Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-39/2024 28.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2022-ci il tarixində 08-9023 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********01630 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 621 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 576 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 72 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 104,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 52,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 57,60 manat, xx.xx.2018-ci il tarixli 01933057 saylı akt əsasında 43,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 43,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 75,60 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 43,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 43,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 9,60 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 9,60 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 63,60 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 57,60 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli 02905781 saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 252 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 103,68 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 233,28 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 233,28 manat, cəmi 8580,24 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur (sözügedən akt iddia ərizəsinə əlavə edilmişdir). Cavabdeh 621 manat zərərdən 31,93 manat məbləğində ödəniş etmişdir. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin Saldo və Gazrep üzrə ümumi 8548,31 (səkkiz min beş yüz qırx səkkiz manat 31 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün iddiaçı tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı iddia ərizəsində göstərilənləri nəzərə alaraq, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 8548,31 (səkkiz min beş yüz qırx səkkiz manat 31 qəpik) manat məbləğində zərərin və 105,49 (bir yüz beş manat 49 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 8653,80 (səkkiz min altı yüz əlli üç manat 80 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ**********000002944, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ**********995501922 bank hesabına ödənilməsi barədə qətnamə çıxarilmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə etməklə yanaşı, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qismən qəbul edərək, izahatında bildirmişdir ki, iddia tələbində göstərilən məbləğ şişirdilmişdir. Tərəfindən yalnız 2022-ci ildə 1 ay müddətində pensiyasını ala bilmədiyi üçün sayğacdan kənar təbii qazdan istifadə etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı İB tərəfindən tərtib edilmiş ******* nömrəli, 16 fevral 2018-ci il tarixli “Təbii X2nın pozulması haqqında” Aktın surətindən məlum olur ki, sifarişçi (istehlakçı) Cavabdeh mülkiyyətində olan evə aid qaz sayğacına baxış keçirilmiş və abonentin mənzilinə baxış keçirilən zaman mənzildə “abonent sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar olundu” qeyd edilmişdir. İş materiallarında olan İddiaçı İB tərəfindən tərtib edilmiş ******* nömrəli, 01 iyul 2018-ci il tarixli “Təbii X2nın pozulması haqqında” Aktın surətindən məlum olur ki, sifarişçi (istehlakçı) Cavabdeh mülkiyyətində olan evə aid qaz sayğacına baxış keçirilmiş və abonentin mənzilinə baxış keçirilən zaman mənzildə “abonent sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar olundu” qeyd edilmişdir. İş materiallarında olan Azəriqaz” İB tərəfindən tərtib edilmiş ******* nömrəli, 28 avqust 2018-ci il tarixli “Təbii X2nın pozulması haqqında” Aktın surətindən məlum olur ki, sifarişçi (istehlakçı) Cavabdeh mülkiyyətində olan evə aid qaz sayğacına baxış keçirilmiş və abonentin mənzilinə baxış keçirilən zaman mənzildə “xx.xx.2018-ci il tarixli 403 №-li xidməti yazıya əsasən mənzildə abonent sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar olundu” qeyd edilmişdir. İş materiallarında olan İddiaçı İB tərəfindən tərtib edilmiş ******* nömrəli, 20 sentyabr 2018-ci il tarixli “Təbii X2nın pozulması haqqında” Aktın surətindən məlum olur ki, sifarişçi (istehlakçı) Cavabdeh mülkiyyətində olan evə aid qaz sayğacına baxış keçirilmiş və abonentin mənzilinə baxış keçirilən zaman “2018-ci il sentyabr ayı 528 №-li xidməti yazıya əsasən mənzildə abonent sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar olundu” qeyd edilmişdir. İş materiallarında olan İddiaçı İB tərəfindən tərtib edilmiş ******* nömrəli, 31 oktyabr 2018ci il tarixli “Təbii X2nın pozulması haqqında” Aktın surətindən məlum olur ki, sifarişçi (istehlakçı) Cavabdeh mülkiyyətində olan evə aid qaz sayğacına baxış keçirilmiş və abonentin mənzilinə baxış keçirilən zaman “690 №-li xidməti yazıya əsasən mənzildə abonent sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar olundu” qeyd edilmişdir. İş materiallarında olan İddiaçı İB tərəfindən tərtib edilmiş ******* nömrəli, 30 noyabr 2018ci il tarixli “Təbii X2nın pozulması haqqında” Aktın surətindən məlum olur ki, sifarişçi (istehlakçı) Cavabdeh mülkiyyətində olan evə aid qaz sayğacına baxış keçirilmiş və abonentin mənzilinə baxış keçirilən zaman “875 №-li xidməti yazıya əsasən noyabr 2018ci ildə mənzildə abonent sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar olundu” qeyd edilmişdir. İş materiallarında olan İddiaçı İB tərəfindən tərtib edilmiş ******* nömrəli, 28 dekabr 2018ci il tarixli “Təbii X2nın pozulması haqqında” Aktın surətindən məlum olur ki, sifarişçi (istehlakçı) Cavabdeh mülkiyyətində olan evə aid qaz sayğacına baxış keçirilmiş və abonentin mənzilinə baxış keçirilən zaman “1002 №-li xidməti yazıya əsasən dekabr 2018ci ildə mənzildə abonent sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar olundu” qeyd edilmişdir. İş materiallarında olan İddiaçı İB tərəfindən tərtib edilmiş ******* nömrəli, 30 iyun 2022-ci il tarixli “Təbii X2nın pozulması haqqında” Aktın surətindən məlum olur ki, sifarişçi (istehlakçı) Cavabdeh mülkiyyətində olan evə aid qaz sayğacına baxış keçirilmiş və abonentin mənzilinə baxış keçirilən zaman “abonent təbii qazdan sayğacdan kənar, qeyriqanuni istifadə etdiyi aşkar olundu” qeyd edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən verilən abonentin saldosundan görünür ki, Cavabdeh (abonent kodu: **********01630) 2018-ci il üçün borcu 1526,40 manat, 2019-cu il üçün 637,20 manat, 2020-ci il üçün 2332,80 manat, 2021-ci il üçün 2407,68 manat, 2022-ci il üçün 1676,16 manat təşkil edir. Həmin saldodan görünür ki, 2022-ci ilin iyun ayında Cavabdeh 233,28 manat borc hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1780 saylı, 06 iyun 2024-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı İB tərəfindən məhkəməyə təqdim olunmuş “Təbii X2nın pozulması haqqında” xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli aktlarda ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində təbii qazdan sayğacdan kənar itirilmiş qaz həcminə görə hesablanmış cərimənin doğru olub-olmamasına məhkəmə tərəfindən qiymət verildikdən sonra mümkündür. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6448 saylı, 13 sentyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı İB-nin 25 oktyabr 2022ci il tarixli, 08-9023 saylı “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqısatqısı barədə müqavilə” əsasında ünvan 3 ünvanında yaşayan (abonent kodu- **********01630) Cavabdeh tərəfindən ödənilməli olan məbləğ 8548,31 manat təşkil edir. Həmin məbləğ İddiaçı İB-nin təbii X2nın pozulmasına görə hesablanmış, qeyd edilən borcun düzgün olub-olmaması məhkəmə tərəfindən qiymətləndirilə bilər. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/9968 saylı, 09 fevral 2024-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı İB-nin 25 oktyabr 2022-ci il tarixli, 08-9023 saylı “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqısatqısı barədə müqavilə” əsasında ünvan 3 ünvanında yaşayan (abonent kodu- **********01630) Cavabdeh tərəfindən ödənilməli olan məbləğ 8548,31 manat təşkil edir. Həmin məbləğ İddiaçı İB-nin təbii X2nın pozulmasına görə hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X2”nın 3.1.10. bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Həmin Qaydaların 4.2.-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. 282.2-ci maddəyə görə təbii qazdan, elektrik və ya istilik enerjisindən istifadə qaydalarının pozulmasına görə - fiziki şəxslər otuz manatdan qırx manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-ci maddəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, cavabdeh təşkilat qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalı, bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəalarına istinad olunacaq) 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür.(maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.1) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh İddiaçı İB tərəfindən iddiaçı Cavabdeh məxsus ünvan 2 ünvanında quraşdırılmış qaz sayğacından kənat xətt vasitəsi ilə qeyri-qanuni istifadəyə görə 2018-ci ildən 2022-ci ilədək aktlar tərtib olunaraq, ümumilikdə 8548,31 manat borc hesablanmışdır. Məhkəmə iclasında cavabdeh özü tərəfindən sayğacdan kənar qaz xəttindən 2022-ci il tarixdə 1 ay müddətində istifadə etdiyini etiraf etmişdir. İş materiallarından müəyyən edilir ki, 2022-ci ilin iyun ayında cavabdehə 233,28 manat borc hesablanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh 2022-ci ildə 1 ay müddətində qaz sayğacından kənar xətt vasitəsilə istifadə etdiyini məhkəmə iclasında etiraf etməsinə baxmayaraq, hansı müddət ərzində istifadə etdiyi məhkəmə tərəfindən dəqiq müəyyən edilməsə də, cavabdeh tərəfindən 2018-ci ildən 2022-ci ilədək qaz sayğacından kənar xətt vasitəsilə istifadə etdiyi mülki işdə olan mötəbər sübutlarla təsdiq edilməmişdir. Belə ki, “X2”nın 3.1.10. bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə baxış keçirilməsi cavabdehin vəzifələrinə aid edilmişdir. Həmçinin “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 13.8-1ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, cavabdeh təşkilat qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalı, bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməli idi. Qeyd edilən normalarda müəyyən edilmiş tələblər nəzərə alınaraq, məhkəmə hesab edir ki, dəymiş zərərin 8548,31 manat hesablanması qanunsuz olmaqla yanaşı işin faktiki hallarına uyğun deyil. Cavabdeh tərəfindən əvvəlki 6 ay müddətində qaz sayğacından kənar xətt vasitəsilə istifadə edildiyi ehtimal olunsa belə, cavabdeh tərəfindən həqiqətən aktlarda qeyd edilmiş müddətlərdə qaz sayğacından kənar xətt vasitəsilə istifadə edildiyi təsdiq edilməməklə yanaşı, cavabdehin faktiki istehlak etdiyi qazın həcminə görə borcunun düzgün hesablanmadığı müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülmədiyindən, cavabdehdən tutulması tələb olunan 8548,31 manat borcdan 233,28 manatın əsaslı olaraq tələb edildiyi təsdiq edildiyindən, iddia tələbi həmin hissədə təmin edilməli, yerdə qalan məbləğ – 8314,93 manat borc məbləğin əsaslı hesablanması təsdiq olunmadığından, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 233,28 manat məbləğində dəymiş ziyan tutularaq, İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-39/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-39/2024
28.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver