Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3791/2024 17.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı – cavabdehdən iddiaçı "xxxx" ASC-nin xeyrinə 5.842,33 ABŞ dolları borcun, o cümlədən 78,43 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Xətai filialı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, BPM**********28 nömrəli tam kart müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən Bank tərəfindən sonuncuya istifadə etmək üçün plastik kart verilmişdir. Texniki overdraft – müştəriyə overdraftın təqdim edilməsi barədə tərəflər arasında razılaşma olmadığı halda ödəniş kartı/əlavə kart vasitəsilə kart hesabının qalığından artıq məbləğdə əməliyyatların aparılmasıdır. xx.xx.2024-cü il tarixli hesabdan çıxarış sənədindən göründüyü kimi Cavabdeh xx.xx.2023-cü il tarixində hesabında 1,04 ABŞ dolları vəsait olduğu halda 5.200 ABŞ dolları ödəniş etmiş və özünə aid olmayan 5.198,96 ABŞ dolları vəsaiti mənimsəyərək əsassız olaraq varlanmışdır. Bankın Xətai filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh banka 5.842,33 ABŞ dolları borcu mövcuddur. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 78,43 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2023-cü il tarixində 6-2-22/2-29243/2023 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Daha sonra iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə daxil olmuşdur. İddiaçı "xxxx" ASC Cavabdeh "xxxx" ASC-nin xeyrinə 5.962,58 ABŞ dolları borcun, o cümlədən 120,41 manat dövlət rüsumu və 0,80 manat xidmət haqqının tutulması xahiş etmişdir. Daha sonra iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə daxil olmuşdur. İddiaçı "xxxx" ASC Cavabdeh "xxxx" ASC-nin xeyrinə 5.680,58 ABŞ dolları borcun, o cümlədən 120,41 manat dövlət rüsumu və 0,80 manat xidmət haqqının tutulması xahiş etmişdir. Cavadeh Cavabdeh tərəfindən məhkəməyə etiraz ərizəsi daxil olmuşdur. O bildirmişdir ki, onun "xxxx" ASC-də USD depozit hesabı olub və həmin hesabda 5.200 ABŞ dolları məbləğində depoziti var idi. Onun Rusiya Federasiyasında yaşayıb işləyən tanışı ondan borca pul verilməsini xahiş etmişdir. O tanışına bildirdi ki, onun bankda 5.200 ABŞ dolları pulu var o həmin pulu çıxardıb verə bilər. 2023-cü ilin əvvəlində o bankda olan depozit hesabından 5.000 ABŞ dolları məbləğində pulu çıxardıb həmin pulun üstünü düzəldib tanışın Bakıda olan adamına əlbəəl 5.200 ABŞ dolları pul vermişdi. Tanışı ilə aralarında olan razılaşmaya əsasən 5.200 ABŞ dolları pulu onun bankda olan depozit kartına qaytarmalı idi. Bir neçə gün sonra onun kartına 5.200 ABŞ dollar məbləğində pul gəldi və tanışı ona zəng edərək bildirdi ki, 5.200 ABŞ dollar məbləğində pulu onun kartına göndərib. Bundan təxminən 10 gün sonra bankdan ona zəng edilərək onun təcili banka yaxınlaşmağını xahiş etdilər. O, banka yaxınlaşdıqda ona bildirdilər ki, güya ki, bank əməkdaşları səhvən onun bank kartına 5.200 ABŞ dolları məbləğində pul otuzdurublar və onun həmin pulu geri qaytarmağını tələb etdilər. O, bunula bağlı öz iradını bildirərək bildirdi ki, həmin pulu ona tanışı göndərib və onlardan pulun hansı mənbədən onun kartına mədaxil olması barədə sübüt təqdim edilməsini tələb etdi. Lakin bankdan ona heç bir sübut təqdim edilmədi və əsassız olaraq ondan pulu geri qaytarmağını tələb etdilər. "xxxx" ASC-nin ona qarşı qaldırdığı iddia əsassızdır, Bank özü yanlışlığa yol verib və bu məsələni öz aralarında həll etsinlər. O, iddiasının əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, BPM**********28 nömrəli tam kart müqaviləsinə əsasən, "xxxx" ASC tərəfindən “Borc alana” (Cavabdeh) 5 il müddətinə 15.000 manat kredit limitinin məbləğində ikitərəfli ödəniş kartı (“Tam kart”) verilmişdir. Müqavilənin 9.6-cı maddəsinə əsasən müştəri “Standart Şərtlərdə” nəzərdə tutulmuş şərtlərlə Texniki overdraft baş verdiyi təqdirdə mövcüd Kredit xəttinin müddəti çərçivəsində ABB tərəfindən birtərəfli qaydada texniki overdraft məbləği qədər kredit xətti məbləğinin artırılmasına, kredit xətti mövcüd deyilsə, başlanılma (texniki overdaftın yarandığı gün) və bitmə tarixləri arasında ən azı 1 (bir) gün müddət saxlanılmaqla ABB tərəfindən birtərəfli qaydada texniki overdraft məbləği qədər kredit xətti təyin edilməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 356-cı maddəsinin tələləri nəzərə alınmaqla qabaqçadan razılıq verilməsini təsdiq edir. Müştəri bu razılığı heç bir halda ləğv etməyəcəyini bəyan edir. İş materiallarında olan Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair “Standart Şərtlər”in 1.11-ci bəndinə əsasən, texniki overdraft - müştəriyə Overdraftın təqdim edilməsi barədə Müştərinin müraciəti olmadığı halda ödəniş kartı, əlavə kart vasitəsilə kart hesabının qalığından artıq məbləğdə əməliyyatların, o cümlədən akseptsiz və ya təkrar silinmə, valyuta məzənnəsinin dəyişdirilməsi və ya digər texniki əməliyyatların aparılması və bunun nəticəsində hesabda yaranan mənfi qalıq həcmində pul vəsaitinin milli və xarici valyuta olmasından asılı olmayaraq illik maksimum 30% dərəcəsi ilə kreditləşdirilməsidir. Texniki overdraft üzrə faizlərin hesablanmadığı güzəşt müddəti texniki overdraftın yarandığı gündən 45 gün, faizlərin hesablandığı maksimum müddət çərçivəsi isə 46-120- ci günlər aralığı hesab olunur. 121-ci gündən etibarən faizlərin hesablanması dayandırılır. Standart Şərtlərin Kredit/Kredit xəttinə aid müddəaları Texniki overdraft üzrə kreditləşməyə də şamil edilir. İş materiallarından olan xx.xx.2024-cü il tarixli, xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixədək olan hesab haqqında məlumatdan görünür ki, debet dövriyyəsi 80,58 ABŞ dolları, kredit dövriyyəsi 0 ABŞ dolları təşkil edir. Overdraft (- 5.842,23) ABŞ dolları təşkil edir. İş materiallarında olan əsassız varlanmanı əks etdirən xx.xx.2024-cü il tarixinə olan arayışdan görünür ki, əsassız varlanma məbləği 5.198,96 ABŞ dolları, hesablanmış faiz 763,62 ABŞ dolları, cəmi borc 5.962,58 ABŞ dolları təşkil edir. İş materiallarında olan əsassız varlanmanı əks etdirən xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, hüquqi əsası olmadan xx.xx.2023-cü il tarixdə 5.198,96 ABŞ dolları məbləği hesabdan çıxarılmışdır. xx.xx.2023-xx.xx.2023-cü il dövr ərzində 30% ilə 75 günə 324,93 ABŞ dolları məbləğində faiz borcu və xx.xx.2023-xx.xx.2024-cü il dövr ərzində 5% ilə 217 günə 156,69 ABŞ dolları məbləğində faiz borcu hesablanmışdır. İşin materiallarından görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh kredit borcunun qaytarılmasına dair xx.xx.2023-cü il tarixli bildiriş ünvanlanmışdır. İş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddiaçı kredit üzrə əsas və ona hesablanmış faiz borcunu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdehin mübahisəli məbləğin ona tanışı vasitəsilə göndərildiyinə dair etirazına münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarından görünür ki, izahatı alınarkən cavabdehə mübahisəli məbləğin kim tərəfindən göndərildiyini bildirmək, pul vəsaitinin göndərilməsi və ya hesaba mədaxil edilməsini təsdiq edən sənədləri təqdim etmək təklif edilmişdir, lakin həmin sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarını nəzərdən keçirərək, məhkəmə hesab edir ki, cavabdeh özünə aid olmayan 5.198,96 ABŞ dolları pul vəsaiti hesabına əsassız varlanmışdır. Buna görə də əsassız fayda məbləği kimi tələb edilən 5.198,96 ABŞ dolları məbləğin cavabdehdən alımasına dair iddia tələbləri əsaslıdır. Tərəflərin bağladığı kompleks bank xidməti müqaviləsinə əsasən cavabdeh qeyd olunan texniki nasazlıq nəticəsində əldə əldə etdiyi pul vəsaitlərinə kredit xətti müqaviləsinin şərtləri tətbiq edilərək faizlər də ödəməyi öhdəsinə götürdüyündən, iddia tələbləri faizlərin tutulması hissəsində də təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2023-xx.xx.2023-cü il dövr ərzində 30% ilə 75 günə hesablanmaqla 324,93 ABŞ dolları məbləğində faiz borcu və xx.xx.2023xx.xx.2024-cü il dövr ərzində 5% ilə 217 günə hesablanmaqla 156,69 ABŞ dolları məbləğində faiz borcu tutulmalıdır. Məhkəmə həmçinin iddianın 120,41 manat məbləğində dövlət rüsumunun və 0,80 manat məbləğində bank xidmət haqqının cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 120,41 manat məbləğində dövlət rüsumu və 0,80 manat məbləğində bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Texniki overdraft nəticəsində yaranmış 5.198,96 ABŞ dolları borc məbləği və 481,62 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5.680,58 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) borc məbləği, 120,41 (bir yüz iyirmi manat qırx bir qəpik) manat dövlət rüsumu və 0,80 (sıfır manat səksən qəpik) manat bank xidmət haqqı Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-3791/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3791/2024
17.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver