Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4090/2025 15.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli, HAK6250303 saylı və xx.xx.2023-cü il tarixli, HAK6250710 saylı borc müqavilələrinə əsasən, 1740 manat əsas borc, 38 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 1778 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh İddiaçı MMC-dən xx.xx.2022-ci il tarixli, HAK6250303 saylı və xx.xx.2023-cü il tarixli, HAK6250710 saylı müqavilələri əsasında ümumi dəyəri 2844 manat olan məişət avadanlıqları əldə edib. Cavabdehin müqavilələr üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1740 manat əsas borcu qalıb. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh müqavilə (müqavilələr) üzrə 1740 manat əsas borc və 38 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 382 (üç yüz səksən iki) manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, HAK6250303 saylı Borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçındən hissə-hissə ödəniş şərti ilə 1879 AZN dəyərində məişət avadanlığı əldə edib, onun 79 manatını əvvəlcədən ödəyib, qalan 1800 AZN məbləği 18 ay müddətinə aylıq 100 AZN olmaqla, İddiaçınə ödəməyi öz öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Təhvil-təslim aktından görünür ki, Cavabdeh TV LG 55UQ81006 LB adlı 1 ədəd məhsulu hissə-hissə ödəmə yolu ilə əldə etmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, HAK6250710 saylı Borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçındən hissəhissə ödəniş şərti ilə 965 AZN dəyərində məişət avadanlığı əldə edib, onun 5 manatını əvvəlcədən ödəyib, qalan 960 AZN məbləği 12 ay müddətinə aylıq 80 AZN olmaqla, İddiaçınə ödəməyi öz öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Təhvil-təslim aktından görünür ki, Cavabdeh XİAOMİ Pad5 128GB Gray adlı 1 ədəd məhsulu hissə-hissə ödəmə yolu ilə əldə etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Maliyyə arayışın”dan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, HAK6250303 saylı və xx.xx.2023-cü il tarixli, HAK6250710 saylı borc müqavilələri üzrə Cavabdeh ödənilməmiş 1740 manat məbləğində əsas (qalıq) borcu vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı Dövlət rüsumunun ödənilməsi haqqında Mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 38 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan məktubdan (pretenziyadan) görünür ki, iddiaçı cavabdehə xx.xx.2025-ci il tarixində bildiriş göndərməklə, ondan məktub ünvana daxil olduğu vaxtdan 3 iş günü müddətində ümumi borcu olan 1740 manat pul məbləğini iddiaçıya ödəməsini tələb etmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh və İddiaçı arasında dəyəri 1879 manat olan TV LG 55UQ81006 LB adlı 1 ədəd məhsulun cavabdehə satılması barədə xx.xx.2022-ci il tarixli, HAK6250303 saylı, dəyəri 965 manat olan XİAOMİ Pad5 128GB Gray adlı 1 ədəd məhsulun satılması barədə isə xx.xx.2023-cü il tarixli, HAK6250710 saylı Borc müqaviləsi bağlanmışdır. Həmin müqavilələrin ayrılmaz tərkib hissəsi olan Təhvil-təslim aktlarından da göründüyü kimi, həmin əşyalar cavabdehə hissə-hissə ödəmə şərti ilə təhvil verilmişdir, cavabdehin həmin əşyalara dair müəyyən ödənişlər etdikdən sonra 1740 manat əsas borcu qalmışdır. Bununla belə, əşyaya görə qalıq borca görə cavabdehin öhdəliklərini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış borc müqaviləsinə əsasən, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcıödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən xx.xx.2022-ci il tarixli, HAK6250303 saylı və xx.xx.2023-cü il tarixli, HAK6250710 saylı Borc müqavilələri üzrə 1740 manat məbləğində borc pul alınaraq İddiaçınə ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən və cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 38 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2022-ci il tarixli, HAK6250303 saylı və xx.xx.2023-cü il tarixli, HAK6250710 saylı borc müqavilələrinə əsasən, Cavabdeh 1740 (min yeddi yüz qırx) manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 38 (otuz səkkiz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-4090/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4090/2025
15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver