Məhkəmə qərarları › İş №e-2(011)-3928/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3928/2025

15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3928/2025 15.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 5959,6 manat əsas, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum, 595,96 manat cərimə borcunun, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2838 manat əsas borc, 283,8 manat cərimə borcunun, ümumilikdə 9700,96 manat borcun və 117,01 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı MMC ilə bağlanmış müqavilələrin şərtlərini pozmuş və nəticədə onun İddiaçı MMC-yə qeyd olunan məbləğdə borcu yaranmışdır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, İddiaçı ASC ilə müqavilə bağlasa da götürdüyü malları ortaq tanışları vasitəsi ilə 5 aya yaxın tanış olduğu Orxan Əliyev kimi tanıdığı şəxsə vermişdir, həmin şəxs onu aldadaraq heç bir ödəniş etməmişdir. O, həmin şəxslə bağlı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə müraciət etdikdə məlum olmuşdur ki, Əliyev Orxan kimi tanıdığı şəxs əslində X1r, araşdırmadan sonra Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin müstəntiqi Orxan Abaslının xx.xx.2025-ci il tarixli Qərarına əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan: xx.xx.2024-cü il tarixli müqavilədən, müqavilənin tərkib hissəsi olan Əlavədən və təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 1200 manat ilkin ödəniş etməklə 18 ay müddətinə hər ay 331,09 manat hissə-hissə ödəniş etmək şərtilə, ümumilikdə dəyəri 7159,62 manat təşkil edən “İphone 15 Pro” markalı telefon və “İpad Pro 11” markalı planşetin alqı-satqısına dair müqavilə bağlanılmış və alıcı məhsulu tam qüsursuz halda təhvil almışdır. Müqavilənin 2.6-cı bəndinə əsasən müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. xx.xx.2024-cü il tarixli müqavilədən, müqavilənin tərkib hissəsi olan Əlavədən və təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 649,2 manat ilkin ödəniş etməklə 12 ay müddətinə hər ay 236,57 manat hissə-hissə ödəniş etmək şərtilə, ümumilikdə dəyəri 3488,04 manat təşkil edən “İphone 16 Pro” markalı telefonun alqısatqısına dair müqavilə bağlanılmış və alıcı məhsulu tam qüsursuz halda təhvil almışdır. Müqavilənin 2.6-cı bəndinə əsasən müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh öhdəliyini icra etməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. xx.xx.2025-ci il tarixli Arayışdan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh satılmış “İphone 15 Pro” markalı telefonun açılıb bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23,60 manat pul ödənilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdehin 5959,60 manat ödənilməmiş əsas borcu, 23,60 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsumun əvəzi və 595,96 manat cərimə borcu olmaqla, cəmi 6579,16 manat borcu, xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdehin 2838 manat ödənilməmiş əsas borcu və 283,80 manat cərimə borcu, cəmi 3121,80 manat borcu yaranmışdır. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli Qərarından görünür ki, Cavabdeh müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601-ci maddəsinə əsasən, əşyanın nisyə alınması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə cavabdehin “müqavilələr üzrə əldə etdiyi əşyaları Orxan adlı başqa şəxsə verdiyi və ödənişləri Orxanın həyata keçirəcəyi ilə bağlı razılaşdıqları” barədə dəlilinə münasibətdə qeyd edir ki, iş materialları ilə təsdiq olunur ki, hər iki müqavilə hazırki iş üzrə Cavabdeh arasında bağlanmışdır. Odur ki, Cavabdeh həmin müqavilələrdən irəli gələn münasibətlər üzrə iddiaçı qarşısında öhdəlik daşıyır və onunla üçüncü şəxs arasında olan hər hansı razılaşma ayrıca mülki hüquq münasibətlərinin predmeti olmaqla hazırki mübahisə predmetinə daxil deyil. Məhkəməyə təqdim olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilənin predmeti olan məhsulu cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində malı əldə etməsinə, həmin malın dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, öhdəliyin icrasından yayınmışdır. Məhkəmə hazırda cavabdehin xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 5959,6 manat ödənilməmiş əsas borcunun qaldığını və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat rüsumunun ödənilməsini nəzərə alaraq və xx.xx.2025-ci il tarixli alqısatqı müqaviləsi üzrə 2838 manat ödənilməmiş əsas borcunun qaldığını nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissələrdə təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, hər iki müqavilə üzrə cərimə borcu tənasübsüz surətdə yüksək olduğu üçün azaldılmalıdır. Cavabdehdən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 150 manat, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 80 manat dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 5959,6 manat əsas borc, 150 manat cərimə borcu, 23,6 manat İnnovativ Layihələr Mərkəzi rüsumu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2838 manat əsas borc, 80 manat cərimə borcu olmaqla, ümumilikdə iki müqavilə üzrə 9051,2 manat və 110,51 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMCyə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə

Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar