Məhkəmə qərarları › İş №e-2(011)-3987/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3987/2023

21.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3987/2023 21.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul tələbi barədə” kiçik iddiaya dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 2.396,91 manat əsas, 1,28 manat faiz, 0 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 2.398,19 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 43,99 manat məbləğində vəsaitin tutulması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə cavabdeh arasında bağlanılmış xx.xx.2019-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 1% ödəmək şərtilə 3.770,33 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə, cavabdehin kredit müqaviləsi üzrə 8 may 2023-cü il tarixinə "xxxx" KB ASC-yə 2.396,91 manat əsas, 1,28 manat faiz, 0 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 2.398,19 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdeh məlum olan ünvanı üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və iddiaçı "xxxx" KB ASC-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir, lakin cavabdeh iddiaya dair etirazını məhkəməyə bildirməmişdir. Məhkəmə iddia ərizəsini və işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC (Bank) ilə Cavabdeh (Müştəri) arasında 1181rstDNG/19 saylı, xx.xx.2019-cu il tarixli güzəştli kredit və bank hesabı müqaviləsi bağanılmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə görə Bank “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq restrukturizasiya olunan kredit borcunun bu Müqavilənin 1.2-ci bəndində göstərilən qalıq məbləğini, 1.3-cü bənddə göstərilən müddətdə və faizlə Müştərinin mülkiyyətinə verir, həmçinin, ona bank hesabları açır, Müştəri isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. Müqavilənin 1.2-ci maddəsinə görə Bank tərəfindən Müştəriyə verilən kreditin məbləği 3.770,33 manat təşkil edir. Müqavilənin 1.3-cü maddəsinə görə kredit 60 ay müddətinə, xx.xx.2024-cü il tarixinədək, 12 ay güzəşt müddəti və komisyon haqqı 0 manat olmaqla, illik 1 faiz ödəmək şərtilə verilir. Müqavilənin 1.4-cü bəndinə görə kreditin məqsədli təyinatı: xx.xx.2013 tarixli 488tkİNG/13 saylı kredit müqaviləsi, xx.xx.2014 tarixli 3466nkİNG/14 saylı kredit müqaviləsi üzrə restrukturizasiya olunan kredit borcunun 3.770,33 manat qalıq məbləğinin ödənilməsidir. İş materiallarında olan 1181rstDNG/19 saylı kredit müqaviləsinə 1 saylı əlavədə göstərilmiş ödəniş cədvəli Cavabdeh tərəfindən imzalanmışdır. Həmin cədvələ əsasən xx.xx.2019-xx.xx.2024-cü il tarixlərində cəmi 3.886,16 manat ödənişin (3.770,33 manat əsas məbləğ və 115,83 manat faiz məbləği) həyata keçirilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan UB-BANK/PİKMD/1101805 saylı xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh "xxxx" ASC-nə 1181rstDNG/19 saylı müqavilə üzrə 2.396.91 manat məbləğində əsas, 1.28 manat faiz, 0 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 2.398.19 manat məbləğində kredit borcu vardır. İş materiallarında olan "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh göndərilmiş bildirişin surətindən görünür ki, Cavabdeh 1181rstDNG/19 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas borcu və ona hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında müəyyən edilmiş əsas məbləğ üzrə ödənişləri və faizləri qaytarmaq öhdəliyini lazimi qaydada icra etməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 43,99 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul tələbi barədə” iddia ərizəsi təmin edilsin. 1181rstDNG/19 saylı, xx.xx.2019-cu il tarixli güzəştli kredit və bank hesabı müqaviləsi üzrə 2.396,91 (iki min üç yüz doxsan altı manat doxsan bir qəpik) manat əsas, 1,28 (bir manat iyirmi səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 2.398,19 (iki min üç yüz doxsan səkkiz manat on doqquz qəpik) manat borc məbləği və dövlət rüsumu olaraq ödənilmiş 43,99 (qırx üç manat doxsan doqquz qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar