Məhkəmə qərarları › İş №e-2(011)-3924/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3924/2025

14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3924/2025 14.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli, MPK6560907saylı və MPK6560912 saylı, xx.xx.2022-ci il tarixli, MPK6345859 saylı borc müqavilələrinə əsasən, 1428 manat əsas borc, 35 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 1463 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2022-ci il tarixli, MPK6560907saylı və MPK6560912 saylı, xx.xx.2022-ci il tarixli, MPK6345859 saylı borc müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən, Cavabdeh ümumi dəyəri 2334 AZN olan məişət avadanlığı (avadanlıqları) əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1428 manat əsas borcu qalıb. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh xx.xx.2022-ci il tarixli, MPK6560907saylı və MPK6560912 saylı, xx.xx.2022-ci il tarixli, MPK6345859 saylı borc müqavilələri üzrə 1428 manat əsas borc, 35 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 1463 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MPK6560907 saylı borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçındən hissə-hissə ödəniş şərti ilə 1368 AZN məbləğində məişət avadanlığı əldə edib, əvvəlcədən ödəniş etməyib və 1368 AZN məbləği 12 ay müddətinə aylıq 114 AZN olmaqla, İddiaçınə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Təhvil-Təslim aktından görünür ki, Cavabdeh 1 ədəd MA WATCH APPLE 7, 45 MM BLUE adlı malı hissə-hissə ödəmə yolu ilə əldə etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, MPK6560912 saylı borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçındən hissə-hissə ödəniş şərti ilə 420 AZN məbləğində məişət avadanlığı əldə edib, əvvəlcədən ödəniş etməyib və 420 AZN məbləği 12 ay müddətinə aylıq 35 AZN olmaqla, İddiaçınə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Təhvil-təslim aktından görünür ki, Cavabdeh PANASONİC SC-UA3 adlı 1 ədəd məhsulu hissə-hissə ödəmə yolu ilə əldə etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, MPK6345859 saylı borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçındən hissə-hissə ödəniş şərti ilə 546 AZN məbləğində məişət avadanlığı əldə edib, əvvəlcədən ödəniş kimi 30 AZN ödəniş edib və qalan 516 AZN məbləği 12 ay müddətinə aylıq 43 AZN olmaqla, İddiaçınə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Təhvil-təslim aktından görünür ki, Cavabdeh SAMSUNG A13 64GB BLACK adlı 1 ədəd məhsulu hissə-hissə ödəmə yolu ilə əldə etmişdir. İş materiallarında olan məktubdan (pretenziya) görünür ki, iddiaçı cavabdeh xx.xx.2025-ci il tarixində bildiriş göndərməklə ondan məktub ünvana daxil olduğu vaxtdan 3 iş günü müddətində ümumi borcu olan 1428 manat pul məbləğini iddiaçıya ödəməsini tələb etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Maliyyə arayışı”-ndan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MPK6560907 saylı borc müqaviləsi üzrə ödənilməmiş 798 manat, xx.xx.2022-ci il tarixli, MPK6560912 saylı borc müqaviləsi üzrə ödənilməmiş 245 manat, xx.xx.2022-ci il tarixli, MPK6345859 saylı borc müqaviləsi üzrə 385 manat, ümumilikdə isə 1428 manat əsas (qalıq) borcu vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı Dövlət rüsumunun ödənilməsi haqqında Mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh ilə İddiaçı MMC arasında ümumi dəyəri 2334 manat olan məişət avadanlıqlarının cavabdehə satılması barədə xx.xx.2022-ci il tarixli, MPK6560907saylı və MPK6560912 saylı, xx.xx.2022-ci il tarixli, MPK6345859 saylı borc müqavilələri bağlanmış, həmin müqavilələr üzrə təhvil-təslim aktlarında cavabdehin avadanlıqları əldə etməsi qeyd olunmuş, cavabdehin həmin əşyalara dair 1428 manat əsas borcu qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış borc müqaviləsinə əsasən cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Bununla belə, əşyaya görə qalıq borca görə cavabdehin öhdəliklərini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, bağlanmış xx.xx.2022-ci il tarixli, MPK6560907saylı və MPK6560912 saylı, xx.xx.2022-ci il tarixli, MPK6345859 saylı borc müqavilələrinə əsasən, ümumilikdə ödənilməmiş 1428 manat borc və dövlət rüsumuna görə ödənilmiş 35 manat Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1428 (min dörd yüz iyirmi səkkiz) manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 35 (otuz beş) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar