Məhkəmə qərarları › İş №e-2(011)-3872/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3872/2022

24.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3872/2022 24.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın və debitor borcunun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İByə vurulmuş 885,60 manat məbləğində zərərin, debitor borc üzrə 297,30 manat pulun, pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 400 manat xərcin və iddiaçı tərəfindən ödənilmiş 34,83 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 1617,73 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Z.E.Alıyeva iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2018-ci il tarixində AKX-0028963/09 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir, qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00001 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Smart G-4 İTRON DİAFRAQMA markalı 1002AQ**********7 nömrəli qaz sayğacı quraşdırılmışdır, cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X3”nın tələblərinə əməl etmək) və “X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qazsayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir, həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X3nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 885,60 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur, həmçinin cavabdehin 2021-ci illin yanvar - dekabr ayları üzrə 221,22 manat və limitdən artıq istifadə etməsi səbəbi ilə yaranmış sərfin borc 9,28 manat, cəmi 230,50 manat sərfiyyat borcu olmuşdur, iş üzrə cavabdehin 2020-ci tarixində 66,80 manat məbləğində borcu da olmuşdur, yuxarda qeyd olunlardan əlavə cavabdehin faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə 297,30 manat borcu (debitor borc) da qalmışdır (230,50+66,80=297,30), beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin saldosu və GASREP üzrə ümumi 1182,90 (bir min bir yüz səksən iki manat 90 qəpik) manat təşkil etməkdədir, müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır, cavabdehin evində quraşdırdığı cihazlarla bağlı məlumat yoxdur, çünki əməkdaşlar evin içinə girməmiş, istifadə olunan cihazları görməmişdirlər, vətəndaş həmin cihazların olduğunu özü bildirmiş, lakin daha sonra aktı imzalamaqdan imtina etmişdir, həmin cihazlar cavabdehin sözlərinə əsasən yazılmış, əməkdaşlar tərəfindən görülməmişdir, hazırda ünvanda olan qanunsuz xətt kəsilmişdir, cavabdeh tərəfindən istifadə edilmir, vurulmuş ziyana görə məbləğ daxili nizamnamə ilə hesablanmışdır. Sonda iddiaçının nümayəndəsi Z.E.Alıyeva iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, hazırda ünvanında qazdan sayğac vasitəsilə istifadə edir, sayğac hazırda elektron sayğacdır, iddiaçı tərəf ona məxsus ünvanda qanunsuz xəttin olduğunu sübut edə bilməmişdir, qaz xətti evdən kənardadır, 5 aydır ki az-az da olsa borcunu ödəməyə çalışır, may ayının 19-dan bəri pul ödəyir, iddiaçının nümayəndəsinin qeyd etdiyi cihazların evində olması barədə əməkdaşlara heç bir şey deməmişdir, 10 nəfərə yaxın əməkdaş evinə gəlmiş, həyətə daxil olmuş və şəkillər çəkmişdirlər, lakin evin içərusinə girməmişdirlər, belə avadanlıqların olduğunu deməmişdir, belə bir şey ondan soruşulmayıb, əməkdaşlar sadəcə çöldən şəkillər çəkib akt yazmışdırlar, həmin vaxt evində dörd göz qaz, hamamda isə isidici olmuşdur, 297,30 manat borc öz borcudur, onu ödəyəcəkdir, maddi vəziyyəti aşağıdır, 885,80 manat cərimədən yalnız 200 manat ödəməyə razıdır, həmin pulu da ona görə ödəyir ki, bu iş bitsin. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı İB və Cavabdeh arasında Bakı şəhəri, Sabunçu rayonu, S.Cəfərov 154 ünvanı üzrə qazın alqı-satqısı barədə xx.xx.2018-ci il tarixdə Müqavilə bağlanmışdır. İş materiallarında olan İddiaçı İB-nin «qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, Cavabdeh (abonent kodu **********00001) məxsus ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış İTRON G-4 markalı 1002AQ**********2 nömrəli qaz sayğacı Natek G- 4 markalı 40012474 saylı yeni qaz sayğacı ilə əvəzləşdirilmişdir. İş materiallarında olan “təbii X3nın pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, aktda abonentin təbii qazdan qeyri-qanuni rezin boru vasitəsilə istifadə etməsi nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan İddiaçı İB-nin xx.xx.2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 8856 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Sabunçu rayon Məhkəməsinin 2(008)-3107/2021 saylı 14 iyun 2021-ci il tarixli Qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilmiş, “təbii X3nın pozulması” haqqında xx.xx.2021-ci il tarixli ******* nömrəli akt ləğv edilmiş və həmin akt əsasında **********00001 saylı abonent koduna hesablanmış 885,60 manat məbləğində borc silinməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qətnaməsinin surətindən görünür ki, Sabunçu rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli Qətnaməsi ləğv edilmiş, iddiaçı Cavabdeh İddiaçı İB-yə qarşı “aktın ləğv edilməsi və akta əsasən hesablanmış borcun silinməsi barədə” iddiası rədd edilmişdir. Həmin Qətnamə ilə işin müəyyən olunmuş hallarından görünür ki, mübahisəli ünvanda qanunsuz qoşulma olmuşdur. İş materiallarında olan 19 yanvar 2022-ci il, 23 avqust 2022-ci il və 20 iyul 2022-ci il tarixli Abonent saldosundan görünür ki, Cavabdeh **********00001 abonent kodu üzrə 01/2021-ci il tarixə “Qalıq və aktlar” əsasında 885,60 manat borc yazılmışdır, abonentin 2020-ci il üzrə qaz sərfi 2020-ci ilin aprel ayı üzrə 3024 m3, may ayı üzrə 11 m3, iyul ayı üzrə 13 m3, avqust ayı üzrə 20 m3, sentyabr ayı üzrə 13 m3, oktyabr ayı üzrə 17 m3, noyabr ayı üzrə 21 m3, dekabr ayı üzrə 19 m3 olmaqla, cəmi 1642 m3 dir, abonentə 2020-ci il üzrə 66,80 manat, 2021-ci il üzrə 232,50 (221,22 + 9,28) manat olmaqla, cəmi 297,30 manat debitor borcu yazılmışdır. İş materiallarında olan “AGİS” Abonentin etdiyi ödənişlər elektron çıxarışından görünür ki, Cavabdeh **********00001 saylı abonent kodu üzrə xx.xx.2022-ci il tarixdə 5 manat, xx.xx.2022-ci il tarixdə 5 manat, xx.xx.2022-ci il tarixdə 5 manat, xx.xx.2022-ci il tarixdə 10 manat, xx.xx.2022-ci il tarixdə 20 manat, xx.xx.2022-ci il tarixdə 10 manat, xx.xx.2022-ci il tarixdə 5 manat, xx.xx.2022-ci il tarixdə 5 manat ödənilmişdir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixində ********* saylı Qəbzlə İddiaçı İB tərəfindən 34,83 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli “qazın alqı-satqısı” müqaviləsinə əsasən Cavabdeh ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, S.Cəfərov 154 ünvanında (abonent kodu: **********00001) təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, ünvanda yerləşən sayğac 2020-ci ildə yenisi ilə əvəzləşdirilmişdir, əvəzləşdirilmiş sayğaca iddiaçı tərəfindən yoxlama keçirilərkən “abonentin təbii qazdan qeyri-qanuni rezin boru vasitəsilə istifadə etməsi” nöqsanı qeyd edilməklə xx.xx.2021-ci il tarixli ******* saylı akt tərtib olunmuş və itirilmiş 8856 m3 təbii qazın bərpası məqsədilə Cavabdeh abonent hesabına 01/2021-ci il tarixi üzrə 885,60 manat borc daxil edilmişdir, həmin borcun silinməsi məqsədilə Cavabdeh məhkəməyə müraciət etmiş, Sabunçu rayon Məhkəməsinin 2(008)-3107/2021 saylı 14 iyun 2021-ci il tarixli Qətnaməsi ilə iddia tələbi təmin edilərək, təbii X3nın pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* nömrəli akt ləğv edilmiş və həmin akt əsasında **********00001 saylı abonent koduna hesablanmış 885,60 manat məbləğində borc silinməsi qət edilmişdir, bununla belə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qətnaməsi ilə həmin Qətnamə ləğv edilərək, iddia tələbi rədd edilmiş, həmçinin cavabdehə məxsus ünvanda qanunsuz qoşulma olması müəyyən olunmuşdur, cavabdehin qazdan istifadəyə görə 2020-ci il üzrə 66,80 manat, 2021-ci il üzrə 232,50 (221,22 + 9,28) manat olmaqla, cəmi 297,30 manat debitor borcu yaranmışdır, cavabdeh iddia tələbini həmin hissədə tam qəbul edir, debitor borcu olaraq 297,30 manat ödəməyə razıdır, qeyd edilənlər işin mübahisəsiz halıdır, tərəflər arasında mübahisə vurulmuş ziyana görə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğlə bağlıdır, cavabdeh iddia tələbini həmin hissədə qismən qəbul edir, vurulmuş maddi ziyana görə iddiaçıya 200 manat ödəməyə razıdır, vurulmuş ziyanın məbləğinin həmin həddə (885,60) hesablanmasına əsas verən mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir, cavabdehin 2020-ci il üzrə qaz sərfi 2020-ci ilin aprel ayı üzrə 3024 m3, may ayı üzrə 11 m3, iyul ayı üzrə 13 m3, avqust ayı üzrə 20 m3, sentyabr ayı üzrə 13 m3, oktyabr ayı üzrə 17 m3, noyabr ayı üzrə 21 m3, dekabr ayı üzrə 19 m3 olmaqla, cəmi 1642 m3 (gündəlik orta qaz sərfi 14,7 m3) olmuşdur. Məhkəmə, qanunsuz qoşulma nəticəsində itirilmiş təbii qaz sərfi üzrə iddiaçıya vurulmuş ziyana görə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğə münasibətdə hesab edir ki, ziyanın 885.60 manat həddə hesablanmasına əsas olmuş mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən, vurulmuş ziyanın məbləği, abonentin əvvəlki dövr üzrə orta gündəlik qaz sərfi (6 aylıq dövr üzrə gündəlik orta qaz sərfi 14,7 m3) nəzərə alınmaqla və cavabdeh tərəfindən tələbinin qismən (200 manat həddində) qəbul olunması əsas götürülməklə iddia tələbinin 200 manat həddində təmin olunması mümkündür. Məhkəmə, iddia tələbinin “pozulmuş hüquqların bərpası ilə bağlı çəkilmiş 400 manat xərcin ödənilməsi” hissəsinə münasibətdə isə qeyd edir ki, iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli “ABB” Hesabdan çıxarışla iddiaçı tərəfindən hazırki mülki iş üzrə (İddiaçı İB-nin Cavabdeh qarşı) vəkilin göstərdiyi hüquqi yardıma görə xərc çəkilməsi müəyyən olunmadığından, habelə çəkilmiş xərcə dair mötəbər sübutlar (qəbz) iş materiallarına əlavə edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş X3 ilə tənzimlənir. Həmin Qanunun 11-ci maddəsinin 6-cı hissəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X3 ilə tənzimlənir. X3 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X3»nın 3.1.2-ci bəndinə əsasən, istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etmək qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısının vəzifəsidir. Həmin Qaydaların 3.1.3-cü bəndinə əsasən, qaz paylayıcısı qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. Həmin Qaydaların 3.4.1-ci bəndinə əsasən, özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq qadağandır. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən vurulmuş ziyana görə 200 manat, debitor borcuna görə 297,30 manat alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan və hazırki iddia tələbi qismən təmin olunduğundan məhkəmə xərcinə daxil olan dövlət rüsumu 30 manat hissədə cavabdehə aid edilərək ondan alınaraq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxara bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş ziyana görə 200 manat, debitor borcuna görə 297,30 manat olmaqla, cəmi 497 (dörd yüz doxsan yeddi) manat 30 (otuz) qəpik və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat alınaraq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar