Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3940/2022 01.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” barədə ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 1.720,23 manat əsas kredit borcu, 254.23 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 1.974,46 manat məbləğdə vəsaitin, həmçinin 39.75 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış 07 yanvar 2020-ci il tarixli 20032-S125406/718629 saylı kredit limit müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə illik 150.000 manat məbləğində kredit limiti ayrılmışdır. 07 yanvar 2020-ci il tarixli 20032-S125406/718629 saylı kredit limit müqaviləsinə 07 yanvar 2020-ci il tarixli 1 saylı razılaşma imzalanaraq 07 aprel 2021-ci il tarixinədək illik 23 faiz haqq ödəmək məqsədilə 3.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış 07 yanvar 2020-ci il tarixli 032FİZAM71863102 saylı zaminlik müqaviləsinə əsasən, o, kredit limit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 07 yanvar 2020-ci il tarixli 20032-S125406/718629 saylı kredit limit müqaviləsinə bağlanılmış 07 yanvar 2020-ci il tarixli, 1 nömrəli razılaşma cavabdehin müraciəti əsasında 06 may 2020-ci il tarixdə restrukturizasiya olunaraq cavabdehin 06 sentyabr 2021-ci il tarixinədək, illik 23 faiz haqq ödəmək şərti ilə 2.652,57 manat məbləğində öhdəliyi yaranmışdır. Lakin öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 06 sentyabr 2021-ci il tarixə banka cəmi 1.974,46 manat borcu qalmışdır. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı ASC ilə bağlanmış 07 yanvar 2020-ci il tarixli 20032-S125406/718629 saylı kredit limit müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə illik 150.000 manat məbləğində kredit limiti ayrılmışdır. 07 yanvar 2020ci il tarixli 20032-S125406/718629 saylı kredit limit müqaviləsinə 07 yanvar 2020-ci il tarixli 1 saylı razılaşma imzalanaraq 07 aprel 2021-ci il tarixinədək illik 23 faiz haqq ödəmək məqsədilə 3.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış 07 yanvar 2020-ci il tarixli 032FİZAM71863102 saylı zaminlik müqaviləsinə əsasən, o, kredit limit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 07 yanvar 2020-ci il tarixli 20032-S125406/718629 saylı kredit limit müqaviləsinə bağlanılmış 07 yanvar 2020-ci il tarixli, 1 nömrəli razılaşma cavabdehin müraciəti əsasında 06 may 2020-ci il tarixdə restrukturizasiya olunaraq cavabdehin 06 sentyabr 2021-ci il tarixinədək, illik 23 faiz haqq ödəmək şərti ilə 2.652,57 manat məbləğində öhdəliyi yaranmışdır. Cavabdeh X1 ilə iddiaçı arasında 06 may 2020-ci il tarixli 032FİZAM71863103 saylı zaminlik müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdeh Razışlamada və Əlavələrdə qeyd olunmuş öhdəliklər icra olunmadığı və yaxud lazımi qaydada icra olunmadığı təqdirdə zaminlik müqaviləsi ilə məsuliyyət daşıdığını qəbul etmişdir. Cavabdeh borc barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə digər cavabdehin (zamin) mülki məsuliyyəti ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası MM-in 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh1 İddiaçı ASC ilə arasında bağlanmış kredit limit müqaviləsi əsasında kredit vəsaitindən istifadə edərək, üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq barədə öhdəlik götürmüşdür. Digər Cavabdeh2 isə zaminlik müqaviləsi əsasında Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış kredit limit müqaviləsi üzrə onun bank qarşısında öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı kredit müqaviləsi əsasında cavabdehlərdən öhdəliyin icrasını tələb etməkdə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1.720,23 manat əsas borc, 254.23 manat faiz borcu olmaqla, cəmi 1.974,46 manat pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iş materiallarından göründüyü kimi iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 39.75 manat məbləğində dövlət rüsumu ödəmişdir, iddia tələbi tam təmin olunduğundan cavabdehdən 39.75 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1.720,23 (bir min yeddi yüz iyirmi manat iyirmi üç qəpik) manat əsas borc, 254.23 (iki yüz əlli dörd manat iyirmi üç qəpik) manat faiz borcu olmaqla, cəmi 1.974,46 (bir min doqquz yüz yetmiş dörd manat qırx altı qəpik) manat pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 39.75 (otuz doqquz manat yetmiş beş qəpik) manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, onun surəti təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-3940/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3940/2022
01.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver