Məhkəmə qərarları › İş №e-2(011)-3967/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-3967/2022

17.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-3967/2022 17.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: “X1 Azərbaycan” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas məbləğ üzrə borc: 439.24 AZN (dörd yüz otuz doqquz manat iyirmi dörd qəpik) hesablanmış və ödənilməmiş faiz borcu 54.68 AZN (əlli dörd manat altmış səkkiz qəpik) cərimə borcu: 39.74 AZN (otuz doqquz manat yetmiş dörd qəpik) müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc:5.00 AZN (beş manat) bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri : 4.80 AZN (dörd manat səksən qəpik) cəmi borc:543.46 AZN (beş yüz qırx üç manat qırxaltı qəpik) məbləğində kredit kartı borcunun, və dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun, «X1 Azərbaycan» QSC-nin хeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə “X1 Azərbaycan” QSC-nin nümayəndəsi Nümayəndə elektron ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə vəfat etmişdir, bu səbəbdən mülki işin baxılmamış saxlanması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən, məhkəmə hesab edir ki, iddiaçı ərizənin baxılmamış saxlanması barədə ərizə verdiyindən “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar