Məhkəmə qərarları › İş №e-2(011)-4020/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4020/2024

15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4020/2024 15.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı - İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı “pul tələbi barədə” kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-ci il tarixli 01137406 saylı, müddətli (nisyə) alqı-satqı müqavilə üzrə 1.772,5 manat əsas 531,7 manat cərimə olmaqla, cəmi 2.304,2 manat borc məbləği, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 648,9 manat əsas, 194,6 manat cərimə olmaqla, cəmi 843,5 manat borc məbləği, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 656,5 manat əsas, 196,9 manat cərimə olmaqla, cəmi 853,4 manat borc məbləği, xx.xx.2023-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 119,9 manat əsas, 35,9 manat cərimə olmaqla, cəmi 155,8 manat borc məbləği, xx.xx.2023-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 139,6 manat əsas, 41,8 manat cərimə olmaqla, cəmi 181,4 manat borc məbləği, xx.xx.2023-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 247,9 manat əsas, 74,3 manat cərimə olmaqla, cəmi 322,2 manat borc məbləği, ümumilikdə altı müqavilə üzrə 3.585,3 manat əsas, 1.075,2 manat cərimə olmaqla, 4.660,5 manat borc məbləğinin və 66,60 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-nə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, ********* saylı, xx.xx.2022-ci il tarixli, ********* saylı, xx.xx.2022-ci il tarixli, ********* saylı, xx.xx.2023-cü il tarixli, ********* saylı, xx.xx.2023-cü il tarixli, ********* saylı və xx.xx.2023-cü il tarixli, ********* saylı, müddətli (nisyə) alqısatqı müqavilələri bağlanılmışdır. Cavabdeh 01137406 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində onun İddiaçı MMC-nin qarşısında 1.772,5 manat əsas borc məbləği, 5.317 manat gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği kimi borc öhdəliyi yaranmışdır. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt 90%-dır. Cavabdeh tərəfindən ödənilməli olan 531,70 manat məbləğində cərimədir, tutulmalı olan cəmi məbləğ 2.304,20 manatdır. ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində isə cavabdehin İddiaçı MMC qarşısında 648,90 manat əsas borc məbləği, 1.946 manat gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği kimi borc öhdəliyi yaranmışdır. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt 90%-dır. Cavabdeh tərəfindən ödənilməli olan 194,60 manat məbləğində cərimədir, tutulmalı olan cəmi məbləğ 843,50 manatdır. ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində isə cavabdehin İddiaçı MMC qarşısında 656,50 manat əsas borc məbləği, 1.969 manat gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği kimi borc öhdəliyi yaranmışdır. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt 90%-dır. Cavabdeh tərəfindən ödənilməli olan 196,90 manat məbləğində cərimədir, tutulmalı olan cəmi məbləğ 853,40 manatdır. ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində isə cavabdehin İddiaçı MMC qarşısında 119,9 manat əsas borc məbləği, 359 manat gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği kimi borc öhdəliyi yaranmışdır. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt 90%-dır. Cavabdeh tərəfindən ödənilməli olan 35.90 manat məbləğində cərimədir, tutulmalı olan cəmi məbləğ 155,80 manatdır. ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində isə cavabdehin İddiaçı MMC qarşısında 139,60 manat əsas borc məbləği, 418 manat gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği kimi borc öhdəliyi yaranmışdır. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt 90%-dır. Cavabdeh tərəfindən ödənilməli olan 41,80 manat məbləğində cərimədir, tutulmalı olan cəmi məbləğ 181,40 manatdır. ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində isə cavabdehin İddiaçı MMC qarşısında 247,90 manat əsas borc məbləği, 743 manat gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği kimi borc öhdəliyi yaranmışdır. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt 90%-dır. Cavabdeh tərəfindən ödənilməli olan 74,30 manat məbləğində cərimədir, tutulmalı olan cəmi məbləğ 322,20 manatdır. Cavabdeh məlum olan ünvanı üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və İddiaçı MMC-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir, lakin cavabdeh iddiaya dair etirazını məhkəməyə bildirməmişdir. İş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixində müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən Satıcı 1 saylı Əlavədə göstərilmiş məhsulu, Alıcıya müəyyən nisyə satır, Alıcının isə müqavilədə nəzərədə tutulmuş şərtlərlə və qaydada əmlakı qəbul edib, Satıcıya pul ödəyir. xx.xx.2023-cü il tarixli, 01137406 saylı müqaviləyə 1 saylı əlavəyə uyğun olaraq “İphone 14 Pro 128GB Deep Purple” markalı telefon kredit yolu ilə satılmışdır. Əlavənin 3-cü bəndinə görə gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1% dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Həmin sənədlərdə qeyd edilmiş məhsulların təhvil-təslim aktından görünür ki, qeyd edilmiş məhsullar Cavabdeh tərəfindən təhvil alınmışdır. xx.xx.2023-cü il tarixli ödəniş cədvəlinə əsasən “İphone 14 Pro 128GB Deep Purple” markalı telefon üçün Cavabdeh tərəfindən 28 iyul 2024-cü il tarixinədək aylıq 148 manat, 28 avqust 2024-cü il tarixinə 144,58 manat məbləği ödənilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Cavabdeh 1.772,5 manat əsas, 5.317 manat cərimə, ümumilikdə 7.089,5 manat borcu var. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən Satıcı 1 saylı Əlavədə göstərilmiş məhsulu, Alıcıya nisyə satır, Alıcının isə müqavilədə nəzərədə tutulmuş şərtlərlə və qaydada əmlakı qəbul edib, Satıcıya pul ödəyir. xx.xx.2022-ci il tarixli, ********* saylı müqaviləyə 1 saylı əlavəyə uyğun olaraq “İphone 13 Pro Max 256GB Graphite” markalı telefon kredit yolu ilə satılmışdır. Əlavənin 3-cü bəndinə görə gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1% dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Həmin sənədlərdə qeyd edilmiş məhsulların təhvil-təslim aktından görünür ki, qeyd edilmiş məhsullar Cavabdeh tərəfindən təhvil alınmışdır. xx.xx.2022-ci il tarixli ödəniş cədvəlinə əsasən “İphone 13 Pro Max 256GB Graphite” markalı telefon üçün Cavabdeh tərəfindən 20 noyabr 2023-cü il tarixinədək aylıq 219 manat, 20 dekabr 2023-cü il tarixində 218,18 manat məbləği ödənilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh 648,9 manat əsas, 1.946 manat cərimə, ümumilikdə 2.594,90 manat borcu var. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən Satıcı 1 saylı Əlavədə göstərilmiş məhsulu, Alıcıya nisyə satır, Alıcının isə müqavilədə nəzərədə tutulmuş şərtlərlə və qaydada əmlakı qəbul edib, Satıcıya pul ödəyir. xx.xx.2022-ci il tarixli, ********* saylı müqaviləyə 1 saylı əlavəyə uyğun olaraq “İpad 10th 64GB Blue” markalı telefon kredit yolu ilə satılmışdır. Əlavənin 3-cü bəndinə görə gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1% dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Həmin sənədlərdə qeyd edilmiş məhsulların təhvil-təslim aktından görünür ki, qeyd edilmiş məhsullar Cavabdeh tərəfindən təhvil alınmışdır. xx.xx.2022-ci il tarixli ödəniş cədvəlinə əsasən “İpad 10th 64GB Blue” markalı telefon üçün Cavabdeh tərəfindən 7 may 2024-cü il tarixinədək aylıq 83 manat, 7 iyun 2024-cü il tarixində 75,78 manat məbləği ödənilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh 656,5 manat əsas, 1.969 manat cərimə, ümumilikdə 2.625,5 manat borcu var. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixində müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən Satıcı 1 saylı Əlavədə göstərilmiş məhsulu, Alıcıya nisyə satır, Alıcının isə müqavilədə nəzərədə tutulmuş şərtlərlə və qaydada əmlakı qəbul edib, Satıcıya pul ödəyir. xx.xx.2023-cü il tarixli, ********* saylı müqaviləyə 1 saylı əlavəyə uyğun olaraq “XM X2 Chef Rouge” markalı blender kredit yolu ilə satılmışdır. Əlavənin 3-cü bəndinə görə gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1% dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Həmin sənədlərdə qeyd edilmiş məhsulların təhvil-təslim aktından görünür ki, qeyd edilmiş məhsullar Cavabdeh tərəfindən təhvil alınmışdır. xx.xx.2023-cü il tarixli ödəniş cədvəlinə əsasən “XM X2 Chef Rouge” markalı blender üçün Cavabdeh tərəfindən 28 mart 2023-cü il tarixinədək aylıq 10 manat, 28 iyul 2024-cü il tarixində 9,99 manat məbləği ödənilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Cavabdeh 119,9 manat əsas, 359 manat cərimə, ümumilikdə 478,9 manat borcu var. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixində müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən Satıcı 1 saylı Əlavədə göstərilmiş məhsulu, Alıcıya nisyə satır, Alıcının isə müqavilədə nəzərədə tutulmuş şərtlərlə və qaydada əmlakı qəbul edib, Satıcıya pul ödəyir. xx.xx.2023-cü il tarixli, ********* saylı müqaviləyə 1 saylı əlavəyə uyğun olaraq “X1 Mi Watch 2 Lite” markalı qol saatı kredit yolu ilə satılmışdır. Əlavənin 3-cü bəndinə görə gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1% dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Həmin sənədlərdə qeyd edilmiş məhsulların təhvil-təslim aktından görünür ki, qeyd edilmiş məhsullar Cavabdeh tərəfindən təhvil alınmışdır. xx.xx.2023-cü il tarixli ödəniş cədvəlinə əsasən “X1 Mi Watch 2 Lite” markalı qol saatı üçün Cavabdeh tərəfindən 3 iyun 2023-cü il tarixinədək aylıq 10 manat, 3 noyabr 2024-cü il tarixində 9,69 manat məbləği ödənilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Cavabdeh 139,6 manat əsas, 418 manat cərimə, ümumilikdə 557,60 manat borcu var. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixində müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən Satıcı 1 saylı Əlavədə göstərilmiş məhsulu, Alıcıya nisyə satır, Alıcının isə müqavilədə nəzərədə tutulmuş şərtlərlə və qaydada əmlakı qəbul edib, Satıcıya pul ödəyir. xx.xx.2023-cü il tarixli, ********* saylı müqaviləyə 1 saylı əlavəyə uyğun olaraq “Samsung” markalı tozsoran kredit yolu ilə satılmışdır. Əlavənin 3-cü bəndinə görə gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1% dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Həmin sənədlərdə qeyd edilmiş məhsulların təhvil-təslim aktından görünür ki, qeyd edilmiş məhsullar Cavabdeh tərəfindən təhvil alınmışdır. xx.xx.2023-cü il tarixli ödəniş cədvəlinə əsasən “Samsung” markalı tozsoran üçün Cavabdeh tərəfindən 3 iyun 2023-cü il tarixinədək aylıq 18 manat, 3 noyabr 2024-cü il tarixində 13,99 manat məbləği ödənilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Cavabdeh 247,9 manat əsas, 743 manat cərimə, ümumilikdə 990,90 manat borcu var. İş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən borcun ödənilməsi barədə xəbərdarlıq ünvanlanmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilələr əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən məcəllənin müddəalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Məhkəmə həmçinin iddianın cərimə pulunun ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən xx.xx.2023-cü il tarixli müqaviləyə görə cərimənin 531,7 deyil, 265,8 manat; xx.xx.2022-ci il tarixli müqaviləyə görə cərimənin 194,6 deyil, 97,3 manat; xx.xx.2022-ci il tarixli müqaviləyə görə cərimənin 196,9 deyil, 98,45 manat; xx.xx.2023-cü il tarixli, ********* saylı müqaviləyə görə cərimənin 35,9 deyil; 17,90 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müqaviləyə görə cərimənin 41,8 deyil; 20,9 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müqaviləyə görə cərimənin 74,3 deyil, 37,10 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə həmçinin iddianın 66,60 (altmış altı manat altmış qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbləri qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1.772,5 (bir min yeddi yüz yetmiş iki manat əlli qəpik) manat əsas borc, 265,8 (iki yüz altmış beş manat səksən qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 648,9 (altı yüz qırx səkkiz manat doxsan qəpik) manat əsas borc, 97,3 (doxsan yeddi manat otuz qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqısatqı müqaviləsi üzrə 656,5 (altı yüz əlli altı manat əlli qəpik) manat əsas borc, 98,45 (doxsan səkkiz manat qırx beş qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 119,9 (bir yüz on doqquz manat doxsan qəpik) manat əsas borc, 17,90 (on yeddi manat doxsan qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 139,6 (bir yüz otuz doqquz manat altmış qəpik) manat əsas borc, 20,9 (iyirmi manat doxsan qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 247,9 (iki yüz qırx yeddi manat doxsan qəpik) manat əsas borc, 37,10 (otuz yeddi manat on qəpik) manat cərimə olmaqla, qeyd olunmuş altı müqavilə üzrə 3,585.3 (üç min əlli yüz səksən beş manat otuz qəpik) manat əsas borc, 537,45 (əlli yüz otuz yeddi manat qırx beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 4.122,75 (dörd min bir yüz iyirmi iki manat yetmiş beş qəpik) manat borc məbləği və 66,60 (altmış altı manat altmış qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-nə ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar