Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3782/2022 16.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC-nin “Sənaye” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli RPF-00005-01/19A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2022-ci il tarixinə ödənilməmiş 1539.43 manat əsas borc, 9.09 manat faiz borcu, ümumilikdə 1548.52 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 36 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə tutularaq ödənilməsinə dairqəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bank "xxxx" ASC-nin “Sənaye” filialı ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli RPF-00005-01/19A saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Bank "xxxx" ASC 1946.24 manat məbləğində krediti illik 1 faizlə 12 ay müddətinə cavabdeh X1 mülkiyyətinə vermiş, Cavabdeh2 isə həmin kreditdən iddiaçı ilə bağlanmış İKO-112/13P saylı 21 oktyabr 2013 tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti 27 may 2024-cü il tarixinədək faiz ilə birlikdə Bank "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür, Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh2 arasında “Problemli kreditləri restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində RPF-00005-01/19A saylı 27 sentyabr2019-cu il tarixli Kredit Müqaviləsinə 2 saylı Əlavə bağlanmışdır. Cavabdeh1 xx.xx.2019-cu il tarixdə iddiaçıyla RPFZ-00005-01/19A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh2 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur, Cavabdeh2 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir, borcluya və zaminə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlərlə arasında olan müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur, zaminlik müqaviləsinin 2-ci maddəsinə əsasən zamin, borclunun kredit müqaviləsi üzrə öhdəliklərinə və ondan irəli gələn zərərə görə kreditor qarşısında məsuliyyət daşıyır, borclunun kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirməməsi kreditorun həm borcluya, həm də zaminə qarşı tələb irəli sürmək hüququ verir. Mülki Məcəllənin 472-ci maddəsində də müvafiq olaraq deyilir ki, zaminlik müqaviləsində zamin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar, cavabdehlərin kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə hesablanmış və ödənilməmiş 1539.43 manat əsas borc, 9.09 manat faiz borcu vardır. Beləliklə cavabdehlərin xx.xx.2021-ci il tarixinə ümumi borcu 1548.52 manat təşkil edir Cavabdehlərin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh2 ilə Bank "xxxx" ASC arasında xx.xx.2019cu il tarixli RPF-00005-01/19A saylı kredit müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən, kreditor tərəfindən borcluya 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 1946,24 manat məbləğində kredit ayrılmışdır. İş materiallarında olan Cavabdeh2 ilə Bank "xxxx" ASC arasında bağlanan xx.xx.2019-cu il tarixli RPF-00005-01/19A saylı kredit müqaviləsinə 2 saylı Əlavədən görünür ki, kredit müddəti 5 ay, faiz – 1%, dəbbə pulu hər il üçün 0,02 faiz olmaqla, 5 il müddətinə 0,1 faizdən çox olmamaqla müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh2 ilə Bank "xxxx" ASC arasında bağlanan xx.xx.2019-cu il tarixli RPF-00005-01/19A saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, sonuncuya verilən kreditin məbləğİ 1946,24 Azn, faiz dərəcəsi aylıq 0,08%, müddəti 60 aydır, kreditin növü nağd kredit, verilmə tarixi 27 sentyabr 2019-cu ildir. İş materiallarında olan Cavabdeh1 və Bank "xxxx" ASC arasında bağlanan xx.xx.2019-cu il tarixli RPF-00005-01/19A saylı zaminlik müqaviləsindən görünür ki, Zamin xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə (əsas məbləğİ 1946,24 AZN, faiz 1%, müddəti 60 ay) borcalanın öhdəliklərinin tam həcmdə və lazımı qaydada yerinə yetirməsinə görə məsuliyyəti öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Hesabdan çıxarışdan görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixdə 1946,24 manat kredit verilmiş, həmin tarixdə Cavabdeh2 tərəfindən hesabdan məxaric olunmuşdur. İş materiallarında olan 18 aprel 2022-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh2 banka əsas borc məbləği 1539,43 manat, ümumi faiz borcu 9,09 manat, dəbbə borcu 0 manat, cəmi borcu 1548,52 manatdır. İş materiallarında olan Cavabdeh2 və Cavabdeh1 ünvanlanan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, onlardan 2 gün müddətində borcun ödənilməsi tələb olunmuş və borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə borcun məhkəmə qaydasında tutulması üçün tədbirlər görüləcəyi barədə xəbərdar olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* saylı qəbzdən görünür ki, iddiaçı Bank "xxxx" ASC tərəfindən 36 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, illik 1 faiz olmaqla 60 ay müddətinə 1946,24 manat məbləğində kredit ayrılması barədə Bank "xxxx" ASC və Cavabdeh2 arasında müqavilə bağlanmışdır, həmin kredit müqaviləsinin təminatı olaraq Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, S.Kəngəlinskaya krediti bankdan təhvil almışdır, bununla belə cavabdehlər müqavilə üzrə öhdəliklərini yetirməmişlər və hazırda onların iddiaçıya 1539,43 manat əsas, 9,09 manat faiz, cəmi 1548,52 manat borcu qalmışdır, cavabdehlər borclarının olması və həmin borc məbləğinin qaytarılması barədə iddiaçı tərəfindən xəbərdar edilmişdir. Bununla belə, cavabdehlərin müqavilə öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Həmçinin məhkəmə, borcun hansı cavabdehdən tutulmalı olmasına münasibətdə hesab edir ki, qanunvericiliyə əsasən, zamin (Cavabdeh1) kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlərdən müştərək qaydada 1539,43 manat əsas, 9,09 manat faiz, cəmi 1548,52 manat borc məbləği alınaraq Bank "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehlərin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, məhkəmə xərcləri cavabdehlərə aid edilməli, iddiaçı tərəfindən ödənilmiş 36 manat onlardan müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1539,43 manat əsas borc, 9,09 manat faiz borcu olmaqla, cəmi 1548 (min beş yüz qırx səkkiz) manat 52 (əlli iki) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 36 (otuz altı) manat alınaraq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədan, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-3782/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3782/2022
16.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver