Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3917/2023 13.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və pul” tələbinə dair, Cavabdeh1 İddiaçı qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh1 arasında 13 aprel 2021-ci il tarixdə 500.000 manat məbləğində borcun verilməsinə dair kredit müqaviləsinin ləğv edilməsi və İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhər 40 saylı notariat kontorunda bağlanmış 13 aprel 2021-ci il tarixli kredit müqaviləsi ilə verilmiş 500.000 manat əsas borc, 87.500 manat məbləğində qanunvericiliyin tələbinə əsasən Milli Bankının uçot dərəcəsinə əsasən faiz borcunun, cəmi 587.500 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında 13 aprel 2021-ci il tarixdə 500.000 manat məbləğində borcun verilməsi barədə kredit müqaviləsi bağlanmışdır. Müqavilə Bakı şəhər 40 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən rəsmiləşdirilmiş və tərəflərə müqavilənin surəti verilmişdir. Müqavilənin 2-ci bəndinə əsasən Cavabdeh1 iddiaçıdan aldığı 500.000 manat borcu 13 iyul 2021-ci il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürsə də, bugünə kimi heç bir ödəniş etməmişdir. Azərbaycan Respublikası Milli Bankının rəsmi internet saytında verilən məlumata əsasən 25 aprel 2023-cü il tarixdə bank uçot dərəcəsi 8.745 faiz nisbətində müəyyən edilmişdir. Göstərilənlərə əsasən Cavabdeh1 ilə iddiaçı arasında Bakı şəhər 40 saylı notariat kontorunda bağlanmış 13 aprel 2021-ci il tarixli kredit müqaviləsi ilə verilmiş 500.000 manat əsas borc, 87.500 (500.000x8.75%=43.750x2=87.500) manat məbləğində qanunvericiliyin tələbinə əsasən Milli Bankının uçot dərəcəsinə əsasən faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, birinci iddia üzrə İddiaçı ilə Cavabdeh1 arasında 13 aprel 2021-ci il tarixdə 500.000 manat məbləğində borcun verilməsinə dair kredit müqaviləsinin ləğv edilməsi və İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhər 40 saylı notariat kontorunda bağlanmış 13 aprel 2021-ci il tarixli kredit müqaviləsi ilə verilmiş 500.000 manat əsas borc, 87.500 manat məbləğində qanunvericiliyin tələbinə əsasən Milli Bankının uçot dərəcəsinə əsasən faiz borcunun, cəmi 587.500 manatın cavabdehlərdən birgə tutularaq iddiaçıya ödənilməsi, ikinci iddia üzrə iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsi, eyni zamanda Cavabdeh1 və Cavabdeh2 ifadələrinə əsasən onların əməlində cinayət əlamətləri olduğundan barələrində xüsusi qərardad çıxarılaraq araşdırılması üçün prokurorluğa göndərilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh1 arasında 13 aprel 2021-ci il tarixdə 500.000 manat məbləğində borcun verilməsinə dair kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Cavabdeh2 uzun müddətdir ki, tanıyır. Aralarında qarşılıqlı şəkildə etibar və inam vardır. Cavabdeh1 mülkiyyətində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində 0.35 ha torpaq sahəsi vardır. Cavabdeh1 həmin torpaq sahəsini satmaq niyyətində olmuşdur. Göstərilən torpaq sahəsini satmaq niyyətində olduğunu Cavabdeh2 bilirdi. 2021-ci ilin aprel ayının əvvəllərində Cavabdeh2 tanışı Tofiq adlı şəxslə birlikdə Cavabdeh1 yanına gələrək bir nəfər şəxsin həmin torpaq sahəsini almaq istədiyini bildirmişlər və həmin şəxsi, yəni İddiaçı ona təqdim etmişlər. Satılmasını qərara aldığı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən 0.35 ha torpaq sahəsinə birlikdə baxmışlar. Cavabdeh1 məxsus olan torpaq sahəsinə qonşuluqda Azərbyaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti Xətai rayon Sukanal İdarəsinin balasında olan ünvan 1 ünvanında 0.45 ha torpaq sahəsi də vardır. E.Sarabı torpaq sahələrinin hər ikisini almaq istədiyini bildirmişdir. Lakin ünvan 1 ünvanında 0.45 ha torpaq sahəsi Azərbyaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti Xətai rayon Sukanal İdarəsinin balasında idi. Odur ki, həmin torpaq sahəsi ilkin olaraq Azərbyaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti Xətai rayon Sukanal İdarəsinin balasından çıxarılaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin balansına verilməli və bundan sonradan həmin dövlət əmlaklarının alınmasına dair müqavilə bağlana bilərdi. İddiaçı bu işlərin görülməsi üçün, yəni Xətai rayon Sukanal İdarəsinin balasında olan ünvan 1 ünvanında yerləşən nasos stansiyası binasının 0.45 ha ərazisi ilə birlikdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin balansına verilməsi və bundan sonra həmin dövlət əmlaklarının alınması üçün işlərin görülməsi işlərini Cavabdeh2 həvalə etmişdi. ünvan 1 ünvanında yerləşən nasos stansiyası binasının ərazisi ilə birlikdə dəyərinin ödənilməsi üçün ödənilməli olan pul vəsaitinin ödənilməsini həvalə etdiyi Cavabdeh2 verilməli olan pulu borc müqaviləsi bağlanması yolu ilə rəsmiləşdirmək üçün 13 aprel 2021-ci il tarixdə notariat ofisində rəsmiləşdirilərkən Cavabdeh2 şəxsiyyət vəsiqəsinin üzərində olmamasını bildirmişdir. Cavabdeh2 Cavabdeh1 şəxsiyyət vəsiqəsinin üzərində olub-olmamasını soruşdu. Cavabdeh1 ona şəxsiyyət vəsiqəsinin üzərində olmasını bildirmişdir. Cavabdeh2 onun əvəzinə müqavilənin Cavabdeh1 ilə bağlanmasını təklif etmiş və həmin müqavilənin hər iki tərəfdən Cavabdeh1 aid olmayacağını bildirmişdir. Cavabdeh1 Cavabdeh2 yaxından tanıyan şəxs kimi onlara inanmışdır. Odur ki, Cavabdeh1 üzərində olan şəxsiyyət vəsiqəsini təqdim edərək, müqavilənin onunla bağlanmasına etiraz etməmişdir. Həm də buna ona görə razılaşmışdır ki, mülkiyyətində olan torpaq sahəsinin satılmasını istəyirdi. Odur ki, Cavabdeh1 istəyirdi ki, İddiaçı Хətai rayon Sukanal İdarəsinin balasında olan ünvan 2 ünvanında 0.45 ha torpaq sahəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin balansına verilməsi və bundan sonradan həmin dövlət əmlakının İddiaçı tərəfindən alınması məsələsi həll edilsin ki, İddiaçı də Cavabdeh1 mülkiyyətində olan 0.35 ha torpaq sahəsi ilə birlikdə alması üçün arzuladığı şərait yaransın. Odur ki, müqavilə Cavabdeh1la bağlanmışdır. Lakin pul vəsaiti Cavabdeh1 verilmədi. Müqavilənin predmeti olan pul vəsaiti Cavabdeh2 tərəfindən götürüldü və həmin pul vəsaiti həqiqi iradə ifadəsinə görə nə Cavabdeh1, nədə ki Cavabdeh2 kredit verilməsindən ibarət deyildir. Belə ki, şərh olunduğu kimi, İddiaçı Xətai rayon Sukanal İdarəsinin balasında olan ünvan 1 ünvanında yerləşən nasos stansiyası binasının 0.45 ha ərazisi ilə birlikdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin balansına verilməsi və bundan sonradan həmin dövlət əmlaklarının alınması üçün işlərin görülməsi işlərini Cavabdeh2 həvalə etmişdi. Həmin əmlakın dəyərinin ödənilməsi üçün ödənilməli olan pul vəsaitinin ödənilməsini həvalə etdiyi Cavabdeh2 verilməli olan pulu borc müqaviləsi bağlanması yolu ilə vermişdir. Cavabdeh2 tərəfindən isə bu işlər yerinə yetirilmişdir. Belə ki, A.Ağakişiev Xətai rayon Sukanal İdarəsinin balasında olan ünvan 1 ünvanında yerləşən nasos stansiyası binasının 0.45 ha ərazinin alınması üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 23 aprel 2021-ci il tariхli məktubu ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilərək, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tariхli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı»nın 6.4-cü bəndini və "xxxx" ASC-nin əsas vəsaitlərin ləğv edilməsi, maddi qiymətlərin balansa götürülməsi, balansdan balansa verilməsi və balansdan silinməsi Komissiyası»nın qərarının (21 aprel 2021-ci il tariхli 01- 514-04 nömrəli protokol) nəzərə alaraq Xətai rayon Sukanal İdarəsinin balasında olan ünvan 1 ünvanında yerləşən nasos stansiyası binasının gələcəkdə istifadəsini səmərəli təşkil etmək üçün ərazisi ilə birlikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin balansına götürlməsinə müvafiq göstəriş verilməsi хahiş olunmuşdur. Həmin məktub elə həmin tariхdə, yəni 23 aprel 2021-ci il tariхdə Dövlət Xidməti tərəfindən qəbul edilmişdir. Şərh olunduğu kimi, İddiaçı Xətai rayon Sukanal İdarəsinin balasında olan ünvan 1 ünvanında yerləşən nasos stansiyası binasının 0.45 ha ərazisi ilə birlikdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin balansına verilməsi və bundan sonradan həmin dövlət əmlaklarının dəyərinin ödənilməsi üçün ödənilməli olan pul vəsaitinin ödənilməsini həvalə etdiyi Cavabdeh2 verilməli olan pulu borc müqaviləsi bağlanması yolu ilə vermişdir. Göründüyü kimi, İddiaçı 13 aprel 2021-ci il tariхdə verdiyi pul məbləğinin kredit olmadığını və geri qaytarılmayacağını və həm də məhz Cavabdeh1 tərəfindən geri qaytarılmayacağını bildirdi. Həmin müqavilə tərəflərin, o cümlədən İddiaçı iradə ifadəsinə görə Xətai rayon Sukanal İdarəsinin balasında olan ünvan 1 ünvanında yerləşən nasos stansiyası binasının 0.45 ha ərazisi ilə birlikdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin balansına verilməsi və bundan sonra həmin dövlət əmlaklarının dəyərinin ödənilməsi məqsədi ilə və həm də Cavabdeh2 verilmişdir. Odur ki, Cavabdeh1 İddiaçı qarşısında müqavilə öhdəliyi yaranmamışdır. Qanuna əsasən borc (kredit) müqaviləsinə görə borc verən müqaviləyə əsasən mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) mülkiyyət hüququnu verdiyi əşyanın digər iştirakçı tərəfindən qaytarılacağını, digər iştirakçı (borc alan) isə həmin əşyanın (pul vəsaitinin) qaytarılacağını bilirlər və buna dair iradələrini ifadə etməklə müqavilə bağlayırlar. Həmin müqavilə tərəflərin, o cümlədən İddiaçı iradə ifadəsinə görə kredit müqaviləsi deyildir. Göstərilənlərə əsasən, İddiaçı 13 aprel 2021-ci il tariхdə verdiyi pul məbləğinin kredit olmadığını və geri qaytarılmayacağını və həm də məhz Cavabdeh1 tərəfindən geri qaytarılmayacağını bildiyindən, həmin müqavilə tərəflərin, o cümlədən İddiaçı iradə ifadəsinə görə Xətai rayon Sukanal İdarəsinin balasında olan ünvan 1 ünvanında yerləşən nasos stansiyası binasının 0.45 ha ərazisi ilə birlikdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin balansına verilməsi və bundan sonradan həmin dövlət əmlaklarının dəyərinin ödənilməsi məqsədi ilə və həm də Cavabdeh2 verildiyindən, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsi tərəflərin niyyətləri və həqiqi iradə ifadələrinə görə kredit müqaviləsi deyildir. Odur ki, həmin kredit müqaviləsi ləğv edilməlidir. Daha sonra Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh1 arasında 13 aprel 2021-ci il tarixdə 500.000 manat məbləğində borcun verilməsinə dair kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə araşdırması zamanı İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 “kredit müqaviləsinin ləğv edilməsi və pul” tələbinə dair iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə araşdırması zamanı Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə araşdırması zamanı Cavabdeh2 verdiyi izahatda bildirmişdir ki, o, maklerlik ilə məşğul olmuşdur. Vahidin torpaq satdığını bildiyindən Tofiq adlı şəxsin də tanışının tikinti üçün torpaq axtardığını bildiyindən sonuncuları Vahuidin torpağına baxmaq üçün həmin sahəyə aparmışdır. Sahədə olan zaman Vahidin torpağının iddiaçıya uyğun olmaması, torpağın arxasında yerləşən sahənin onlara uyğun olduğunun şahidi olmuşdur. Daha sonra Vahid bildirmişdir ki, həmin sahə "xxxx" ASC-nin balansındadır. İddiaçı isə sənədləşmə işlərinin Vahid tərəfindən həyata keçirilməsi üçün pul vermişdir. Notariat ofisində müqavilə Vahidlə bağlansa da pulu o, özü almış və tapşırıqları özü icra etmişdir. Məhkəmə araşdırması zamanı şahid qismində çıxış edən X5 ifadə verərək bildirmişdir ki, o, taxta alğı-satqısı ilə məşğuldur. Ağakişi vasitəsilə üçüncü şəxsə taxta satmış, taxtanın dəyəri 10 günə ödənilməli olduğu halda, 3 ay vəsait ödənilməmişdir. Bu səbəbdən o, Ağakişinin yanına gedərək pulunu tələb etmiş, bu zaman pulun Vahidin oğlu tərəfindən ödənilmədiyi məlum olmuşdur. Daha sonra Vahidlə tanış olmuş, sonuncu ona torpaq sahəsinin olduğunu bildirmişdir. Bu ərəfələrdə də onun tanışı olan Elçin tikinti üçün torpaq axtardığından o, sonuncunu Vahidə məxsus torpaq sahəsinə gətirmişdir. Elçin pulu Vahidə borc olaraq vermişdir. Məhkəmə araşdırması zamanı şahid qismində çıxış edən X4 ifadə verərək bildirmişdir ki, o, əvvəllər Əmlak Komitəsində işləyirmiş, hazırda işləmir. Cavabdeh1 İddiaçı tərəflərindən Əmlak Komitəsinə müraciət olunmuşdur. Torpaq sahəsinin boş olubolmamasını müəyyənləşdirmək üçün onu göndərmişlər. O, eşitmişdir ki, kimsə torpaq sahəsinin alğı-satqısını edir. Sonradan bilmişdir ki, İddiaçıdir. Vətəndaş dövlət mülkiyyətində olan torpaq sahəsinə görə Əmlak Komitəsinə müraciət edəndə Komitə həmin sahəni kiminsə istifadəsində olub-olmamasını müəyyənləşdirmək məqsədilə baxışdan keçirir. Müraciət edən şəxslər məktub təqdim olunduqdan sonra gəlməmişlər. Satılması nəzərdə tutulan torpaq sahəsi Əmlak Komitəsində hərraca gedir və hərracda alğı-satqı müəyyən edilir, razılaşma əldə olunur. Vahidin mülkiyyətində torpaq sahəsi var idi. Onlar da torpaq sahəsinin istifadə edilib-edilmədiyini müəyyənləşdirmək məqsədilə baxış keçirməyə gedəndə görmüşlər ki, həmin sahə həqiqətən də boşdur. Torpağın balansda olmağına görə müraciət edən şəxsin kim olduğunu bilmir. Həmin şəxsə rəsmi qaydada cavab verilib ki, torpaq "xxxx" ASC-nin balansındadır, balansdan çıxarılma haqqında məktub alınmalıdır. Birbaşa satan "xxxx"dur. Alğı-satqı müqaviləsini "xxxx" ASC bağlamır. "xxxx" ASC onlar üçün istifadəyə yararsız torpaq barədə Əmlak Komitəsinə müraciət edərək həmin torpaq sahələrinin fiziki və ya hüquqi şəxslərə verilməsinin mümkünlüyünü bildirir. "xxxx" ASC tərəfindən torpaq balansdan çıxarıldıqda müraciət edən şəxsdən müəyyən vəsait alınır. İşin faktiki halları: Mülki işin materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında 13 aprel 2021ci il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı Cavabdeh1 500.000 manat məbləğində pul borc vermiş, borc alan 13 iyul 2021-ci il tarixinədək borcu qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı istinad olunan müqaviləyə əsaslanaraq müqavilə öhdəliklərinin icra olunmasını tələb etmiş və hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 tərəflər arasında mövcud olan müqavilənin əslində tapşırıq müqaviləsi olmasına istinad edərək müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. İddiasının əsasını təşkil edən hal olaraq "xxxx" ASC tərəfindən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış məktubu (Xətai rayon Sukanal İdarəsinin balansında olan ünvan 1 ünvanında yerləşən nasos stansiyası binasının gələcəkdə istifadəsini səmərəli təşkil etmək üçün ərazisi ilə birlikdə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətiin balansına qəbul edilməsinə müvafiq göstəriş verilməsi xahiş edilmiş, təhvil-qəbul işlərinin aparılması Xətai rayon Sukanal İdarəsinə həvalə edilməsi bildirilmişdir) təqdim etmişdir. Məhkəmə tərəfindən ünvan 1 ünvanında yerləşən nasos stansiyası binasının həmin əmlakla birlikdə "xxxx" ASC-nin balansından çıxıb-çıxmaması, çıxdığı təqdirdə bunun nə vaxt baş verməsi və buna əsas olmuş sənədlərin təqdim edilməsi ilə bağlı sorğu verilmiş, sorğuya verilən cavabla müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən nasosxana su anbarı "xxxx" ASC-nin balansındadır. Son dövrlər baş verən qlobal istiləşmə nəticəsində dünyada və ölkəmizdə yaranma riski olan su qıtlığını nəzərə alaraq istehlakçılara dayanıqlı su təchizatı xidmətinin göstərilməsi məqsədi ilə istismarı Cəmiyyət üçün vacib olan su anbarları və nasosxanların yenidən bərpası üçün tədbirlər planı hazırlanmaqdadır. Bununla əlaqədar olaraq Xətai rayonu, M.Hadi 79 ünvanda yerləşən anbarın ərazisi ilə birlikdə Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi işləri dayandırılmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 337.1 və 337.2-ci maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarı: Əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilədən irəli gələrək Cavabdeh1 pulun tutulmasını, Cavabdeh1 isə müqavilənin etibarsız hesab edilməsini tələb etmişdir. Belə olan halda məhkəmə tərəflər arasında bağlanmış müqavilənin etibarlılığını yoxlamağı zəruri hesab edir. Araşdırılmış iş materiallarını və işin gedişatında dinlənilmiş şahid ifadələrinə əsaslanaraq məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi (borc müqaviləsi) etibarsızdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tikinti işləri ilə məşğul olan şəxsdir. Cavabdeh1 özünə məxsus torpaq sahəsini satması səbəbindən tərəflərin tanışlığı baş vermişdir. İddiaçı Cavabdeh1 məxsus torpaq sahəsinə baxış keçirən zaman onun torpağının tikinti üçün həcm olaraq balaca olmasını, həmin torpağın yan hissəsində yerləşən sahəni almaq istədiyini bildirmişdir. Cavabdeh1 torpaq sahəsinin "xxxx" ASC-nin balansında olduğunu bildirmiş və torpağın balansdan çıxarılması, eyni zamanda sənədləşdirmə işlərinin aparılması üçün vəsait tələb olunduğunu bildirmişdir. İddiaçı sənədləşmə ilə bağlı xərcləri ödəməyə razı olduğunu bildirərək vəsaiti müqavilə bağladıqdan sonra Cavabdeh1 verməyə razı olmuşdur. İş materiallarından görünür ki, tərəflər notarial qaydada müqaviləni bağlamış, iddiaçı 500.000 manat vəsaiti notariusun depozitinə qoymuş, Cavabdeh1 isə həmin vəsaiti şəxsən özü hesabdan götürmüşdür. Araşdırılmış iş materiallarına əsasən məhkəmə tərəflər arasında bağlanmış müqavilənin yalan əqd olması, əslində tərəflər arasında tapşırıq müqaviləsi ilə əhatə olunan münasibətlərin mövcud olması qənaətinə gəlmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Hazırkı iş üzrə Cavabdeh1 "xxxx" ASC-nin balansında olan torpaq sahəsinin balansdan çıxarılması və əmlak komitəsinin balansına verilməsi ilə bağlı məktubu məhkəməyə təqdim edərək hazırkı halın məhz danışıq əsasında həyata keçirildiyini bildirsə də, məhkəmə tərəfindən verilmiş sorğuda və eyni zamanda araşdırılmış digər iş materiallarında cavabdehin istinad etdiyi hala dəlalət edən sübutlar aşkarlanmamışdır. Torpaq sahəsinin "xxxx" ASC-nin balansından çıxıb əmlak komitəsinin balansına keçməsi halı mövcud olsa da bu halın məhz cavabdehlərin hərəkətləri nəticəsində baş verməsi müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı iddiaçının iddia tələbinin həcminin artıraraq müqavilə üzrə verilmiş vəsaitin Cavabdeh1la yanaşı A.Ağaşikiyevdən tələb edilməsi məhkəmədə bir daha əqdin borc müqaviləsi olmadığı qənaətinə gəlməyə əsas vermişdir. Cavabdeh1 iddiasında müqavilənin İddiaçı tapşırıqlarının icrası üçün bağlandığını, vəsaitin onun tərəfindən yox, A.Ağaşikiyev tərəfindən alınmasını, tapşırıq əsasında üzərinə götürülən hissənin icra edilməsini (torpağın "xxxx" ASC-nin balansından çıxıb əmlak komitəsinin balansına keçməsi) nəzərə alaraq müqavilənin etibarsız hesab edilməsini və pul vəsaitinin geri qaytarılması ilə bağlı tələbin rədd edilməsini xahiş etmişdir. Məhkəmə istinad olunanlara qiymət verərək hesab edir ki, nə qədər ki, araşdırma nəticəsində tapşırıq müqaviləsi ilə əhatə olunan hallar, yəni tapşırıq əsasında işlərin görülməsi halını aşkar edə bilməmişdir, belə olan halda məhkəmə 13 aprel 2021-ci il tarixli müqavilə etibarsız olduğuna görə tərəflərin əvvəlki vəziyyətinə qaytarılmalı olması qənaətinə gəlmişdir. Nə qədər ki, 13 aprel 2021-ci il tarixli kredit müqaviləsi məhkəmə tərəfindən etibarsız hesab edilmişdir, iddiaçının əsas borcla yanaşı 87.500 manat tələb etməsi, o cümlədən həmin məbləğin cavabdehlərdən birgə tutularaq iddiaçıya ödənilməsi hissəsində də iddia tələbi təmin edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı - İddiaçı ilə Cavabdeh1 arasında 13 aprel 2021-ci il tarixdə 500.000 manat məbləğində borcun verilməsinə dair kredit müqaviləsinin ləğv edilməsi və İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhər 40 saylı notariat kontorunda bağlanmış 13 aprel 2021-ci il tarixli kredit müqaviləsi ilə verilmiş 500.000 manat əsas borc, 87.500 manat məbləğində qanunvericiliyin tələbinə əsasən Milli Bankının uçot dərəcəsinə əsasən faiz borcunun, cəmi 587.500 manatın cavabdehlərdən birgə tutularaq iddiaçıya ödənilməsinə, ikinci iddia üzrə iddianın rədd olunmasına dair iddia ərizəsi rədd edilməli; Cavabdeh1 İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə iddia ərizəsi təmin edilməli, 13 aprel 2021ci il tarixli kredit müqaviləsi etibarsız hesab edilməli, tərəflər əvvəlki vəziyyətinə qaytarılmalı, Cavabdeh1 500.000 manat pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh1 və Cavabdeh2 ifadələrinə əsasən onların əməlində cinayət əlamətləri olduğundan barələrində xüsusi qərardad çıxarılaraq araşdırılması üçün prokurorluğa göndərilməsi hissəsi ilə bağlı qeyd edir ki, bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının öz izahatında xüsusi qərardad çıxarılmasını tələb etməsinə baxmayaraq, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Bu səbəbdən bu məsələyə qətnamənin nəticə hissəsində münasibət bildirilə bilməz. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı 877.50 manat, Cavabdeh1 isə 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, tərəflərin ödədiyi dövlət rüsumu onların özlərinə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı - İddiaçı ilə Cavabdeh1 arasında 13 aprel 2021-ci il tarixdə 500.000 manat məbləğində borcun verilməsinə dair kredit müqaviləsinin ləğv edilməsi və İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhər 40 saylı notariat kontorunda bağlanmış 13 aprel 2021-ci il tarixli kredit müqaviləsi ilə verilmiş 500.000 manat əsas borc, 87.500 manat məbləğində qanunvericiliyin tələbinə əsasən Milli Bankının uçot dərəcəsinə əsasən faiz borcunun, cəmi 587.500 manatın cavabdehlərdən birgə tutularaq iddiaçıya ödənilməsinə, ikinci iddia üzrə iddianın rədd olunmasına dair iddia ərizəsi rədd edilsin. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə iddia ərizəsi təmin edilsin. 13 aprel 2021-ci il tarixli kredit müqaviləsi etibarsız hesab edilsin. Tərəflər əvvəlki vəziyyətinə qaytarılsın. Cavabdeh1 500.000 (beş yüz min) manat pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-3917/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3917/2023
13.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver