Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-411/2023 07.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3500 manat müqavilə üzrə borcu həmçinin də dəymiş ziyana görə 3000 manat pulun və 85 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia həcminin azaldılması barədə ərizə təqdim edərək, iddia üzrə borca görə olan kirayə müqaviləsi əsasında 3500 manat hissədə təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, tərəflər arasında 4 aprel 2019-cu il tarixdə yazılı borc müqaviləsi imzalanmışdır, müqaviləyə əsasən, iddiaçı cavabdehə 3500 manat pul borc vermişdir, cavabdeh borcunu xx.xx.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürüb, amma hələ də qaytarmamışdır, iddiaçı dəfələrlə pulunu tələb etmişdir, cavabdeh borc müqaviləsi üzrə 3500 manat borcu iddiaçıya geri ödəməlidir, həmçinin vurulmuş maddi ziyana görə 3000 manat məbləğində iddianı bununla bağlı sübut olmadığından həmin hissədə geri götürür. Sonda iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. 06 yanvar 2023-cü il tarixli məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, müqavilədəki qol onun deyildir, onun iddiaçıya hər hansı bir borcu yoxdur, iddiaçının evində kirayəçi kimi yaşamışdır, iddiaçı yalan danışır, dedikləri düzgün deyil, ondan borc pul almamışdır, imzanın onun olub-olmamasının müəyyən olunması üçün ekspertiza keçirilməsini istəyir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş elektron çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 2942-ci məhəllə, ev 43C, korpus 2, mənzil 205 (yeni qaydalarla AZ1129 Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 329, M15, m2) xx.xx.2020-ci il tarixdən İddiaçı adına tam paylı xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İş materiallarında olan borc verən İddiaçı və borc alan Cavabdeh arasında bağlanmış 4 aprel 2019-cu il tarixli “Borc müqaviləsi”nin 1-ci bəndinə əsasən, İddiaçı heç bir təmənna olmadan xx.xx.2021-ci il tarixədək qaytarmaq şərtilə Cavabdeh 3500 manat borc vermişdir. Müqavilənin 2-ci bəndinə əsasən, borc xx.xx.2021-ci il tarixədək Bakı şəhərində qaytarılmalıdır. İş materiallarında olan ev sahibi İddiaçı və kirayəçi Cavabdeh arasında 01 fevral 2019-cu il tarixli “Daşınmaz əmlakın kirayə müqaviləsi” bağlanmışdır, müqavilənin 10-cu bəndinə əsasən mənzilin kirayə haqqı 500 manat+33 manatdır, müqavilənin müddəti 2 ildir (xx.xx.2019-xx.xx.2021), kirayə verilən mənzilin ünvanı ünvan 1 Məhkəmə Ekspertizası Mərkəzinin 17 fevral 2023-cü il tarixli 4/72 №-li Ekspert rəyindən görünür ki, təqdim edilmiş 2(011)-411/2023 saylı mülki işin 61-ci vərəqində olan xx.xx.2019-cu il tarixli borc müqaviləsinin “Şahidlər” bölməsində “4. Cavabdeh” sözlərinin qarşısındakı imza, mülki işin 65-ci vərəqində olan “Evdə qalan əşyalar” adlı vərəqədə “Təhvil aldım” qrafasında “Cavabdeh” sözlərindən sonrakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur. İş materiallarında olan həmin rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 110 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh arasında 4 aprel 2019-cu il tarixli yazılı borc müqaviləsi bağlanmışdır, həmin müqaviləyə əsasən, cavabdeh iddiaçıdan 3500 manat borc almış və həmin borcu xx.xx.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüş, lakin müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməyərək hazırda iddiaçıya 3500 manat borcu qalmışdır. Bununla belə, borc məbləğinin qaytarılmasını təsdiq edən, həmçinin iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, 17 fevral 2023-cü il tarixli 4/72 №-li tarixli ekspert rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı nəzərdən keçirib hesab edir ki, həmin rəy mötəbər sübut kimi qiymətləndirilməklə, müqavilə üzrə borca dair cavabdehin aidiyyətinin müəyyən olunmasında ekspertin gəldiyi nəticə nəzərə alınmalıdır. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, cavabdehin iddiaçıdan borc müqaviləsi əsasında 3500 manat borc alması, həmin məbləği müqavilədə nəzərdə tutulmuş xx.xx.2021-ci il tarixinə kimi borc verənə qaytarmağı öhdəsinə götürməsi, lakin müqavilədən irəli gələn öhdəliklərini lazımi qaydada yerinə yetirməməklə iddiaçıya 3500 manat məbləğində borcunun qalması iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməsi üçün hüquqi əsas yaratmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 433.3-cü maddəsinə əsasən öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 3500 manat pul alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edildiyindən, cavabdehin dövlət rüsumu ödəməkdən azad olması halları müəyyən edilmədiyindən, məhkəmə xərcləri cavabdehə aid edilməli, təmin edilmiş iddia tələbinin həcmi nəzərə alınmaqla, cavabdehdən iddiaçı tərəfindən dövlət rüsumu qismində ödənilmiş 55 manat alınaraq iddiaçıya, ekspertiza tədqiqatının dəyərini təşkil edən 110 manat alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 3500 (üç min beş yüz) manat borc və dövlət rüsumu qismində ödənilmiş 55 (əlli beş) manat alınaraq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 110 (yüz on) manat məbləğində pul Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinə (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-411/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-411/2023
07.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver