Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4068/2025 11.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4, nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11000 manat zərərin və dövlət rüsumu kimi ödənilmiş 123 manatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra dəqiqləşmə barədə ərizə təqdim edərək, Cavabdeh 15400 manat zərərin və dövlət rüsumu kimi ödənilmiş 136,20 manatın alınaraq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Bakı şəhəri 32 saylı notariat ofisində xx.xx.2022-ci ildə reyestrdə 4Ə-196 No ilə qeyd olunmaqla təsdiq edilmiş alqısatqı müqaviləsinə əsasən Cavabdeh Bakı şəhəri, ünvan 3, mənzil 82 ünvanında yerləşən və ümumi sahəsi 145 kv.m olan 3 otaqlı mənzili İddiaçı satıb və mənzilin satış qiyməti notariusun bankda olan depozit hesabı vasitəsilə cavabdehə ödənilib. İddiaçının mənzilə mülkiyyət hüququ xx.xx.2022-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeyd alınıb və mənzil hazırda iddiaçının mülkiyyətindədir. Alqı-satqı müqaviləsinin 11-ci bəndinə istinadən cavabdeh mənzili xx.xx.2022-ci ilədək iddiaçının faktiki sahibliyinə vermədiyi üçün iddiaçı cavabdehə qarşı əmlakın qanunsuz sahiblikdən alınması (mənzildən çıxarılma) tələbinə dair iddia ərizəsi ilə Binəqədi rayon məhkəməsinə müraciət edib və həmin məhkəmənin xx.xx.2024-cü il tarixli e-2(001)-224/2024 No-li qətnaməsi ilə iddia təmin olunaraq cavabdehin mənzilindən əşyaları ilə birlikdə çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət olunub. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra vərəqəsi verilərək icraya yönəldilib və cavabdehin özünün də iştirakı ilə xx.xx.2024-cü ildə mənzil iddiaçıya təhvil verilib, lakin mənzildəki əşyalar çıxarılmayıb. Binəqədi rayon şöbəsinin icra məmurlarının və tərəflərin iştirakı ilə tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktla cavabdehin mənzildən çıxarkən götürməkdən imtina etdiyi özünə məxsus əmlaklar siyahıya alınaraq saxlanılması üçün ona verilib. 10 aydan artıq vaxt keçməsinə və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh özünə məxsus olan əşyaları mənzildən çıxarmaqdan imtina edib. Qeyd edir ki, ona saxlanca verilən əmlakların israf olunmasına, özgəninkiləşdirilməsinə, gizlədilməsinə, dəyişdirilməsinə görə cinayət məsuliyyəti daşıdığı üçün iddiaçı mənzili həmin əmlaklar oradan çıxarılmadan icarəyə vermək və icarədən gəlir əldə etmək imkanından məhrum olunub. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 104/Mİ/24 saylı mütəxəssis rəyinə əsasən mənzilin icarə qiyməti aylıq 1100 AZN olub. İddiaçı mənzili aylıq 1100 manata icarəyə versəydi, 2024-cü ilin iyun ayından 2025-ci ilin avqusat ayınadək olan 14 ay ərzində 15400 manat gəlir əldə edə bilərdi . Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, sözügedən əmlak ilə bağlı mübahisə mövcuddur. Həmin əmlakı Cavabdeh satmamışdır. İddiaçı əri X8 aldatmışdır. Hazırda da Binəqədi rayon Prokurorluğunda bununla bağlı iş vardır. Bundan əlavə İddiaçı tərəfindən mənə mənzildə olan əşyaların çıxarılması barədə müraciət edilməmişdir. Həmçinin həmin əşyaların orda qalması İddiaçı mənzili icarəyə verməyə mane olmamışdır. Bununla bağlı Cavabdeh tərəfindən İddiaçı mənzili kirayə verməsinə razılıq da bildirilmişdir. Lakin İddiaçı qəsdən mənzili kirayəyə verməyir ki, Yaşar Dadaşova qarşı iddia qaldırsın. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh Bakı şəhəri, ünvan 2, mənzil 82 (Yeni qaydalarla: AZ1106, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 145 kv/m olan mənzili İddiaçı satmışdır. Həmin müqavilənin 11-ci maddəsindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixinədək İddiaçı faktiki sahibliyinə verməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 16-cı maddəsindən görünü ki, müqavilə imzalandıqdan sonra tərəflərdən biri öz müqavilə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, o cümlədən icranı gecikdirdikdə o, bununla bağlı digər tərəfə dəbbə pulu ödəməlidir. Dəbbə pulunun miqdarını tərəflər müəyyən edə bilər. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri PHŞ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 82 saylı mənzil (Yeni qaydalarla: AZ1106, ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(001)-224/2024 saylı qətnaməsi ilə Cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Eldar Babayev küçəsi 3024-cü məhəllə, 4V saylı evin 82 saylı (yeni qaydalarla: AZ 1106, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 22-ci Dağlıq küçəsi 16, M14, m3) ümumi sahəsi 145 m2 olan mənzilindən əşyaları ilə birlikdə çıxarılması, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Eldar Babayev küçəsi 3024- cü məhəllə, 4V saylı evin 82 saylı (yeni qaydalarla: AZ 1106, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 22-ci Dağlıq küçəsi 16, M14, m3) ümumi sahəsi 145 m2 olan mənzili boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)- 3898/2024 saylı qərardadından görünür ki, Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-224/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilməməsi barədə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadından vermiş olduğu şikayəti təmin edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 224/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, X2 məhkəmənin 2(001)- 224/2024 saylı işi üzrə maraqlarına toxunan şəxs qismində tanınması barədə ərizəsi təmin edilməmiş və onun tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(011)-6160/2024 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsi, 3024-cü məhəllə, 4V nömrəli evin 82 nömrəli mənzilindən xx.xx.2022-ci ildən xx.xx.2024-cü ilədək olan dövrdə faktiki istifadəyə görə 19200 manat haqqın alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli iltizamdan görünür ki, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 82 nömrəli mənzildə Cavabdeh məxsus olan əmlaklar siyahıya alınaraq İddiaçı səlahiyyətli nümayəndəsi olan X1 verilmiş və Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 82 nömrəli mənzili X6 xx.xx.2024-cü ildə təhvil almışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, cavabdeh mənzildən çıxarkən özünə məxsus əmlakları götürməkdən imtina edib və həmin əmlaklar siyahıya alınaraq saxlanılması üçün tələbkarın səlahiyyətli nümayəndəsi olan X5 verilib. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 104/Mİ/24 saylı mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 82 nömrəli mənzilin aylıq kirayə haqqı 2022-ci ilin may ayı üçün 650 AZN, iyun ayı üçün 650 AZN, iyul ayı üçün 650 AZN, avqust ayı üçün 650 AZN, sentyabr ayı üçün 700 AZN, oktyabr ayı üçün 700 AZN, noyabr ayı üçün 700 AZN, dekabr ayı üçün 700 AZN, 2023-cü ilin yanvar ayı üçün 700 AZN, fevral ayı üçün 800 AZN, mart ayı üçün 800 AZN, aprel ayı üçün 800 AZN, may ayı üçün 800 AZN, iyun ayı üçün 700 AZN, iyul ayı üçün 700 AZN, avqust ayı üçün 700 AZN, sentyabr ayı üçün 900 AZN, oktyabr ayı üçün 900 AZN, noyabr ayı üçün 900 AZN, dekabr ayı üçün 900 AZN, 2024-cü ilin yanvar ayı üçün 1100 AZN, fevral ayı üçün 1100 AZN, mart ayı üçün 1100 AZN, aprel ayı üçün 1100 AZN, may ayı üçün 1100 AZN qiymətləndirilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 82 nömrəli mənzilin alqı-satqısı barədə müqavilə bağlanmış, İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək, əmlakın dəyərini satıcıya ödəməsinə baxmayaraq, Cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və adıçəkilən mənzildən çıxmamışdır, nəticə olaraq İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-224/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiası təmin edilmiş, Cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Eldar Babayev küçəsi 3024-cü məhəllə, 4V saylı evin 82 saylı (yeni qaydalarla: AZ 1106, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 22ci Dağlıq küçəsi 16, M14, m3) ümumi sahəsi 145 m2 olan mənzilindən əşyaları ilə birlikdə çıxarılması, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Eldar Babayev küçəsi 3024- cü məhəllə, 4V saylı evin 82 saylı (yeni qaydalarla: AZ 1106, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 22-ci Dağlıq küçəsi 16, M14, m3) ümumi sahəsi 145 m2 olan mənzili boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir, iddiaçı daha sonra cavabdehin ona məxsus əmlakdan çıxmadığı dövrdə əmlakından istifadə edə bilmədiyi üçün əldən çıxmış fayda ilə bağlı məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon məhkəməsinin e-2(011)-6160/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh 19 200 (on doqquz min iki yüz) manat dəymiş ziyan tutularaq İddiaçı ödənilməsi qət edilmişdir, məhkəmə bu məbləği müəyyən edərkən mütəxəssis rəyinə əsasən mübahisəli mənzil üzrə kirayə haqlarının 2022-ci ilin may ayı üçün 650 AZN, iyun ayı üçün 650 AZN, iyul ayı üçün 650 AZN, avqust ayı üçün 650 AZN, sentyabr ayı üçün 700 AZN, oktyabr ayı üçün 700 AZN, noyabr ayı üçün 700 AZN, dekabr ayı üçün 700 AZN, 2023-cü ilin yanvar ayı üçün 700 AZN, fevral ayı üçün 800 AZN, mart ayı üçün 800 AZN, aprel ayı üçün 800 AZN, may ayı üçün 800 AZN, iyun ayı üçün 700 AZN, iyul ayı üçün 700 AZN, avqust ayı üçün 700 AZN, sentyabr ayı üçün 900 AZN, oktyabr ayı üçün 900 AZN, noyabr ayı üçün 900 AZN, dekabr ayı üçün 900 AZN, 2024-cü ilin yanvar ayı üçün 1100 AZN, fevral ayı üçün 1100 AZN, mart ayı üçün 1100 AZN, aprel ayı üçün 1100 AZN, may ayı üçün 1100 AZN qiymətləndirilməsini əsas götürmüşdür. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-224/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi icra edilərkən iddiaçı tərəf Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 82 nömrəli mənzili xx.xx.2024-cü il tarixində təhvil almış və cavabdehə məxsus əşyalar icra məmuru tərəfindən iddiaçının həyat yoldaşı (nümayəndəsi) X1 verilmiş və əşyalar sonuncu tərəfindən saxlanca qəbul edilmişdir, ididaçı İddiaçı hazırda saxlanca verilən əşyaların ona məxsus mənzildə saxlanılmasını əsas göstərərək mənzilindən istifadə edə bilmədiyini, mütəxəssız rəyi ilə aylıq 1100 AZN qiymətləndirilən əmlak üçün 2024-cü ilin iyun ayından 2025-ci ilin avqust ayınadək olan 14 ay ərzində 15400 manatın tərəfinə ödənilməsini tələb edir. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, hazırkı tələb icra məmuru tərəfindən iddiaçının nümayəndəsi qismində X5 verilmiş əşyaların saxlanması xərclərinin ödənilməsi barədədir, iddiaçı həmin əşyaların onun evində qaldığı dövrdə öz mənzilindən istifadə edə bilmədiyinə və həmin evin X6 ilə birgə əmlakı olduğuna əsaslanaraq, cavabdehdən əldən çıxmış fayda qismində zərəri tələb edir. İşin müəyyən olumuş hallarından isə göründüyü kimi, qeyd olunan əşyalar icra məmuru tərəfindən mənzilin mülkiyyətçisi olan İddiaçı deyil, əri X1 verilmiş, mübahisəli mənzil isə sonuncu tərəfindən təhvil alınmışdır, saxlanca vermə barədə aktda əşyaların məhz mübahisəli evdə saxlanılmalı olması qeyd edilməmişdir. Başqa cür desək, X6 əşyaların saxlayıcısı olduğundan, saxlanılmağa verilmiş əşyalar cavabdeh tərəfindən deyil, icra məmuru tərəfindən saxlayıcıya həvalə edildiyindən, həmçinin cavabdeh mənzildən çıxmaqla onu təhvil verdiyindən və bu münasibətlərdə hər hansı bir mübahisə olmadığından, saxlamadan irəli gələn hüquq münasibətlərində cavabdehin iştirakı istisna olunur. Yəni, hazırkı tələb hüququ iddiaçıya deyil, saxlayıcıya məxsusdur, bu tələbə cavab verməli olan subyekt isə həmin əşyaları saxlanca vermiş icra məmurudur. Digər tərəfdən, hüquq münasibəti olmadan mənzildən istifadə edilməməsinə əsaslanaraq mütəmadi olaraq cavabdehdən zərərin tutulması hüquqdan sui-istifadə olmaqla, həm də əsassız varlanmaya gətirib çıxaran haldır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı deyil və təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları dedikdə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə nəzərdə tutulur. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.3-cü maddəsinə əsasən, hüquqdan sui-istifadə xüsusən aşağıdakıdır: müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi. Həmin Məcəllənin 823.1-ci maddəsinə əsasən, tapşıran saxlama müqaviləsinin icrası ilə bağlı saxlayıcının çəkdiyi zəruri xərclərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 823.2-ci maddəsinə əsasən, tapşıran saxlama üçün muzdu yalnız o halda ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya şərait nəzərə alınmaqla saxlama üçün muzd ödənilməsi qəbul edilmiş olsun. Zərurət olduqda muzd saxlamanın sonunda ödənilir. Müəyyən zaman hissələri üçün muzd ödənilməsi barədə razılaşma olduqda həmin muzd müvafiq olaraq ayrı-ayrı zaman hissələrinin sonunda hissələr şəklində ödənilir. Həmin Məcəllənin 824.1-ci maddəsinə əsasən, əgər saxlama əvəzsiz həyata keçirilirsə, saxlama dövründə saxlayıcı yalnız qəsd və/və ya kobud ehtiyatsızlığa görə məsuliyyət daşıyır. Əgər saxlama haqq müqabilində həyata keçirilirsə, saxlayıcı şərtləşdirilmiş vicdanlılığa riayət edilməsi üçün, qalan hallarda isə bu cür əşyaların saxlanması zamanı adi olan vicdanlılıq üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 825.2-ci maddəsinə əsasən, əgər saxlama üçün müddət təyin edilməyibsə, saxlayıcı istənilən vaxt tapşırandan əşyanı geri götürməyi tələb edə bilər, bu şərtlə ki, həmin tələb tapşıran üçün açıq-aşkar qeyri-münasib vaxtda irəli sürülməsin və əlverişsiz müddətdə icra edilməli olmasın. Saxlama müddəti müəyyənləşdirildikdə saxlayıcı əşyanın geri götürülməsini yalnız vacib əsaslar üzrə tələb edə bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə, məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1-ci maddəsinə görə Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 4.2-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda məhkəmə və digər orqanların qərarlarının tələbləri başqa orqanlar, vəzifəli şəxslər, habelə hüquqi və fiziki şəxslər tərəfindən də icra oluna bilər. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən, borclunun əmlakı saxlanmaq üçün onun özünə və ya icra məmuru tərəfindən təyin olunmuş digər şəxslərə (bundan sonra saxlayıcıya) verilir. Əmlakı saxlamaq üçün qəbul edən saxlayıcıdan bu barədə qəbz alınır. Əmlakdan istifadə olunması onun məhvinə və ya dəyərinin azalmasına səbəb olmadıqda, saxlayıcı həmin əmlakdan istifadə edə bilər. Həmin Qanunun 52.2-ci maddəsinə görə saxlayıcı borclunun özü və ya onun ailə üzvü (borclu hüquqi şəxs olduqda - onun işçisi) deyildirsə, əmlakın saxlanması üçün ona müvafiq haqq verilir. Bundan əlavə, saxlayıcının əmlakı saxlamaq üçün çəkdiyi xərclər, həmin əmlakdan istifadə olunmasına görə onun əldə etdiyi həqiqi fayda çıxılmaqla, ona ödənilir. Həmin Qanunun 79.1-ci maddəsinə əsasən, icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icraatda iştirak edən tərəflərin və digər şəxslərin, bu mümkün olmadıqda ədliyyə orqanlarının xüsusi xəzinə hesabının vəsaitləri hesabına ödənilir. Həmin Qanunun 79.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə: borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına; bu Qanunla müəyyən edilmiş qaydada icra hərəkətlərinin həyata keçirilməsi zamanı dəvət olunmuş tərcüməçilərə, hal şahidlərinə, mütəxəssislərə və digər şəxslərə müvafiq haqqın ödənilməsinə; tutulmuş məbləğin tələbkara poçtla köçürülməsinə (göndərilməsinə); icraat zamanı həyata keçirilmiş digər zəruri icra hərəkətlərinə sərf edilən vəsaitlər aiddir. Həmin Qanunun 81.1-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər belə xərclərin nağdsız qaydada həyata keçirilməsini təsdiq edən ödəniş sənədləri əsasında borclu tərəfindən icra xidmətinin depozit hesabına 3 iş günü müddətində köçürülür və müvafiq xərcləri çəkmiş şəxslərin hesabına göndərilir. Həmin Qanunun 81.4-cü maddəsinə əsasən, icra hərəkətləri ilə bağlı xərclərin tutulması, habelə bu Qanunla müəyyən edilmiş hallarda həmin xərclərin dövlət büdcəsi hesabına ödənilməsi icra məmurunun qərarına əsasən həyata keçirilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə göndərilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı “Cavabdeh 15400 manat pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 136,20 manatın alınaraq ona ödənilməsi” barədə iddia tələbi rədd edilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “Cavabdeh 15400 manat zərərin və dövlət rüsumu kimi ödənilmiş 136,20 manatın alınaraq İddiaçı ödənilməsi” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-4068/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4068/2025
11.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver