Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4005/2022 04.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı 25 fevral 2011-ci il təvəllüdlü övladı X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün aylıq qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin, 60 manat mediasiya xərcinin və 100 manat hüquqi yardım haqqının cavabdehdən onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin mübahisəsiz hallarına görə tərəflərin birgə nikahından bir övladları – xx.xx.2011ci il təvəllüdlü X2 doğulmuşdur. Tərəflərin nikahı Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4364/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsi ilə pozulmuş birgə niakhlarından doğulan xx.xx.2011-ci il təvəllüdlü X1 iddiaçının yanında saxlanılması qət edilmişdir. Sonuncu dəfə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)- 2166/2018 saylı qətnaməsi ilə alimentin məbləği dəyişdirilərək uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərmişdir ki, cavabdehlə aralarında 12 iyun 2010-cu il tarixdən etibarən nikah münasibətləri mövcud olmuşdur. Həmin nikahdan bir övladları dünyaya gəlmişdir. 28 noyabr 2012-ci il tarixdə Xətai Rayon Məhkəməsinin 2(011)-4364/2012 nömrəli qətnaməsi ilə nikahları pozulmuş və övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdedən hər ay 87 manat sabit pul məbləğində alimentin xeyrinə tutulması barədə qətnamə çıxarılmışdır. Xətai Rayon Məhkəməsinin 2(011 )-2575/2017 saylı, 22 fevral 2018-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq 154 manat müəyyən edilmişdir. Uşaq körpə olanda cavabdehin ödədiyi aliment ilə uşağın sağlam böyüməsini, sosial rifahının yüksək tutulmasını təmin edə bilirdi. Lakin hal-hazırda övladının təhsili, gündəlik tələbatları və sosial xərclərinin qarşılanması üçün cavabdehin ödədiyi aliment həddindən artıq azdır. Övladının saxlanılma xərcləri tək təhsil haqqı ilə məhdudlaşmır. Onun yaşı artdıqca tələbatları da artır. O, bir ana kimi övladının yaşayışını daim uca tutmağa çalışır. Bunun üçün ona maddi dəstək lazımdır. Cavabdehin hal-hazırda ödədiyi aliment miqdarı isə övladının nəinki təhsil haqqını, heç aylıq tələbatını da ödəmir. Cavabdeh isə övladının maddi tələbatını ödəmək üçün səy göstərmir. Halbuki, onun maddi imkanı yaxşıdır. Cavabdeh Bakı Nəqliyyat Agentliyində Sərnişindaşıma fəaliyyətinin tənzimlənməsi şöbəsinin Taksi fəaliyyətinin tənzimlənməsi sektorunda baş məsləhətçi vəzifəsində çalışır və onun aylıq vəzifə maaşı 1300 manat təşkil edir. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxışı zamanı ikinci nikahından da övladının olduğunun nəzərə alınmasını və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. İddiaçı hazırkı iddia ilə əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin artırılmasını tələb edir və iddiasının əsas dəlili kimi qeyd edir ki, təyin edilmiş aliment uşağın daimi artan zəruri maddi ehtiyaclarını ödəmək üçün yetərli deyil. Məhkəmə iddiaçının göstərdiyi dəlililə bağlı qeyd edir ki, alimentin sonradan dəyişdirilməsinin qanuni əsasları Ailə Məcəlləsinin 112.1.-ci maddəsində müəyyən edilmişdir. Həmin maddəyə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göstərilən müddəadan da görünür ki, qanun məhkəmə tərəfindən alimentin müəyyən edildikdən sonra onun miqdarının dəyişməsinin zərurliyini tərəflərdən birinin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliklə şərtləndirilmişdir. Göstərilən müddəada birbaşa nəzərdə tutulmasa da, lakin uşaq hüquqları ilə bağlı digər qanunvericilik müddəalarında uşaqların maddi təminatının ən azı minimum yaşayış səviyyəsindən artıq olmasını müəyyən etmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Nəzərə alınmalıdır ki, tərəflərin birgə nikahlarından doğulmuş uşağın saxlanılması barədə sonuncu qətnamə qəbul edildikdən sonra, yəni 2018-ci il tarixdən bəri uşaqların saxlanması üçün minumum xərclər artırılmışdır. İş materiallarında olan Bakı Nəqliyyat Agentliyinin xx.xx.2022-ci il tarixli 09-xxxx/00581 saylı məktubu ilə müəyyən olunur ki, cavabdeh Bakı Nəqliyyat Agentliyinin Sərnişindaşıma faəliyyətinin tənzimlənməsi şöbəsinin Taksi fəaliyyətinin tənzimlənməsi sektorunda baş məsləhətçi vəzifəsində işləyir və aylıq vəzifə maaşı 1300 manat təşkil edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda məhkəmə tərəfindən aliment tutulur. Qeyd edilən qanunvericilik normalarının müəyyən etdiyi imperativ qaydaya əsasən alimentin ödənilməsi barədə tərəflər arasında razılıq olmadıqda, birinci növbədə aliment uşaqdan ayrı yaşayan valideynin qazancından və ya başqa gəlirlərindən, uşaqların sayından asılı olaraq, hissəvi tutulur. İş materiallarında olan Bakı Nəqliyyat Agentliyinin xx.xx.2022-ci il tarixli 09-xxxx/00581 saylı məktubu ilə müəyyən olunur ki, cavabdeh Bakı Nəqliyyat Agentliyinin Sərnişindaşıma faəliyyətinin tənzimlənməsi şöbəsinin Taksi fəaliyyətinin tənzimlənməsi sektorunda baş məsləhətçi vəzifəsində işləyir və aylıq vəzifə maaşı 1300 manat təşkil edir. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqların saxlanılması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilsə də, uşağın böyüməsi ilə onun xərclərinin və tələbtlarının da artması nəzərə alınmaqla, hazırda həmin aliment onun maddi tələbatlarının tam ödənilməsi üçün yetərli hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, artan xərclər nisbətində əvvəl müəyyən edilmiş aliment cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını da tam əhatə etmir. Odur ki, uşağın saxlanılması üçün minimum yaşayış təminatının təmin edilməsinin zəruri olmasını, habelə uşağın maddi təminatının səviyyəsinin mümkün qədər yüksək saxlanılmasını məhkəmə nəzərə alaraq, iddiaçının hazırkı iddia tələbi məhkəməyə müraciət etməsini haqlı hesab edir. Məhkəmə cavabdehin ikinci dəfə nikaha daxil olması və həmin nikahdan da bir övladının olmasının nəzərə alınması dəlili ilə bağlı qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanması üçün alimentin artırılması barədə sonuncu məhkəmə qətnaməsi xx.xx.2018-ci il tarixdə olmuşdur. Cavabdehin ikinci nikahından olan övladı isə xx.xx.2016-cı il tarixdə doğulmuşdur. Göründüyü kimi, cavabdehin ikinci nikahından övladı doğulduqdan sonra iddiaçının tələbi ilə Yağmurun saxlanması üçün tutulan alimentin məbləği artırılmışdır. Digər bir tərəfdən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehdən aliment sabit pul məbləğində (hər ay 154 manat) tutulsa da, hazırda cavabdehin rəsmi qazancı vardır və onun maddi vəziyyəti daha da yaxşılaşmışdır. Bu halda, onun qazancının ¼ hissəsi məbləğində alimentin tutulması ikinci nikahdan olan övladının mənafelərinə xələl gətirə bilməz. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə mediasiya xərcinin cavabdehdən tutulması məsələsinə münasibətdə hesab edir ki, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduqlarından və cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması üçün əsaslar məhkəmə tərəfindən müəyyən olunmadığından, ilkin mediasiya sessiyası keçirilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi hüquqi yardım haqqının tutulması hissəsində də əsaslıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı “VMN” vəkil bürosuna 100 manat məbləğində hüquqi xidmət xərci ödəmişdir. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, alimentin tutulma müddəti mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırki mülki iş üzrə cavabdehdən tutulan alimentin artırılmış hissəsinin 1 illik məcmusunun 396 manat olduğu nəzərə alınarsa, cavabdehdən tutulan dövlət rüsmunun 30 manat olduğu müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda ödəniləcək dövlət rüsumu 30 manat məbləğində təşkil edir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-2166/2018 saylı qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək, xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Hüquqi xidmət üçün ödənilən 100 manat və 60 manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №e-2(011)-4005/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4005/2022
04.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver