünür ki, cavabdehə 6 ay müddətinə aylıq 50 manat ödəmək şərti ilə “Samsung” markalı telefon satılmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı 24 oktyabr 2019-cu il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 68.9 manat əsas, 10.3 manat cərimə borcu olmaqla, cəmi 79.2 manat borcu, 21 dekabr 2019-cu il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 559 manat əsas, 83.8 manat cərimə borcu olmaqla, cəmi 642.8 manat borcu, 22 fevral 2020-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 275 manat əsas, 41.2 manat cərimə borcu olmaqla, cəmi 316.2 manat borcu, ümumilikdə hər üç müqavilə üzrə 902.9 manat əsas, 135.3 manat cərimə borcu olmaqla, 1038.2 manat borcu vardır. İş materiallarında olan "xxxx" MMC-nin Cavabdeh ünvanladığı xəbərdarlığın surətindən məlum olur ki, cavabdeh borcun ödənilməsi ilə bağlı xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqmda müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı ilə bağladığı 24 oktyabr 2019-cu il tarixli, 21 dekabr 2019-cu il tarixli və 22 fevral 2020-ci il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, cavabdehdən 24 oktyabr 2019-cu il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 68.9 manat əsas, 10.3 manat cərimə borcu olmaqla, cəmi 79.2 manat borc və 22 fevral 2020-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 275 manat əsas, 41.2 manat cərimə borcu olmaqla, cəmi 316.2 manat borc, digər müqavilə üzrə yəni, 21 dekabr 2019-cu il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 559 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 21 dekabr 2019-cu il tarixli müqavilə üzrə hesablanmış dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan cərimə borcunun məbləği azaldılaraq, cavabdehdən 21 dekabr 2019-cu il tarixli müqavilə üzrə əsas borcun 10% miqdarında, yəni 56 manat məbləğində dəbbə (cərimə) tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh 24 oktyabr 2019-cu il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 68.9 manat əsas, 10.3 manat cərimə borcu olmaqla, cəmi 79.2 manat borc, 22 fevral 2020-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 275 manat əsas, 41.2 manat cərimə borcu olmaqla, cəmi 316.2 manat borc və 21 dekabr 2019-cu il tarixli, ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə 559 manat əsas borc, 56 manat cərimə borcu olmaqla, cəmi 615 manat borc, ümumilikdə hər üç müqavilə üzrə 1010.4 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 24 oktyabr 2019-cu il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 68.9 manat əsas, 10.3 manat cərimə borcu olmaqla, cəmi 79.2 manat borc, 22 fevral 2020-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 275 manat əsas, 41.2 manat cərimə borcu olmaqla, cəmi 316.2 manat borc və 21 dekabr 2019-cu il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 559 manat əsas borc, 56 manat cərimə borcu olmaqla, cəmi 615 manat borc, ümumilikdə hər üç müqavilə üzrə 1010.4 manat məbləğində pul vəsaiti və 30.38 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-3755/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3755/2023
13.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver