Məhkəmə qərarları › İş №e-2(011)-3994/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3994/2025

11.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3994/2025 11.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı – Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli BPM**********60 saylı tam kart çərçivə müqaviləsinə əsasən, nağd kredit borcu üzrə - 104,49 manat əsas və 14,15 manat faiz borcu, xx.xx.2020-ci il tarixli, BPM**********60 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən, tam kart borcu üzrə banka ödənilməmiş – 216,42 manat olmaqla, ümumilikdə 376,42 manat, ümumilikdə 335,06 manat borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə cavabdeh Babayeva Rəhimə Əbdül qızı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********60 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 24 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə hesablanmaqla, 2.500 manat məbləğində nağd kredit verilmişdir. Həmçinin, "xxxx" ASC ilə cavabdeh Babayeva Rəhimə Əbdül qızı arasında bağlanmış xx.xx.2020ci il tarixli, BPM**********60 nömrəli kredit müqaviləsinə əsasən Babayeva Rəhimə Əbdül qızına illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 400 manat məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X2 Əbdül qızı xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 18 saylı Notariat ofisi tərəfindən verilən məlumata əsasən Babayeva Rəhimə Əbdül qızının mirasını qəbul etmiş vərəsə Cavabdeh müraciəti əsasında xx.xx.2022-ci il tarixdə vərəsəlik işi açılmış, lakin vərəsəlik şəhadətnaməsi verilməmişdir. Maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2020-ci il tarixli, BPM**********60 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən, nağd kredit borcu üzrə banka ödənilməmiş– 104,49 manat əsas və 14,15 manat faiz borcu olmaqla, cəmi 118,64 manat borcu qalmışdır. Eyni zamanda, Cavabdeh xx.xx.2020-ci il tarixli, BPM**********60 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən tam kart borcu üzrə banka ödənilməmiş – 216,42 manat borcu qalmışdır. Cavabdeh Babayeva Rəhimə Əbdül oğlunun vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh borcun qaytarılması haqqında bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti 335,06 manat olduğundan, 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı ödənilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməyinin səbəbi barədə məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC (müqavilə üzrə “Bank”) ilə Babayeva Rəhimə Əbdül qızı (müqavilə üzrə “Müştəri” və ya “Borc alan”) arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, BPM**********60 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən Bank Müştərinin adına ikitərəfli ödəniş kartını buraxmağı, Müştərinin adına bank hesablarını açmağı, müştəriyə tam kartın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim etməklə 15.000 manat məbləğinədək, kreditdən istifadəyə görə illik 24%-dək ödəmək şərtilə kredit limitini ayırmağı, Müştəri isə Tam kart, eləcə də hesablar vasitəsilə aıparılmış əməliyyatlara, o cümlədən Tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarını qaytarmağı və ona hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürür. İşin materiallarında olan maliyyə arayışından görünür ki, Babayeva Rəhimə Əbdül qızının xx.xx.2020-ci il tarixli, BPM**********60 saylı tam kart çərçivə müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinədək 104,49 manat ödənilməmiş əsas, cəmi ödənilməmiş faizlər 14,15, borc üzrə cəmi tələb edilən məbləğ 118,64 manatdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, BPM**********60 saylı kredit müqaviləsinə 1 saylı Əlavədə göstərilmiş “kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli”ndən görünür ki, Babayeva Rəhimə Əbdül qızının xx.xx.2020-xx.xx.2022-ci il tarixlərində hər ay 124,82 manat, xx.xx.2022-ci il tarixdə 124,44 manat məbləğində ödəniş etməsi (əsas borcun ödənişi və faiz ödənişinin cəmi) müəyyənləşdirilmişdir. İş materiallarında olan 21 noyabr 2022-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Babayeva Rəhimə Əbdül qızı xx.xx.2022-ci ildə ölmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 146 nömrəli Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfat Departamenti 1 saylı Xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 122 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən Cavabdeh verilən arayışın surətinən görünür ki, Cavabdeh G.Şıxlinski küçəsi, 42 saylı evin 50 nömrəli mənzilində qeydiyyatdadır. İş materiallarında olan 03 fevral 2018-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2018-ci ildə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfat Departamentinin xx.xx.2016-cı il tarixli, 27/16 saylı “Bakı şəhəri, General Şıxlinski küçəsi, 42 saylı evin 507 saylı mənzilinə R.Ə.Babayevanın adına kirayə müqaviləsinin bağlanılması haqqında” sərəncamının surətindən görünür ki, Bakı şəhəri, General Şıxlinski küçəsində yerləşən 42 saylı evin, yaşayış sahəsi 26,8 kv.metr olan 1 otaqlı 507 saylı mənzilinə 3 nəfər ailə üzvü ilə (özü, əri və oğlu) X1 adına kirayə müqaviləsinin bağlanılması və onun həmin mənzilin kirayəçisi hesab olunması; Qeyd olunan mənzilə R.Ə.Babayevanın adına şəxsi maliyyə hesabının açılması 1 saylı Xüsusi Təyinatlı MKTB-nin 122 saylı Mənzil-Kommunal İstismar Sahəsinə tapşırılması; Sərəncamın surətinin 1 saylı Xüsusi təyinatlı MKTB, 122 saylı MKİS-ə və vətəndaş R.Ə.Babayevaya göndərilməsi Departamentin Ümumi şöbəsinə tapşırılması haqqında sərəncam verilmişdir. İş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddiaçı kredit üzrə hesablanmış borcu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Babayeva Rəhimə Əbdül qızı kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, o kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə borcun Babayeva Rəhimə Əbdül qızının vərəsəsi olan Cavabdeh tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin iddianın 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının cavabdehdən tutulmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli, BPM**********60 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit borcu üzrə - 104,49 (bir yüz dörd manat qırx doqquz qəpik) manat əsas və 14,15 (on dörd manat on beş qəpik) manat faiz borcu, xx.xx.2020-ci il tarixli, BPM**********60 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən tam kart borcu üzrə ödənilməmiş – 216,42 (iki yüz on altı manat qırx iki qəpik) manat olmaqla, ümumilikdə 335,06 (üç yüz otuz beş manat altı qəpik) borc məbləği, 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı Cavabdeh tutularaq iddiaçı "xxxx" ASCnə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar