Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3918/2024 10.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı - İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul tələbi” barədə kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən “Acer” markalı kompüter üçün 1.687,5 (bir min altı yüz səksən yeddi manat əlli qəpik) manat ödənilməmiş hissə, 168,5 (yüz altmış səkkiz manat əlli qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən “Samsung Galaxy S20 FE” markalı telefon üçün 908,62 (doqquz yüz səkkiz manat altmış iki qəpik) manat ödənilməmiş hissə, 90.38 (doxsan manat otuz səkkiz qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən “Samsung Galaxy A33” markalı telefon, “Samsung charger” markalı adapter üçün 850,63 (səkkiz yüz əlli manat altmış üç qəpik) manat ödənilməmiş hissə, 85,37 (səksən beş manat otuz yeddi qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən “Samsung Galaxy A13” markalı telefon, “Huawei band 6” markalı qol saatı üçün 484,78 (dörd yüz səksən dörd manat yetmiş səkkiz qəpik) manat ödənilməmiş hissə, 48,22 (qırx səkkiz manat iyirmi iki qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən “Xiaomi 11T” markalı telefon üçün 327,1 (üç yüz iyirmi yeddi manat on qəpik) manat ödənilməmiş hissə, 32,9 (otuz iki manat doxsan qəpik) manat cərimə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən “Samsung Galaxy A02S” markalı telefon üçün 40 (qırx) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə, cəmi 4.728 manat borc məbləği və 67,28 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il tarixli müqavilələrinə əsasən,“Acer” markalı kompüter, imei kodu **********24612 olan “Samsung Galaxy S20 FE” markalı telefon, imei kodu **********43772 olan “Samsung Galaxy A33” markalı telefon, “Samsung charger” markalı adapter, imei kodu **********64083 olan “Samsung Galaxy A13” markalı telefon, “Huawei band 6” markalı qol saatı, imei kodu **********40064 olan “Xiaomi 11T” markalı telefon, imei kodu **********12316 olan “Samsung Galaxy A02S” markalı telefon almışdır və nəticədə 4.728 (dörd min yeddi yüz iyirmi səkkiz) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuşdur və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1.937,5 (bir min doqquz yüz otuz yeddi manat əlli qəpik) manat (18 ay x 93,75 manat + 250 manat ilkin ödəniş) olan “Acer” markalı kompüter üçün 1.856 (bir min səkkiz yüz əlli altı) manat olmaqla ondan, 1.687,5 (bir min altı yüz səksən yeddi manat əlli qəpik) manat ödənilməmiş hissə, 168,5 (yüz altmış səkkiz manat əlli qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1.488,06 (bir min dörd yüz səksən səkkiz manat altı qəpik) manat (18 ay x 82.67 manat + 0 manat ilkin ödəniş), imei kodu **********24612 olan “Samsung Galaxy S20 FE” markalı telefon üçün 999 (doqquz yüz doxsan doqquz) manat olmaqla, ondan 908,62 (doqquz yüz səkkiz manat altmış iki qəpik) manat ödənilməmiş hissə, 90,38 (doxsan manat otuz səkkiz qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1.078,96 (bir min yetmiş səkkiz manat doxsan altı qəpik, 12 ay x 77.33 manat + 151 manat ilkin ödəniş), imei kodu **********43772 olan “Samsung Galaxy A33” markalı telefon, “Samsung charger” markalı adapter üçün 936 (doqquz yüz otuz altı) manat olmaqla, ondan 850,63 (səkkiz yüz əlli manat altmış üç qəpik) manat ödənilməmiş hissə, 85,37 (səksən beş manat otuz yeddi qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 582.48 (beş yüz səksən iki manat qırx səkkiz qəp) manat (12 ay x 48.54 manat + 0 manat ilkin ödəniş), imei kodu **********64083 olan “Samsung Galaxy A13” markalı telefon, “Huawei band 6” markalı qol saatı üçün 533 (beş yüz otuz üç) manat olmaqla ondan 484,78 (dörd yüz səksən dörd manat yetmiş səkkiz qəpik) manat ödənilməmiş hissə, 48,22 (qırx səkkiz manat iyirmi iki qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 787.08 (yeddi yüz səksən yeddi manat səkkiz qəp) manat (12 ay x 65.59 manat + 0 manat ilkin ödəniş), imei kodu **********40064 olan “Xiaomi 11T” markalı telefon üçün 360 (üç yüz altmış) manat olmaqla ondan 327,1 (üç yüz iyirmi yeddi manat on qəp) manat ödənilməmiş hissə, 32,9 (otuz iki manat doxsan qəp) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 327,7 (üç yüz iyirmi yeddi manat yetmiş qəpik) manat (18 ay x 17.4 manat + 14.5 manat ilkin ödəniş) olan (imei kod **********12316) “Samsung Galaxy S20 FE” markalı telefon üçün 44 (qırx dörd) manat olmaqla ondan 40 (qırx) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1.903,15 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, cavabdehin üzərinə düşən öhdəliklərin lazımınca icra edilməli olması rəsmi qaydada bildirildə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Cavabdeh məhkəməyə məlum olan yaşayış yeri üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və İddiaçı MMC-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Lakin cavabdeh göstərilən müddətdə iddiaçının tələbinə dair etirazlarını məhkəməyə bildirməmişdir. Məhkəmə ərizəni, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC (müqavilə üzrə “ABC”) ilə Cavabdeh (müqavilə üzrə “Müştəri”) arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 096521 saylı müqavilənin 1.1-ci maddəsinə əsasən İddiaçı MMC özünə məxsus olan əşyaları (müqavilə üzrə “Mal”) Müştəriyə müqavilədə göstərilən şərtlərlə verir. Müştəri isə “Mal”ı müqavilədə göstərilən şərtlərlə qəbul edir. “Samsung Galaxy A02S” markalı telefon həmin Müqavilənin 2.1-ci maddəsinə əsasən müqavilənin predmetini təşkil edən mallar və onlara məxsus fərdi əlamətlər siyahısında birinci qrafada göstərilmişdir. xx.xx.2021-ci il tarixli bildirişdə əks olunmuş əşyaların təhvil-təslim aktından görünür ki, “Samsung Galaxy A02S” markalı telefon xx.xx.2021-ci il tarixli 096521 saylı müqaviləyə əsasən Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli 096521 saylı müqaviləyə xx.xx.2021-ci il tarixli Əlavədə göstərilmiş ödəniş cədvəlinə əsasən hər ay 17,4 manat olmaqla xx.xx.2021-xx.xx.2023cü il tarixlərində pul ödənişlərin icra olunması nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, İddiaçı MMC (müqavilə üzrə “ABC”) ilə Cavabdeh (müqavilə üzrə “Müştəri”) arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 04091286 saylı müqavilənin 1.1-ci maddəsinə əsasən İddiaçı MMC özünə məxsus olan əşyaları (müqavilə üzrə “Mal”) Müştəriyə müqavilədə göstərilən şərtlərlə verir. Müştəri isə “Mal”ı müqavilədə göstərilən şərtlərlə qəbul edir. “Xiaomi 11T” markalı telefon həmin Müqavilənin 2.1-ci maddəsinə əsasən müqavilənin predmetini təşkil edən mallar və onlara məxsus fərdi əlamətlər siyahısında birinci qrafada göstərilmişdir. xx.xx.2022-ci il tarixli bildirişdə əks olunmuş əşyaların təhvil-təslim aktından görünür ki, “Xiaomi 11T” markalı telefon xx.xx.2022-ci il tarixli 04091286 saylı müqaviləyə əsasən Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli 04091286 saylı müqaviləyə xx.xx.2022-ci il tarixli Əlavədə göstərilmiş ödəniş cədvəlinə əsasən hər ay 65,59 manat olmaqla xx.xx.2022xx.xx.2023-cü il tarixlərində pul ödənişlərin icra olunması nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, İddiaçı MMC (müqavilə üzrə “ABC”) ilə Cavabdeh (müqavilə üzrə “Müştəri”) arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 02132297 saylı müqavilənin 1.1-ci maddəsinə əsasən İddiaçı MMC özünə məxsus olan əşyaları (müqavilə üzrə “Mal”) Müştəriyə müqavilədə göstərilən şərtlərlə verir. Müştəri isə “Mal”ı müqavilədə göstərilən şərtlərlə qəbul edir. “Samsung Galaxy A13 DS” markalı telefon və “Huawei band 6” markalı qol saatı həmin Müqavilənin 2.1-ci maddəsinə əsasən müqavilənin predmetini təşkil edən mallar və onlara məxsus fərdi əlamətlər siyahısında birinci qrafada göstərilmişdir. xx.xx.2022-ci il tarixli bildirişdə əks olunmuş əşyaların təhvil-təslim aktından görünür ki, “Samsung Galaxy A13 DS” markalı telefon və “Huawei band 6” markalı qol saatı xx.xx.2022-ci il tarixli 02132297 saylı müqaviləyə əsasən Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli 02132297 saylı müqaviləyə xx.xx.2022-ci il tarixli Əlavədə göstərilmiş ödəniş cədvəlinə əsasən hər ay 48,54 manat olmaqla xx.xx.2022xx.xx.2023-cü il tarixlərində pul ödənişlərin icra olunması nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, İddiaçı MMC (müqavilə üzrə “ABC”) ilə Cavabdeh (müqavilə üzrə “Müştəri”) arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 13682237 saylı müqavilənin 1.1-ci maddəsinə əsasən İddiaçı MMC özünə məxsus olan əşyaları (müqavilə üzrə “Mal”) Müştəriyə müqavilədə göstərilən şərtlərlə verir. Müştəri isə “Mal”ı müqavilədə göstərilən şərtlərlə qəbul edir. “Samsung Galaxy A33” markalı telefon və “Samsung 25W charger white” markalı adapter həmin Müqavilənin 2.1-ci maddəsinə əsasən müqavilənin predmetini təşkil edən mallar və onlara məxsus fərdi əlamətlər siyahısında birinci qrafada göstərilmişdir. xx.xx.2022-ci il tarixli bildirişdə əks olunmuş əşyaların təhvil-təslim aktından görünür ki, “Samsung Galaxy A33” markalı telefon və “Samsung 25W charger white” markalı adapter xx.xx.2022-ci il tarixli 13682237 saylı müqaviləyə əsasən Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli 13682237 saylı müqaviləyə xx.xx.2022-ci il tarixli Əlavədə göstərilmiş ödəniş cədvəlinə əsasən hər ay 77,33 manat olmaqla xx.xx.2022xx.xx.2023-cü il tarixlərində pul ödənişlərin icra olunması nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, İddiaçı MMC (müqavilə üzrə “ABC”) ilə Cavabdeh (müqavilə üzrə “Müştəri”) arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 02092416 saylı müqavilənin 1.1-ci maddəsinə əsasən İddiaçı MMC özünə məxsus olan əşyaları (müqavilə üzrə “Mal”) Müştəriyə müqavilədə göstərilən şərtlərlə verir. Müştəri isə “Mal”ı müqavilədə göstərilən şərtlərlə qəbul edir. “Acer Extensa” markalı kompüter həmin Müqavilənin 2.1-ci maddəsinə əsasən müqavilənin predmetini təşkil edən mallar və onlara məxsus fərdi əlamətlər siyahısında birinci qrafada göstərilmişdir. xx.xx.2022-ci il tarixli bildirişdə əks olunmuş əşyaların təhvil-təslim aktından görünür ki, “Acer Extensa” markalı kompüter xx.xx.2022-ci il tarixli 02092416 saylı müqaviləyə əsasən Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli 02092416 saylı müqaviləyə xx.xx.2022-ci il tarixli Əlavədə göstərilmiş ödəniş cədvəlinə əsasən hər ay 93,75 manat olmaqla xx.xx.2022xx.xx.2024-cü il tarixlərində pul ödənişlərin icra olunması nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, İddiaçı MMC (müqavilə üzrə “ABC”) ilə Cavabdeh (müqavilə üzrə “Müştəri”) arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilənin 1.1-ci maddəsinə əsasən İddiaçı MMC özünə məxsus olan əşyaları (müqavilə üzrə “Mal”) Müştəriyə müqavilədə göstərilən şərtlərlə verir. Müştəri isə “Mal”ı müqavilədə göstərilən şərtlərlə qəbul edir. “Samsung Galaxy S20 FE” markalı telefon həmin Müqavilənin 2.1-ci maddəsinə əsasən müqavilənin predmetini təşkil edən mallar və onlara məxsus fərdi əlamətlər siyahısında birinci qrafada göstərilmişdir. xx.xx.2022-ci il tarixli bildirişdə əks olunmuş əşyaların təhvil-təslim aktından görünür ki, “Samsung Galaxy S20 FE” markalı telefon xx.xx.2022-ci il tarixli ******* saylı müqaviləyə əsasən Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli ******* saylı müqaviləyə xx.xx.2022-ci il tarixli Əlavədə göstərilmiş ödəniş cədvəlinə əsasən hər ay 82,67 manat olmaqla xx.xx.2022xx.xx.2023-cü il tarixlərində pul ödənişlərin icra olunması nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1.687,5 (bir min altı yüz səksən yeddi manat əlli qəpik) manat ödənilməmiş hissə, 168,5 (bir yüz altmış səkkiz manat əlli qəpik) manat cərimə, cəmi 1.856 (bir yüz səkkiz yüz əlli altı) manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 908,62 (doqquz yüz səkkiz manat altmış iki qəpik) manat ödənilməmiş hissə, 90,38 (doxsan manat otuz səkkiz qəpik) manat cərimə, cəmi 999 (doqquz yüz doxsan doqquz) manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 850,63 (səkkiz yüz əlli manat altmış üç qəpik) manat ödənilməmiş hissə, 85,37 (səksən beş manat otuz yeddi qəpik) manat cərimə, cəmi 936 (doqquz yüz otuz altı) manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 484,78 (dörd yüz səksən dörd manat yetmiş səkkiz qəpik) manat ödənilməmiş hissə, 48,22 (qırx səkkiz manat iyirmi iki qəpik) manat cərimə, cəmi 533 (beş yüz otuz üç) manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 327,1 (üç yüz iyirmi yeddi manat on qəpik) manat ödənilməmiş hissə, 32,9 (ptuz iki manat doxsan qəpik) manat cərimə, cəmi 360 (üç yüz almış) manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 40 (qırx) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə, cəmi 44 (qırx dörd) manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı MMC xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il tarixli müqavilələr üzrə öhdəliklərin icrası ilə əlaqədar Cavabdeh xəbərdarlıq ünvanlanmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilələr əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin müddəalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Məhkəmə həmçinin iddianın cərimənin ödənilməsi barədə hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən cərimənin 02092416 saylı müqavilə üzrə 168,5 manat məbləğində deyil, 84,25 manat məbləğində, ******* saylı müqavilə üzrə 90,38 manat məbləğində deyil, 45,19 manat məbləğində, 13682237 saylı müqavilə üzrə 85,37 manat məbləğində deyil, 42,68 manat məbləğində, 02132297 saylı müqavilə üzrə 48,22 manat məbləğində deyil, 24,11 manat məbləğində, 04091286 saylı müqavilə üzrə 32,9 manat məbləğində deyil, 16,45 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə həmçinin iddianın 67,28 (altmış yeddi manat iyirmi səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1.687,5 (bir min altı yüz səksən yeddi manat əlli qəpik) manat ödənilməmiş hissə, 84,25 (səksən dörd manat iyirmi beş qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 908,62 (doqquz yüz səkkiz manat altmış iki qəpik) manat ödənilməmiş hissə, 45,19 (qırx beş manat on doqquz qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 850,63 (səkkiz yüz əlli manat altmış üç qəpik) manat ödənilməmiş hissə, 42,68 (qırx iki manat altmış səkkiz qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 484,78 (dörd yüz səksən dörd manat yetmiş səkkiz qəpik) manat ödənilməmiş hissə, 24,11 (iyirmi dörd manat on bir qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 327,1 (üç yüz iyirmi yeddi manat on qəpik) manat ödənilməmiş hissə, 16,45 (on altı manat qırx beş qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 40 (qırx) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə olmaqla, cəmi 4.515,31 (dörd min beş yüz on beş manat otuz bir qəpik) manat borc məbləği və 67,28 (altmış yeddi manat iyirmi səkkiz qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-nə ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-3918/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3918/2024
10.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver