Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3805/2025 04.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı – Cavabdeh arasında bağlanmış 31 may 2022 il tariхli, 200804-420878/1 nömrəli kredit müqaviləsi üzrə xəbərdarlıq məktubunun tarixindən (xx.xx.2023-cü il) məhkəmə qətnaməsinin elan olunduğu tarixinədək (xx.xx.2024-cü il) olan müddət ərzində gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 251,42 manat məbləğində əlavə faiz borcu və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nə ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 31 may 2022-ci il tariхli, 200804-420878/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 20.5% dərəcəsi ilə 7.000 manat məbləğində krеdit vеrilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyi üçün 06 fevral 2024-cü il tarixində bank tərəfindən Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. İddia ərizəsinə əsasən cavabdehdən kredit müqaviləsi üzrə 5.293,02 manat məbləğində əsas bоrc və 1.727,48 manat faiz borcu оlmaqla, cəmi 7.020,5 borcun və 90,61 manat dövlət rüsumun ödənilməsinə dair qətnamənin çıxarılması məhkəmədən xahiş olunmuşdur. Xətai Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli e-2(011)-2923/2024 saylı qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı 31 may 2022-ci il tariхli, 200804-420878/1 nömrəli kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə bağlı iddiası qismən təmin edilmiş və faiz borcu azaldılaraq 182,12 manat məbləğində təmin edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin olunmalı və onunla əsaslandırmışdır ki, cavabdehə bank tərəfindən sonuncu xəbərdarlıq xx.xx.2023-cü il tarixində ünvanlanmış, xəbərdarlıq məktubunda cavabdehdən 5.293,02 manat əsas və 182,12 manat faiz borcun ödənilməsi tələb olunurdu. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubun göndərilməsini kredit müqaviləsinin bitməsi kimi qiymətləndirilmişdir. 31 may 2022-ci il tariхli, 200804- 420878/1 nömrəli istehlak krеditi müqavilənin 7.3-cü bəndinə əsasən bu müqavilə və müqavilənin əlavəsi olan ödəniş cədvəli üzrə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödəniş aparılmadıqda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş əsas məbləğin 0,5 faizi həcmində faiz hesablanır. Belə ki, 31 may 2022-ci il tariхli, 200804-420878/1 nömrəli istehlak krеditi müqaviləsi üzrə xəbərdarlıq məktubunun tarixindən (xx.xx.2023cü il) məhkəmə qətnaməsinin elan olunduğu tarixinədək (xx.xx.2024-cü il) olan müddət ərzində gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 251,42 manat borcu hesablanmışdır. Cavabdehə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. Beləliklə, cavabdehdən 31 may 2022 il tariхli, 200804-420878/1 nömrəli istehlak krеditi müqaviləsi üzrə xəbərdarlıq məktubunun tarixindən (xx.xx.2023cü il) məhkəmə qətnaməsinin elan olunduğu tarixinədək (xx.xx.2024-cü il) olan müddət ərzində gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 251,42 manat məbləğində əlavə faiz borcu yaranmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)- 3805/2025 saylı qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə əlaqədar icraat kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraatdan iddia icraatına keçirilmişdir. İddiaçı ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə iştirakı olmadan baxılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Odur ki, məhkəmə iddia ərizəsini, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, bank İddiaçı ASC ilə borcalan Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, bank tərəfindən 7.000 manat məbləğində pul vəsaiti 36 ay müddətinə, illik 20,5 faiz dərəcəsi ilə geri qaytarılması şərti ilə borcluya verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, qətnamə üzrə məhkəmənin nəzərə aldığı sonuncu xəbərdarlıq məktubunun yəni, xx.xx.2023-cü il tarixindən qətnamənin çıxarıldığı xx.xx.2024-cü il tarixinədək Mərkəzi Bankın uçot faiz dərəcəsini keçməməklə 251,42 manat faiz borcu hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 5.293,02 manat əsas borc və 182,12 manat faiz borcu olmaqla, cəmi 5.475, 14 manat məbləğində vəsaitinin xəbərdarlıq alındığı günün növbəti iş günündən başlayaraq 7 gün müddətindən gec olmayaraq Banka ödənilməsi tələb edilmişdir. Bununla əlaqədar həmin borcu 02 iyul 2023-cü il tarixinədək ödəmədiyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, 31 may 2022 il tarixli, 200804-420878/1 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən qətnamənin çıxarıldığı xx.xx.2024-cü il tarixə kimi olan müddət ərzində gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 251,42 (iki yüz əlli bir manat qırx iki qəpik) manat məbləğində faiz borcu yaranmışdır. Belə ki, bu xəbərdarlıq məktubu ilə bildirişi aldığı günün növbəti iş günündən başlayaraq 7 (yeddi) gün müddətindən gec olmayaraq 251,42 məbləğində yaranmış faiz borcu banka ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 26 iyul 2024-cü il tarixli aktından görünür ki, “Azari” Express poçt-daşıma kuryer xidməti, bu aktı tərtib və təsdiq edir ondan ötəri ki, xx.xx.2024-cü il tarixli İddiaçı ASC-dən qəbul edilmiş zərf qaimə (765681) Cavabdeh çatdırılmamışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-2923/2024 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, Cavabdeh 31 may 2022-ci il tarixli 200804-420878/1 nömrəli kredit müqaviləsi üzrə 5.293,02 manat əsas, 182,12 manat faiz borcu olmaqla, cəmi 5.475,14 manat məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmaması ilə bağlı iki xəbərdarlıq məktubu göndərmişdir. (xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubları). İddiaçı gecikdirilmiş əsas borc üçün əlavə 5% məbləğini xx.xx.2023-cü il tarixdən hesablamaqla, həmin tarixdən qətnamənin elan olunduğu tarixinədək (xx.xx.2024-cü il) olan müddət ərzində gecikdirilmiş vaxt üçün 251,42 manat məbləğində əlavə faiz borcunun tutulmasını tələb etmişdir. Lakin iş materiallarında xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun cavabdehə çatdırılması barədə təsdiqedici sənəd yoxdur. Həmçinin, iş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu da cavabdehə çatdırılmamışdır. Belə olduğu təqdirdə, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin borcunun tutulması barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-2923/2024 saylı qətnaməsinin çıxarıldığını nəzərə alınaraq, məhkəmə aşağıdakı halları qeyd etməyi zəruri hesab edir. Belə ki, xx.xx.2023-cü il tarixli bildiriş cavabdehə çatdırılmadığından (buna dair təsdiqedici sənədlər olmadığından), iddiaçının əlavə faiz tələb etdiyi müddət (xəbərdarlıq bildirişinin tarixi olan xx.xx.2023-cü il tarixdən - qətnaməsinin elan olunduğu xx.xx.2024-cü il tarixinədək) üçün əlavə 5% gecikdirilmə faizinin tutulması əsaslı hesab edilmir. Ona görə də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbləri təmin edilmədiyindən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı ASC-nin Cavabdeh qarşı xx.xx.2023-cü il tarixdən hesablamaqla, həmin tarixdən qətnamənin elan olunduğu xx.xx.2024-cü il tarixinədək xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə illik 5 faizlə hesablanmış 251,42 (iki yüz əlli bir manat qırx iki qəpik) manat məbləğində əlavə faiz borcunun cavabdehdən tutulması barədə iddia ərizəsi təmin edilməsin Dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-3805/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3805/2025
04.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver