Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3939/2025 11.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 qızının iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “yaranmış borcun ödənilməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı – Əliyev Mehman Qəmbər oğlundan iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli BPM**********15 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 770,64 manat əsas borc və 4,76 manat faiz borcu olmaqla cəmi 775,40 manat məbləğində kredit borcunun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Tovuz filialı ilə Əliyev Mehman Qəmbər oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********15 saylı kredit müqaviləsinə əsasən Əliyev Mehman Qəmbər oğluna 21 ay müddətinə illik 20 faiz olmaqla 1260 (bir min iki yüz altmış) manat məbləğində nağd kredit verilmişdir. X5 Qəmbər oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Tovuz regional ASAN xidmət mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 5660 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum Əliyev Mehman Qəmbər oğlunun adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh xx.xx.2021-ci il tarixli, 2V-212 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın Qazax filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, Əliyev Mehman Qəmbər oğlunun xx.xx.2019-cu il tarixli BPM**********15 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 770,64 manat əsas borc və 4,76 manat faiz borcu olmaqla cəmi 775,40 manat məbləğində borcu qalmışdır. Cavabdeh, mərhum Əliyev Mehman Qəmbər oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi X1 qızı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməyinin səbəbi barədə məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC (müqavilə üzrə “Bank”) ilə Əliyev Mehman Qəmbər oğlu (müqavilə üzrə “Müştəri” və ya “Borc alan”) arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, BPM**********15 nömrəli kredit müqaviləsinə əsasən “Borc verən” ("xxxx" ASC) “Borc alana” (Əliyev Mehman Qəmbər oğlu) 21 ay müddətinə 1.260 manat məbləğində, kreditdən istifadəyə görə illik 20% ödəmək şərti ilə kredit verməyi, Borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Borc verənə ödəməyi, habelə kreditdən təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. İşin materiallarında olan maliyyə arayışından görünür ki, Əliyev Mehman Qəmbər oğlunun xx.xx.2019-cu il tarixli, BPM**********15 saylı nağd kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinədək 770,64 manat ödənilməmiş əsas, cəmi ödənilməmiş faizlər 4,76, borc üzrə cəmi tələb edilən məbləğ 775,40 manatdır. İşin materiallarından görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh kredit borcunun qaytarılmasına dair xx.xx.2024-cü il tarixli bildiriş ünvanlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, BPM**********15 saylı kredit müqaviləsinə 1 saylı Əlavədə göstərilmiş “kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli”ndən görünür ki, Əliyev Mehman Qəmbər oğlunun xx.xx.2019-xx.xx.2021-ci il tarixlərində hər ay 71,7 manat, xx.xx.2021-ci il tarixdə 69,33 manat məbləğində ödəniş etməsi (əsas borcun ödənişi və faiz ödənişinin cəmi) müəyyənləşdirilmişdir. İş materiallarında olan 16 iyun 2020-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, Əliyev Mehman Qəmbər oğlu xx.xx.2020-ci ildə ölmüşdür. İş materiallarında olan 18 fevral 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Əliyev Mehman Qəmbər oğlunun vərəsəsi Cavabdeh miras əmlakdan tam hissədə pay almalıdır. Miras əmlak "xxxx" ASC-nin 19 yanvar 2021-ci il tarixli, 157000/2-148 nömrəli məktubuna əsasən mərhum Əliyev Mehman Qəmbər oğluna məxsus 117,00 (bir yüz on yeddi manat sıfır qəpik) manat pul vəsaitindən ibarətdir. İş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddiaçı kredit üzrə hesablanmış borcu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Əliyev Mehman Qəmbər oğlu kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, o kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə borcun Əliyev Mehman Qəmbər oğlunın vərəsəsi olan Cavabdeh tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin iddianın 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının cavabdehdən tutulmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli BPM**********15 saylı kredit müqavisinə əsasən 770,64 (yeddi yüz yetmiş manat altmış dörd qəpik) manat əsas, 4,76 (dörd manat yetmiş altı qəpik) manat faiz borcu olmaqla, cəmi 775,40 (yeddi yüz yetmiş beş manat qırx qəpik) manat borc məbləği, 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-3939/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3939/2025
11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver