Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3756/2024 30.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı iddiaçı “X1” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi” barədə iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı “X1” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 261,28 ABŞ dollar əsas borc və 30,40 manat məbləğində dövlət rüsumunun tutulması barədə kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, kreditor "xxxx" KB ASC ilə borclu Məmmədov Alxas Məmməd oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit xətti müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 84 ay müddətinə, illik 25% ödəmək şərtilə 500 ABŞ dollar məbləğində kredit verilmişdir. Borclu mərhum Məmmədov Alxas Məmməd oğlunun vəfat etdiyi müəyyən olduğundan ondan miras qalmış əmlaka dair vərəsəlik işinin açılıb-açılmaması haqqında məlumatın verilməsi ilə bağlı Zərdab rayon notariat ofisinə məktubla müraciət olunmuşdur. Zərdab rayon notariat ofisində Məmmədov Alxas Məmməd oğlunun vəfat etməsi ilə əlaqədar cavabdehlər: vərəsələr Cavabdeh2, Cavabdeh1 ərizələri əsasında vərəsəlik işi açılmışdır və onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Nəticədə cavabdehlərin kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə "xxxx" KB ASC-nə 261,28 ABŞ dollar əsas, 0 manat faiz, 0 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 261,28 ABŞ dollar borcu yaranmışdır Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məlum olan ünvanları üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri onlara göndərilmiş və iddiaçı "xxxx" KB ASC-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim olunması təklif edilmişdir, lakin cavabdehlər iddiaya dair etirazı məhkəməyə bildirməmişlər. Məhkəmə iddia ərizəsini və işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “X1” ASC (“Bank”) ilə Məmmədov Alxas Məmməd oğlunun (“Müştəri”) arasında bağlanılmış 659tkHAS/15 saylı, xx.xx.2015-ci il tarixli kredit xətti və bank hesabı müqavilənin 1.1-ci bəndinə əsasən “Bank” "Müştəri”yə 84 (səksən dörd) ay müddətinə (60 ay kredit xətti, 24 ay kredit), xx.xx.2022 il tarixinədək 500 (beş yüz ABŞ dolları) USD məbləğində kredit limiti ayırır, ona bank hesabı (cari, ssuda) açır və plastik kart təqdim edir. "Müştəri" isə hamin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə göturür. Plastik kartda olan kredit xəiti yalnız müştərinin kartda olan şəxsi vəsasitindən sonra istifadə olunur. Məsələn: kartda 1000 ABŞ dollar xəttdir, 500 ABŞ dollar isə şəxsi vəsait Müştəri 650 ABŞ dollar vəsait istifadə etdiyi təqdirdə 500 ABŞ dollar şəxsi vəsaitindən silinir, 150 ABŞ dollar isə kredit xəttindən). Bu zaman isitifadə olunmuş kredit xəttindən istifadəyə görə minimum 3% maksimum 6%, nağdsız əməliyyatlar üzrə isə 0 % komissiya haqqı hesablanır və növbəti ödəniş zamanı müştəri tərəfindən əlavə olaraq ödənilir. Plastik kartdan PQS terminal vasitəsilə istifadə zamanı müştəri taksitli (hissələrlə) və ya adi alış-veriş elmək barədə seçim edir və bu zaman seçimə görə müştəri şəxsən məsuliyyət daşıyır. Taksitli alış-veriş üçün komissiya haqqı tətbiq edilə bilər. Plastik kartın istifadə müddəti 60 aydır. Taksitli alış-veriş zamanı plastik kartda olan şəxsi vəsaitə də komissiya hesablanır. Müqavilənin 1.3-cü maddəsinə əsasən kredit xətti 60 (altmış) ay müddətinə (kredit xəttindən islifadə müddəti) xx.xx.2020 il tarixinədək, illik 30% (otuz faiz) olmaq şərtilə ayrılır. Kredit xəttindən istifadə müddətində kredil üzrə hər ay minimum bu borclar ödənilməlidir kredit xəttindən istifadəyə görə komissiya, hesablanmış faiz borcu, taksitli alış-verişlər üzrə cari ayın taksit borcu və kredit xəttindən nağdlaşdırılan məbləğin 5%-i kredit xəttinin müddəti bitdikdən sonra növbəli ilk 12 (on iki) ay (61-72 ci aylar) müddətində 60-ci ay müddətinə təsadüf edən kredit xəttindən istifadə olunan məbləğin 5%-i, taksitli alış-veriş üzrə isə taksit ödənişləri həyata keçirilir, növbəti 12 (on iki) ay isə (73-84-cü aylar) "Müştəri” tərəfindən qalıq borc məbləğinin ödənilməsi annuitet cədvəli əsasında (aylıq ödəniş məbləği minimum 20 ABŞ dollar olmaq şərtilə) həyata keçirilir və bu zaman “Bank” bu müqavilə üzrə nəzərdə tutulmuş faiz dərəcəsi 40 (qırx) faizədək artıra bilər. Bu Müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi minimum 23 maksimum 30 faiz təşkil edir. Kreditin məqsədli təyinatı: istehlak kreditidir. İşin materiallarında olan UB-BANK/PİKMD/1173146 saylı xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, Alxas Məmmədovun "xxxx" Kommersiya Bankı” ASC-nə qeyd edilən müqavilə üzrə 261,28 ABŞ dollar əsas, 0 ABŞ dollar faiz, 0 ABŞ dollar cərimə, 0 komisyon haqqı, cəmi 261,28 ABŞ dollar məbləğində kredit borcu vardır. İşin materiallarında olan «Unibank” Kommersiya Bankı” ASC tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh1 və Cavabdeh2 göndərilmiş bildirişin surətindən görünür ki, onlara borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İşin materiallarında olan ölüm haqında şəhadətnamənin surətindən görünür ki, Məmmədov Alxas Məmməd oğlu xx.xx.2016-cı ildə ölmüşdür. İşin materiallarında olan Zərdab rayon Dövlət Notariat Ofisi tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Məmmədov Alxas Məmməd oğlunun xx.xx.2016-cı il tarixdə ölməsi ilə bağlı onun vərəsələri Cavabdeh2 və Cavabdeh1 xx.xx.2016-cı il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir və şəhadətnamə verilən miras əmlak “Nissan Almera” minik markalı, **-XD-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi olmuşdur. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti üzrə əsas borcu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Qərarda qeyd edilmişdir ki, vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, Məmmədov Alxas Məmməd oğlu kredit müqaviləsi üzrə ödənişlər etmək vəzifəsini icra etməmişdir. Odur ki, iddiaçı əsas borcun Məmmədov Alxas Məmməd oğlunun vərəsələri Cavabdeh1 və Cavabdeh2 tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin iddianın 30,40 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2015-ci il tarixli 659tkHAS/15 saylı kredit müqaviləsinə əsasən 261,28 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) əsas borc məbləği və 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçı "xxxx" Kommersiya Bankı” ASC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-3756/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3756/2024
30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver