Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4010/2022 30.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı – xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********95395 “İPhone 12 Pro Max” markalı telefon üçün 2923 manat ödənilməmiş hissə, 873 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, “Apple” markalı saat üçün 1420,40 manat ödənilməmiş hissə, 355,60 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, “Apple” markalı saat, JBL qulaqcıq üçün 1187 manat ödənilməmiş hissə, 361 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********09673 “X4 9 Pro” markalı telefon üçün 669 manat ödənilməmiş hissə, 205 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Philips Epilyator üçün 95 manat ödənilməmiş hissə, 32 manat cərimə borcu, ümumilikdə 8121 manat borc və 101,21 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, İMEİ Kodu **********95395 “İPhone 12 Pro Max” markalı telefon, “Apple” markalı saat, “Apple” markalı saat, JBL qulaqcıq, İMEİ Kodu **********09673 “X4 9 Pro” markalı telefon, Philips Epilyator almış və nəticədə 8121 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 4612 manat (15 ay 224,80 manat + 1240 manat ilkin ödəniş) İMEİ Kodu **********95395 “İPhone 12 Pro Max” markalı telefon üçün ümumilikdə, 3796 manat olmaqla ondan, 2923 manat ödənilməmiş hissə, 873 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 1659,40 manat (18 ay x 79,80 manat + 223 manat ilkin ödəniş) “Apple” markalı saat üçün ümumilikdə 1776 manat olmaqla ondan, 1420,40 manat ödənilməmiş hissə, 355,60 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 1535 manat (3 ay x 401 manat + 332 manat ilkin ödəniş) “Apple” markalı saat, JBL qulaqcıq üçün ümumilikdə 1548 manat olmaqla ondan, 1187 manat ödənilməmiş hissə, 361 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 735,20 manat (12 ay x 57,10 manat + 50 manat ilkin ödəniş) İMEİ Kodu **********09673 “X4 9 Pro” markalı telefon üçün ümumilikdə 874 manat olmaqla ondan, 669 manat ödənilməmiş hissə, 205 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alğısatqı qiyməti 126 manat (6 ay x 21 manat + 0 manat ilkin ödəniş) Philips Epilyator üçün ümumilikdə 127 manat olmaqla ondan, 95 manat ödənilməmiş hissə, 32 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2373,20 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsədə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə № 22217960 saylı, xx.xx.2021-ci il tarixdə № 22224599 saylı, xx.xx.2021-ci il tarixdə № 22245610 saylı, xx.xx.2021-ci il tarixdə № 22245042 saylı, xx.xx.2021-ci il tarixdə № 22252776 saylı müqavilələr bağlanmışdır. Göstərilən müqavilələrə əsasən İMEİ Kodu **********09673 “X4 9 Pro” markalı telefon, İMEİ Kodu **********95395 “İPhone 12 Pro Max” markalı telefon, “Apple” markalı saat, Philips Epilyator, “Apple” markalı saat, JBL qulaqcıq alqı ödəniş qrafikinə əsasən kredit yolu ilə satılmışdır. Ona borcun ödənilməsi barədə "xxxx" MMC tərəfindən xəbərdarlıq göndərilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən məcəllənin müddəalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Məhkəmə həmçinin iddianın cərimə pulunun ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə pulu əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən xx.xx.2021-ci il tarixli müqaviləyə görə cərimə pulunun 205 manat məbləğində deyil, 60 manat məbləğində, xx.xx.2021-ci il tarixli müqaviləyə görə cərimə pulunun 873 manat məbləğində deyil, 290 manat məbləğində, xx.xx.2021-ci il tarixli müqaviləyə görə cərimə pulunun 355,60 manat məbləğində deyil, 140 manat məbləğində, xx.xx.2021-ci il tarixli müqaviləyə görə cərimə pulunun 32 manat məbləğində deyil, 9 manat məbləğində, xx.xx.2021-ci il tarixli müqaviləyə görə cərimə pulunun 361 manat məbləğində deyil, 110 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq sayır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə həmçinin iddianın 101,21 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 17 yanvar 2021-ci il tarixli müqaviləyə görə 669 (altı yüz altmış doqquz) manat ödənilməmiş hissə, 60 (altmış) manat cərimə, 21 yanvar 2021-ci il tarixli müqaviləyə görə 2923 (iki min doqquz yüz iyirmi üç) manat ödənilməmiş hissə, 290 (iki yüz doxsan) manat cərimə, 30 yanvar 2021-ci il tarixli müqaviləyə görə 1420,40 (min dörd yüz iyirmi manat qırx qəpik) manat ödənilməmiş hissə, 140 (yüz qırx) manat cərimə, 30 yanvar 2021-ci il tarixli müqaviləyə görə 95 (doxsan beş) manat ödənilməmiş hissə, 9 (doqquz) manat cərimə, 02 fevral 2021-ci il tarixli müqaviləyə görə 1187 (min yüz səksən yeddi) manat ödənilməmiş hissə, 110 (yüz on) manat cərimə ümumilikdə 6903,40 (altı min doqquz yüz üç manat qırx qəpik) manat məbləğində borc pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMC-nə ödənilsin. 101,21 (yüz bir manat iyirmi bir qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №e-2(011)-4010/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4010/2022
30.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver