Məhkəmə qərarları › İş №e-2(011)-4060/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4060/2025

13.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4060/2025 13.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı – 14 noyabr 2024-cü il tarixində saat 11.00 radələrində, Bakı şəhər Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində Cavabdeh məxsus, X1 idarə etdiyi “Daewoo BS090” markalı, DQN 90MO496 olan avtobusun İddiaçı MMC-yə məxsus “İsuzu NPR 75L” markalı, DQN 99JL436 olan yük maşını ilə toqquşması nəticəsində “İsuzu NPR 75L” markalı, DQN 99JL436 olan yük maşınınına dəyən zərərin qalan hissəsini, yəni 11402 manat məbləğdə pul vəsaitinin və əlavə olaraq ödənilmiş məhkəmə rüsumunun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə tələbin həcminin artırılması barədə ərizə ünvanlayaraq 14 noyabr 2024-cü il tarixində saat 11.00 radələrində, Bakı şəhər Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində Cavabdeh məxsus, X1 idarə etdiyi “Daewoo BS090” markalı, DQN 90MO496 olan avtobusun İddiaçı MMC-yə məxsus “İsuzu NPR 75L” markalı, DQN 99JL436 olan yük maşını ilə toqquşması nəticəsində “İsuzu NPR 75L” markalı, DQN 99JL436 olan yük maşınına dəyən zərərin qalan hissəsini, yəni 11402 manat məbləğdə pul vəsaitinin, ödənilmiş 124,21 manat məhkəmə rüsumunun və əlavə olaraq "xxxx" MMCyə ödənilmiş 250 manat pul vəsaitinin Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, 14 noyabr 2024-cü il tarixində saat 11.00 radələrində X7 idarə etdiyi İddiaçı MMC-yə məxsus “İsuzu NPR 75L” markalı, DQN99JL436 olan yük maşını ilə Bakı şəhər Xəzər rayonu, Mərdəkan qəsəbəsi istiqamətindən Şağan qəsəbəsi istiqamətində hərəkət edərkən Şağan işıqforundan üzü şəhər istiqamətində hərəkətini davam etdirən zaman onunla eyni istiqamətdə və sağ zolaqla hərəkət edən sürücü X1 idarə etdiyi “Daewoo BS090” markalı, DQN 90MO496 olan, 141 saylı marşrut üzrə hərəkət edən avtobus sola manevr edərək yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuşdur. Qeyd edilən yol-nəqliyyat hadisəsi Bakı şəhər Xəzər RPİ-nin Təhqiqat Şöbəsi tərəfindən araşdırılmış və müəyyən edilmişdir ki, “Daewoo BS090” markalı, DQN 90MO496 olan avtobusun sürücüsü X4 İXM-nin 327.1-ci maddəsinin tələblərini pozaraq, yəni əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərək həmin hadisəni törətmişdir və X4 barədə 16 dekabr 2024-cü il tarixli, TP6919985 saylı Protokol tərtib edilərək həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-yə məxsus “İsuzu NPR 75L” markalı, DQN99JL436 yük maşınına 16402 manat (13900 manat + 2502 manat (18%ƏDV)) məbləğində ziyan dəymişdir. Qeyd edilən məbləğin 5000 manat məbləği Sığorta şirkəti tərəfindən qarşılanmışdır. Hesab edirik ki, qalan 11402 manat məbləği hadisənin törədən nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh tərəfindən ödənilməlidir Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia tələbinə uyğun ifadə verərək bildirmişdir ki, iddia tələbinin həcmi ekpertiza tədqiqatına ödənilmiş məbləğlə bağlı olaraq artırılmışdır. İddianın tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbi müəyyən edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2025-ci il tarixli, **********83 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 124,21 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli pretenziyaların surətlərindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh pretenziya göndərilmiş, dəymiş ziyanı 3 gün müddətində ödəməyəcəyi təqdirdə ziyanın ödənilməsi ilə bağlı iddiaçı tərəfindən məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İnzibati tənbeh vermə haqqında TP6919985 saylı, xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, X4 barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü seçilmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilən arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanında qeydiyyatdadır. xx.xx.2025-ci il tarixli məlumatdan görünür ki, PASHA İNSURANCE OJSC tərəfindən İddiaçı MMC-yə 5000 manat sığorta ödənişi edilmişdir. Şəhərdaxili və şəhərətrafı sərnişin avtonəqliyyat üçün yol vərəqəsindən görünür ki, yol vəsiqəsi X2 xx.xx.2024-cü il tarixə qədər verilmişdir. xx.xx.2024-cü il tarixli yük avtonəqliyyatı üçün yol vərəqindən görünür ki, X6 “İsuzu NPR 75L” markalı, DQN 99JL436 dövlət qeydiyyat nişanlı yük maşınını idarəetməsi üçün yol vəsiqəsi verilmişdir. xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə iştirakçıları “Daewoo BS090” markalı, DQN 90MO496 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hadisə baş verdiyi anda sürücüsü X4 və “İsuzu NPR 75L” markalı, DQN 99JL436 dövlət qeydiyyat nişanlı yük maşınının hadisə baş verdiyi anda sürücüsü X7 olan toqquşma yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin arayışın surətindən görünür ki, “Daewoo BS090” markalı, DQN 90MO496 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi AC677785//YASAMAL//2016- 05-26 saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən Cavabdeh olaraq qeyd edilmişdir. xx.xx.2025-ci il tarixli "xxxx" MMC qiymətləndirmə şirkəti tərəfindən verilən rəydən görünür ki, 99LJ436 dövlət qeydiyyat nişanlı, “İsuzu NPR 75L” yük markalı nəqliyyat vasitəsinə dəymiş ziyan 13900 manat təşkil edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, mülki işin materialları iş üzrə mütəxəssis rəyinin alınması üçün "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC-nin 02-114/25 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, 99LJ436 dövlət qeydiyyat nişanlı, “İsuzu NPR 75L” markalı yük maşınına qəza nəticəsində dəymiş zərərin məbləği (ehtiyyat hissələrinin qiyməti və təmir xərcləri nəzərə alınmaqla) 13400 manat müəyyən edilmişdir. Xidmət haqqı olaraq 250 manat İddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixli, HK-1/766 sayla qeydiyyata alınmış, yol-nəqliyyat hadisəsi faktına dair toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsinə qərar verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır. Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə mülki işin materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə hesab edir ki, yüksək təhlükə mənbəyi olan avtomobilin vurduğu zərər üçün məsuliyyəti, qanuni əsaslarla onun mülkiyyətçisi Cavabdeh daşımalıdır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin hallarından həmçinin müəyyən edilir ki, 99LJ436 dövlət qeydiyyat nişanlı, “İsuzu NPR 75L” yük markalı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, 99LJ436 dövlət qeydiyyat nişanlı, “İsuzu NPR 75L” yük markalı nəqliyyat vasitəsinə zərər Cavabdeh mülkiyyətçisi olduğu nəqliyyat vasitəsi onun işçisi - X4 əmək vəzifələrinin icrası zamanı idarə edildiyi zaman, sonuncunun səhvi ucbatından vurulduğundan, bununla da mülki hüquq pozuntusu (delikt) X4 tərəfindən törədildiyindən və mülki iş üzrə iddiaçı tərəfindən cavabdeh şəxs qismində Cavabdeh cəlb edildiyindən avtomobilinə dəymiş ziyan cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, mülki işin materialları iş üzrə mütəxəssis rəyinin alınması üçün "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC-nin 02-114/25 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, 99LJ436 dövlət qeydiyyat nişanlı, “İsuzu NPR 75L” markalı yük maşınına qəza nəticəsində dəymiş zərərin məbləği (ehtiyyat hissələrinin qiyməti və təmir xərcləri nəzərə alınmaqla) 13400 manat müəyyən edilmişdir. Həmçinin iş materiallarından görünür ki, PASHA İNSURANCE OJSC tərəfindən İddiaçı MMC-yə 5000 manat sığorta ödənişi edilmişdir. Odur ki, iddia təmin edilərək, Cavabdeh dəymiş ziyana görə 11402 manat, alınaraq iddiaçı MİLLA DAİRY” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, mülki işin materialları iş üzrə mütəxəssis rəyinin alınması üçün "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC-nin 02-114/25 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, 99LJ436 dövlət qeydiyyat nişanlı, “İsuzu NPR 75L” markalı yük maşınına qəza nəticəsində dəymiş zərərin məbləği (ehtiyyat hissələrinin qiyməti və təmir xərcləri nəzərə alınmaqla) 13400 manat müəyyən edilmişdir. Xidmət haqqı olaraq 250 manat İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın təmin edilmiş hissəsi 11402 manat olduğundan cavabdehdən 124,21 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 250 manat məbləğində pul vəsaiti də cavabdehdən alınaraq İddiaçınə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 11402 (on bir min dörd yüz iki) manat dəymiş ziyanın məbləği, İddiaçı tərəfindən mütəxəssis rəyinin alınması üçün ödənilmiş 250 (iki yüz əlli) manat və 124,21 (yüz iyirmi dörd manat iyirmi bir qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 11776,21 (on bir min yeddi yüz yetmiş altı manat iyirmi bir qəpik) manat tutularaq İddiaçına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar